“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

Bu gömrük rüsumları artırılacaq - FƏRMAN

Tarix 24.06.24, 16:18

Font ölçüsü : - / +
bitmap-img6


Prezident İlham Əliyev Qara və əlvan metal qırıntı və tullantıları ixracının tənzimlənməsi sahəsində əlavə tədbirlər və "Qara və əlvan metal qırıntı və tullantıları ixracının müvəqqəti dayandırılması barədə” fərmanın ləğv edilməsi haqqında Fərman imzalayıb.

AzFakt.com xəbər verir ki, Fərmana əsasən, Nazirlər Kabineti qara və əlvan metal (qiymətsiz metal) qırıntı və tullantılarının (sınma, kəsilmə, dağılma və ya digər səbəblər nəticəsində təyin edilmiş məqsədlər üçün istifadəyə tamamilə yararsız olan metal məmulatları daxil olmaqla) ixracına tətbiq olunan gömrük rüsumlarının artırılmasını və (və ya) müəyyən edilməsini üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir;

Bu fərmanda nəzərdə tutulan ixrac gömrük rüsumlarının ödənilməsindən yayınmanın qarşısının alınması üçün metal qırıntı və tullantılarının emalı nəticəsində əldə olunan məmulatlar üzrə ixrac gömrük rüsumlarının müəyyən edilməsini və (və ya) mövcud ixrac gömrük rüsumlarının optimallaşdırılmasını dörd ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir;

Bu fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

İqtisadiyyat Nazirliyi metallurgiya sənayesi müəssisələrinin qara və əlvan metal qırıntı və tullantı xammalına olan ehtiyacının ödənilməsi ilə bağlı, "Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tədbirlər görülməsinə zərurət yarandığı təqdirdə, təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməlidir.

Dövlət Gömrük Komitəsi bu fərmandan irəli gələn məsələləri həll etməlidir.

"Qara və əlvan metal qırıntı və tullantıları ixracının müvəqqəti dayandırılması barədə” fərman ləğv edilib.

Bu fərmanda nəzərdə tutulan qara və əlvan metal (qiymətsiz metal) qırıntı və tullantılarının ixracına gömrük rüsumlarının artırılması və (və ya) müəyyən olunması barədə normativ hüquqi akt qüvvəyə mindikdən 60 (altmış) gün sonra qüvvəyə minir.



Xəbərin oxunma sayı : 694




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap