Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Bu gün biz hamılıqla COVID-19-a qarşı kütləvi vaksinasiyanı başa vurmalıyıq

Tarix 22.06.21, 20:34

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan səhiyyə sistemi tez bir zamanda COVID-19-la mübarizəyə səfərbər edildi və pandemiya səbəbindən işsiz qalan əhalinin sosial müdafiəsi gücləndirildi. Uzaqgörən və çevik qərarlar Azərbaycanın dünyada vaksinasiya prosesinə başlayan ölkələr sırasında ilk cərgədə qərarlaşmasına səbəb oldu. Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” qəbul olundu. Prezident İlham Əliyevin böyük uzaqgörənliklə ölkəmizi daxil etdiyi vaksinasiya platformaları öz bəhrəsini verdi. Bunun nəticəsidir ki, bu gün ölkəmizdə artıq əhalinin 4 növ vaksin seçimi var. Onların hər biri effektiv və təhlükəsizdir. Bütün bunlar deməyə əsas verir ki, bu gün bizim sağlam və firavan gələcəyimiz öz əlimizdədir. Bu gələcəyə sahib olmaq üçün bizim ən doğru yolumuz kütləvi şəkildə peyvənd olunmaqdır. Gəlin unutmayaq ki, “Biz birlikdə güclüyük!” və yalnız bu birlik bizi bütün bəlalardan xilas edəcək və yeni uğurlara doğru aparacaq.

Ölkə Prezidenti İlham Əliyevin COVID-19 infeksiyasının Azərbaycanda yayılmağa başladığı ilk günlərdən xalqımıza bir çağırış kimi səsləndirdiyi “Biz birlikdə güclüyük!” şüarı çox keçmədən milli birlik ideologiyasının bir ifadəsi kimi, ictimai həyatımızın bütün sahələrində öz təzahürlərini tapdı. Pandemiya ilə mübarizədə əldə etdiyimiz nailiyyətlər də, Vətən müharibəsində qazandığımız parlaq tarixi Qələbə də məhz bu şüarın altında formalaşmış yüksək səviyyədə həmrəyliyimizin nəticəsi oldu.

Ölkəmizin bütün regionlarında olduğu kimi, Sabirabad rayonunda da əhalinin peyvənd olunması kampaniyası uğurla həyata keçirilir. Bu günə kimi Sabirabad rayonu üzrə ümumilikdə 40647 COVİD-19
infeksiyasına qarşı vaksin edilib ki, onlardan 27160 nəfər birinci doza, 13487 nəfər isə ikinci doza peyvənd olunmuşdur.Vaksin olunan vətəndaşlar koronavirus əleyhinə vaksinin ölkəyə gətirilməsini və əhalinin
müxtəlif qrupları üçün əlçatanlığını təmin etdiyinə görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə edirlər. Bu gün də biz hamılıqla, eyni birlik və həmrəyliyi nümayiş etdirməklə COVID-19-a qarşı mübarizəmizin növbəti, bəlkə də ən mühüm mərhələsini – kütləvi vaksinasiyanı başa vurmalıyıq.

Yaqub Tağıyev



Xəbərin oxunma sayı : 298




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap