“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Bu yollara da avtobus zolağı çəkiləcək - VİDEO

Tarix 07.12.22, 9:08

Font ölçüsü : - / +
bitmap-img6


``Hansı ərazilərdə daha çox sıxlıq və tıxac müşahidə edilirsə o yollarda avtobus zolağı çəkilir``.

AzFakt.com "Xəzər Xəbər"ə istinadla xəbər verir ki, bunu xüsusi avtobus zolaqları ilə bağlı keçirilən mətbuat konfransında Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.

Onun sözlərinə görə, hazırda Bakıda iki əsas ictimai nəqliyyatdan istifadə olunur - avtobus və metro nəqliyyatı. Metronun əhatə dairəsi məhdud olduğundan, avtobusların üzərinə yük düşür.

Mais Ağayev əlavə edib ki, bu şəraitdə xilas yolu xüsusi avtobus zolaqlarının çəkilməşidiri.

Yaxın günlərdə Bakı, Abşeron və Sumqayıt şəhərləri arasında ictimai nəqliyyat dəhlizinin hazırlanması, avtobusların rahat və fasiləsiz hərəkəti üçün zolaqlar salınacaq. Mais Ağayev onu da əlavə edib ki, əgər bu zolaqlardan düzgün istifadə edilsə ictimai nəqliyyatda baş verən ləngimələr də aradan qalxacaq. Qurum rəsmisi deyib ki, son 7 ildə paytaxdakı avtobusların 70 faizi yenilənib və kifayət qədər də avtobuslar var.

Mais Ağyev onu da əlavə edib ki, şəhərin baş planına əsasən, gələcəkdə paytaxda tramvay və trolleybuslar da fəaliyyət göstərəcək.

Şəhərdə son aylarda yaşanan tıxac və sıxlıqdan danışan Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli bildirib ki, qeyri-rəsmi məlumatlara görə, paytaxtda 5 milyon nəfərə yaxın vətəndaş yaşayır. Bu da sıxlıqlara və yol infrastrukturunun yüklənməsinə səbəb olur. ``1 milyon 700 min nəqliyyat vasitəsindən təxminən 70 faizə qədəri paytaxdadır``,- deyə baş inspektor bildirib.

Araz Əsgərli onu da əlavə edib ki, yol hərəkəti qaydalarının pozuntusunun çoxu dayanma-durmanın payına düşür.Onun sözlərinə görə, bu hal onsuz da sıxlıq olan küçələrdə vəziyyəti daha də gərginləşdirir.

Ətraflı videomaterialı təqdim edirik:




Xəbərin oxunma sayı : 484




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap