“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Cəlal Qasımov Samir Şərifovun yerinə gətirilir? - İDDİA

Tarix 31.01.23, 17:49

Font ölçüsü : - / +
bitmap-img6


Yaxın dövrlərdə maliyyə naziri Samir Şərifovun istefaya göndəriləcəyi gözlənilir.

Mötəbər mənbələrdən Gununsesi.info-ya daxil olan məlumata görə, Şərifov  17 illik nazir karyerasına son qoyacaq ciddi problemlərlə üzləşib.

Mənbə bildirir ki, Samir Şərifov uzun müddətdir ki, ölkənin iqtisadiyyat naziri Mikayıl Cabbarovla yola getmir.

Daha dəqiq, ölkə iqtisadiyyatına cavabdeh məmurun həyata keçirdiyi layihələrin maliyyələşdirilməsinə qarşı çıxıb.

Maliyyə naziri bunu dövlət büdcəsinə cavabdeh olması səbəbi ilə izah edib.

"Şərifov iqtidarda yeganə məmurdur Mikayıl Cabbarovun göstərişlərini icra etmir, qulaqardına vurur, hətta ondan ölkə rəhbərliyinə şikayətlər edir” deyə məlumatda bildirilir.

Uzun müddətdir davam edən bu qarşıdurma pik həddinə çatıb.

Mənbəmiz bildirib ki, bu çəkişmədə Şərifov məğlubiyyətə düçar olub.

"Yaxın günlərdə Samir Şərifov istefaya göndəıriləcək, onun yerinə Mikayıl Cabbarovla "rahat” işləyəcək nazir təyin olunacaq”, –  deyə mənbə vurğulayıb.
Hətta Samir Şərifovu əvəzləyəcək məmur da artıq müəyyənləşdirilib.

Bu, "Paşa Holdinq”in Baş icraçı direktoru Cəlal Qasımovdur.

Qeyd edək ki, Cəlal Qasımov İTV-nin baş direktoru Balaş Qasımovun qardaşıdır.



Xəbərin oxunma sayı : 1447




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap