Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova
Axtar
 
  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

  • / Maqazin / — 01 Noyabr 2025

    “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı

  • / Maqazin / — 27 Oktyabr 2025

    Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova

  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

Cəlilabadda müəmma: Heyvanlar örüş sahələrindən yoxa çıxır - VİDEO

Tarix 10.12.23, 9:35

Font ölçüsü : - / +
bitmap-img6


Cəlilabad rayonunun Günəşli kəndinin örüş sahələrinə aparılan heyvanlar yoxa çıxır. Ona görə də kənd sakinləri bu vəziyyətdən narahatdırlar.

Xezerxeber.az-ın məlumatına görə, sözügedən kənddə ayrı-ayrı şəxslərə məxsus altı baş iribuynuzlu mal-qaranın oğurlandığı iddia olunur.

Kənd sakinləri deyirlər ki, otlaq sahələrindən itən heyvanlarını axtarsalar da, onları tapa bilməyiblər. 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan “Xəzər Xəbər”ə bildirilib ki, Cəlilabad rayon sakinləri Vüsal Hüseyinov və İbrahim Quliyev polisə məlumat verərək hər birinə aid iki baş iribuynuzlu heyvanın örüş sahəsindən itdiyini bildirib.

Hər iki faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılıb, heyvanların tapılması istiamətində müvafiq axtarış tədbirləri görülsə də, müsbət nəticə əldə olunmayıb.
Həmçinin araşdırma nəticəsində heyvanların Günəşli kəndi ərazisindəki örüş sahəsində nəzarətsiz qaldığından naməlum istiqamətə gedərək itdiyi müəyyən edilib.

Toplanmış materiallarda cinayət hadisəsi olmadığından hər iki material üzrə cinayət işinin başlanması rədd edilib və bu barədə qərarın sürəti hər iki vətəndaşa göndərilib.

Fərid Şabanlı isə dekabrın 4-də polisə məlumat verərək müraciətdən iki gün əvvəl örüş sahəsindən iki baş inəyinin itdiyini bildirib. Hazırda həmin müraciətlə bağlı polis şöbəsində araşdırma aparılır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:




Xəbərin oxunma sayı : 730




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap