Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO
Axtar
 
  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

  • / Maqazin / — 29 Avqust 2025

    Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO

  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

Ceyhun Bayramov Hadja Lahbib ilə görüşüb - XİN məlumat yayıb

Tarix 10.07.24, 18:55

Font ölçüsü : - / +
bitmap-img6


10 iyul 2024-cü il tarixində Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov NATO Zirvə görüşündə iştirakı çərçivəsində Belçika Krallığının Xarici İşlər, Avropa məsələləri, xarici ticarət və federal mədəniyyət institutları üzrə naziri Hadja Lahbib ilə görüşüb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Görüş zamanı ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin perspektivləri, habelə postmünaqişə dövründə mövcud regional vəziyyət müzakirə olunub.

İki ölkə arasında qarşılıqlı səfərlərin, beynəlxalq tədbirlər zamanı təmasların əməkdaşlıq məsələlərinin müzakirəsinə mühüm töhfələr verdiyi diqqətə çatdırılıb. Mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsinin əhəmiyyəti qeyd edilib.

Cari ildə ölkəmizin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməsinin iqlim dəyişikliyi ilə mübarizə sahəsində əməkdaşlığın perspektivlərini aktuallaşdırdığı vurğulanıb.

Regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq imkanları, xüsusilə Avropa İttifaqı (Aİ) ilə münasibətlərdən ətraflı bəhs olunub.

Mövcud regional vəziyyət və reallıqlar, Azərbaycan və Ermənistan arasında normallaşma və sülh prosesi, geniş mina təhdidi barədə qarşı tərəfi ətraflı məlumatlandıran nazir Ceyhun Bayramov, Ermənistanın hərbiləşmə siyasətinin sülh gündəliyinə təhdid törətdiyini diqqətə çatdırıb. Sülh sazişi üzrə danışıqlar barədə məlumat verən nazir Ceyhun Bayramov sülh sazişi mətni üzrə əhəmiyyətli irəliləyişə baxmayaraq, Ermənistan Konstitusiyasında ölkəmizə qarşı davam edən ərazi iddialarının davamlı sülh üçün maneə olduğu diqqətə çatdırılıb.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.



Xəbərin oxunma sayı : 976




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap