Müəllimlərin nəzərinə: Elektron sənəd qəbulu başladı Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO
Axtar
 
  • / Sosial / — 03 İyun 2026

    Müəllimlərin nəzərinə: Elektron sənəd qəbulu başladı

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

Dövlət Xidmətindən “Lalafo.az” və “Tap.az” istifadəçilərinə XƏBƏRDARLIQ

Tarix 21.06.24, 16:19

Font ölçüsü : - / +
bitmap-img6


Kiberdələduzlar tərəfindən “Lalafo.az” və “Tap.az” platformalarının istifadəçilərinə qarşı dələduzluq halları davam edir.

AzFakt.com Elektron Təhlükəsizlik Xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, qeyd olunan platformalarda elan yerləşdirən vətəndaşlara müxtəlif nömrələrdən mesajlar göndərilərək məhsulu almaq istəyi bildirilir. Lakin məhsulun ödənişinin əldə olunması üçün vətəndaşa saxta “Azərpoçt” keçidi təqdim olunur.

Qeyd olunan keçiddə vətəndaşın bank kartı və digər fərdi məlumatlarını ələ keçirmək xüsusi bölmələr yaradılıb.

“Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara belə vədlərə etimad etməməyi, naməlum mənbələrdən göndərilən mesajların tərkibindəki keçidlərə daxil olmamağı, bank kartı və digər fərdi məlumatlarını tanımadıqları şəxslərə ötürməməyi tövsiyə edir”, - deyə qurumun məlumatında bildirilib.



Xəbərin oxunma sayı : 625




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap