“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Daha bir konqresmen haqda qalmaqallı məlumatlar yayıldı - Milyonlarla dolları kommersiya şirkətlərinə yönəldib

Tarix 27.09.23, 14:57

Font ölçüsü : - / +
bitmap-img6


Demokrat konqresmen Adam Şiff utanmadan bəyan edir ki, amerikalılar üçün həssas olan məsələlərə - evsizlərə və narkomaniyaya yardıma dair proqramlara dəstək verir. Lakin o, bu istiqamətdə ayrılmış maliyyə vəsaitləri ilə bağlı natamam və yanlış məlumatlar verib.

“Report” xəbər verir ki, bu barədə “Politico” da dərc olunan məqalədə deyilir.

Bildirilib ki, məsələyə daha yaxından nəzər saldıqda məlum olur ki, A.Şiff karyerasının əvvəllərində onun siyasi kampaniyalarının əsas sponsorları daxil olmaqla, korporativ benefisiarlara böyük məbləğdə maliyyə vəsaitləri göndərib.

Məqalədə qeyd olunub ki, o, evsizlərə və narkomaniyaya yardıma dair proqramlarla yanaşı, həm də kommersiya məqsədli şirkətlərə milyonlarla dollar məbləğində pul köçürüb: “Eyni zamanda, o, Nümayəndələr Palatasına seçki kampaniyaları üçün bu korporasiyaların rəhbərlərindən və onlarla əlaqələri olan şəxslərdən on minlərlə dollar vəsait toplayıb”.

“Potico”nun verdiyi məlumata görə, A.Şiff müdafiə sahəsində ixtisaslaşmış “Smiths Detection” və “Phasebridge Inc.” daxil olmaqla, müxtəlif şirkətlərə milyonlarla dollar dəyərində maliyyə vəsaiti köçürüb.

Müəllifin sözlərinə görə, A.Şiff özünü Donald Trampa qarşı mübarizə aparan, demokratiya uğrunda “döyüşən” siyasətçi kimi göstərsə də, uzun illə ərzində Vaşinqtonun iki partiyalı səssiz, pərdəarxası kompromis ənənəsinə sadiq qalıb.



Xəbərin oxunma sayı : 1048




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap