“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

Daha bir nazirlikdə yoxlama: nöqsanlar üzə çıxarıldı

Tarix 06.08.24, 14:56

Font ölçüsü : - / +
bitmap-img6


Gənclər və İdman Nazirliyində aparılan yoxlamada nöqsanlar aşkarlanıb.

AzFakt.com xəbər verir ki, bu barədə Hesablama Palatası məlumat yayıb.

Bildirilib ki, dövlət büdcəsindən ayrılan vəsaitlərə ehtiyacın çərçivəsinin müəyyənləşdirilməsi məqsədilə proqnozların tərtibi zamanı bir sıra istiqamətlər üzrə ümumilikdə formalaşmış meyillərin nəzərə alınmaması proqnoz və icra məbləğləri arasında kəskin fərqlərə səbəb olmuş, həmçinin bəzi xərclərdə dəqiqləşdirmələr aparıldığı halda icra səviyyəsi az olmuş, bir sıra xərclərdə isə icra prosesində aparılmış dəqiqləşmələrin davranış meyli icra ilə fərqlənib:

"Təsdiq edilmiş büdcə vəsaitlərinin maliyyələşdirilməsi və icrası ilə bağlı da hüquqi aktların bəzi tələblərinə əməl olunmamış, büdcə təsnifatına uyğun olaraq xərclərin müəyyən edilmiş rüblük və aylıq bölgüsünə riayət edilməmiş, auditin əhatə etdiyi illərdə açılmış maliyyələşmə və icra məbləğləri bir çox aylarda vəsaitlərin ahəngdar icranı təmin etmək məqsədi daşıyan və müvafiq qaydada təsdiq edilmiş bölgüdən fərqli olmuşdur. Hər iki ildə son rübdə maliyyələşmə və icra məbləğləri cəmi xərclərin böyük hissəsini təşkil etmiş, 2022-ci ildə oktyabr-dekabr aylarında cəmi maliyyələşmə məbləğinin 48,9%-i açılmış, icra edilmiş vəsaitin isə 56,4%-i bu ayların payına düşmüş, dekabr ayının payı 33,5% təşkil etmişdir. 2023-cü ildə də son rübün payı rüblük bölgüyə, əsasən, uyğun olsa da, aylar üzrə kəskin fərq müşahidə olunmuş, həmin rüb və dekabr ayında icra edilmiş vəsaitin çəkisi müvafiq olaraq 41,7% və 29,5% olmuşdur.

Açılmış maliyyələşmə və kassa icrası arasında da uyğunsuzluq mövcud olmuş, belə ki, bəzi aylarda tələb olunandan artıq maliyyələşmə açılmış, həmin aylar üzrə yaranmış qənaət hesabına digər aylarda icra edilmiş vəsaitin məbləği müvafiq dövr üçün açılmış məbləğdən çox olmuşdur"



Xəbərin oxunma sayı : 544




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap