![]() |
|














Davamlı yağış kənd təsərrüfatına ciddi ziyan vurub: Bazarlarda qiymətlər artacaq?
Tarix 26.05.25, 9:00 |
|

Havaların dəyişkən keçməsi, davamlı yağış yağması məhsul əkilən bölgələrimizdə ciddi fəsadlara yol açıb. Quba və Qusar ərazisində yağan yağışlar əkin sahələrinə ciddi ziyan vurub. Bunun məhsuldarlığa mənfi təsir edəcəyi proqnozlaşdırlır.
Son günlərdə ölkəmizdə yağıntı miqdarının normadan dəfələrlə artıq müşahidə edilməsi kənd təsərrüfatı sahəsinə də ciddi ziyan vurmaqdadır. Əvvəlki dövrlərdə bu aylarda artıq bazarlarda bir çox mövsümi meyvə-tərəvəzlərə rast gəlirdik. Lakin havaların yağışlı keçməsi bu il üçün heç də üzümüzü güldürmür. Belə vəziyyətdə çoxumuzu bir sual düşündürür: havanın belə qeyri-sabit keçməsi kənd təsərrüfatına necə təsir göstərəcək? Bunun bazardakı qiymətlərə təsiri olacaqmı?
AzFakt.com "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir:
Yağışlı havalar ən çox şimal bölgəsinə ziyan vurub
Aqrar ekspert Eldar Hüseynovun sözlərinə görə, yağışlı havalar ən çox şimal bölgəsinə ziyan vurub: "Havaların dəyişkən keçməsi, davamlı yağışların yağması kənd təsərrüfatı üçün çox pis oldu. Məhsul əkilən bölgələrimizdə ciddi fəsadlar var. Quba və Qusar ərazisində yağan leysan yağışları nəticəsində 80 min hektar əkin sahəsi ciddi ziyan görüb. Bəzi yerlərdə məhsulları yenidən əkirlər. Bu isə onların yetişməsində gecikməyə səbəb ola bilər. Şimal bölgələrində məhsulların gecikməsi digər ərazilərə görə, daha çox müşahidə ediləcək. Həm də havalar belə olduğu dövrdə məhsullarda xəstəliklər də yayılır. Bunun qarşısını almaq da xeyli çətin olacaq".
Hansı məhsullara ziyan dəyib?
E.Hüseynov bildirdi ki, Mil-Muğan zonasında bu dövrlərdə bir çox məhsullar, tərəvəzlər yetişirdi. Lakin bu il həmin zonada da məhsulların yetişməsində gecikmələr var: "Açıq havada əkilən pomidorun da bazara çıxmasında gecikmələr olacağı gözlənilir. Bu gedişlə qarpızın da yetişməsi uzanacaq. Qeyri-sabit hava şəraiti ən çox tərəvəzlərə təsir edəcək. Tərəvəz seqmentində ən çox ziyan görən pomidordur. Soğana xeyli ziyan dəyib. Meyvələr üçün isə elə də böyük risk mövcud deyil".
Ekspert qeyd etdi ki, taxıl məhsulları da yağışdan ziyan görən məhsullar siyahısındadır: "Taxıla da yağıntılar xeyli ziyan vurub. Bəzi sahələrdə kiflənmə, yatma müşahidə edilir. Normalda may ayının 20-dən arpa yığımı başlayacaq, iyunda isə buğda biçiləcək. Havalar bir az isindiyi təqdirdə bu məhsullarla bağlı problemlər aradan qalxa bilər".
İxrac olunan məhsullarla bağlı heç bir problem olmayacaaq
Ekspertin fikrincə, yağıntılarla əlaqədar məhsullar az olacağından, qiymətlərin də artacağı qaçılmazdır: "Keçən il bu ildən daha çox məhsul əkilmişdi. Məsələn, keçən il 10 hektar badımcan əkilmişdisə, bu il bu rəqəm 2 hektardır. Pomidor bu il daha çox əkilib. Lakin daşqınlar səbəbindən əksəriyyəti tələf oldu. Aran zonasında Beyləqan və Yevlaxda pomidorları don vurdu. Bu səbəbdən pomidor ilk dövrlərdə baha ola bilər. Lakin payıza doğru bahalaşma səngiyəcək".
E.Hüseynov bildirdi ki, ixrac olunan kənd təsərrüfatı məhsulları ilə bağlı heç bir problem olmayacaq: "Çünki ixrac üçün əsasən istixanalarda yetişdirilən məhsullar göndərilir".
"Aqroparklar yaradılmalıdır"
İqtisadçı Rauf Qarayev də qeyd etdi ki, yağıntılardan ən çox ziyan görən tərəvəzlərdir: "Yağış mütəmadi olaraq müşahidə olunarsa, yeraltı suların qalxması müşahidə edilir. Nəticədə insanlar əkdikləri tərəvəzləri yığa bilmirlər. Məhsul məhv olduğu üçün bazarda qiymətlərin yüksəlməsi müşahidə olunur".
R.Qarayev daxili bazarda qiymətlərin yüksəlməməsi üçün aqroparkların yaradılmasını zəruri sayır: "Aqroparklarda istənilən məhsulu yetişdirə bilərik. İqlim dəyişikliyi, yağıntılar aqroparklara təsir etmir. Belə olarsa, artıq bazarda məhsul qıtlığı da yaranmayacaq".
İdxaldan asılılıq artacaq
R.Qarayevin sözlərinə görə, kənd təsərrüfatı məhsulları ilə bağlı qıtlığı aradan qaldırmaq üçün idxala da yönələ bilərik: "Əgər yağıntılar səbəbindən ölkəmizdə məhsul qıtlığı yaranarsa, digər ölkələrdən idxal edə bilərik. İdxal istiqamətlərinə İran, Gürcüstan, Türkiyə, Rusiyanı daxil etmək olar".
Ekspert düşünür ki, artıq aqrar strategiyamızı dəyişməliyik: "Bütün dünyada iqlim dəyişir. Dünyada da isti regionlar soyuyur, şimal regionlarda istiləşmə baş verir. Bu da o deməkdir ki, artıq cənubda yetişən məhsullar şimalda da yetişdirilə bilər və ya əksinə. Bu səbəbdən ölkəmizin kənd təsərrüfatı strategiyasında dəyişiklik edə bilərik. Bunu edə bilsək, havaların sərt, qeyri-sabit keçməsi kənd təsərrüfatına o qədər də təsir etməz".
R.Qarayevin fikrincə, havaların yağışlı keçməsindən istifadə etməliyik: "Çünki kənd təsərrüfatı sahəsində su çatışmazlığı yaranır. Bunun qarşısını almaq üçün süni göllər yaradılmalıdır. Ölkəmizdə yağış sularından yetərincə istifadə edilmir. Yağışlı havanın çox olması daşqınların yaranmasına səbəb olur. Bu, bir çox hallarda məhsullara ziyan vurur. Bunun qarşısının alınması üçün bəndlərin möhkəmlənməsi işləri də aparılmalıdır".
Xəbərin oxunma sayı : 427
Sosial
Xəbərlər
-
Qurban bayramında milyonlar qazanacaqlar - SİYAHI
-
“Akkord“ yaşayış kompleksində nə baş verir? -VİDEO
-
Daha bir məktəbdə pul yığıldığı iddia olunur - VİDEO
-
Minifutbol üzrə dünya çempionatı: 1/4 finalın bütün cütləri müəyyənləşdi
-
Əliyev, Ərdoğan və Şərif Laçını gəzdilər... - FOTOLAR
-
BMT-nin Baş katibi İlham Əliyevi təbrik edib - MƏTN
-
“Onu Balaxanının Eskobarı kimi tanıyırlar” - Narkotik işində maraqlı ifadə
-
“Azərbaycanla əlaqələrimizi yüksək qiymətləndiririk” - Tramp
-
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO
-
“İnsanlar məni görməzdən gəliblər” - Mahir Emreli
-
DTX-dən Müstəqillik Günü ilə bağlı paylaşım - VİDEO
-
“Biz Putinlə üçtərəfli görüşlərə hazırıq“ - Zelenski
-
Apreldə nağdsız ödənişlərin həcmi 9,3 milyard manatı ötüb
-
Tramp İlham Əliyevi təbrik etdi - Müstəqillik Günü münasibətilə
-
“ƏDV geri al“ kuryerə “stop“ dedi: Aylıq qazanc vurulan məbləği niyə məhdudlaşdırır?
-
“Pakistan düşmənə qalib gəlməyə müvəffəq oldu“ - Şahbaz Şərif
-
Araz Musayev vurulmazdan öncə bu vəzifəli şəxsi ittiham edib - “Üstümə adamlar yollayıb“
-
Ərdoğan Laçında Səməd Vurğunun Azərbaycan“ şeirini oxudu - VİDEO
-
“Tramp Rusiya-Ukrayna münaqişəsi barədə kifayət qədər məlumatlandırılmır“ - Kreml
-
Federasiya prezidenti Araz Musayev Türkiyədə güllələndi - VİDEO
-
“Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması böyük tarixi hadisə idi“ - Prezident
-
“Rusiya ilə Ukrayna arasında danışıqların yeni raundu tezliklə elan olunacaq” - Lavrov
-
“Ankara, Bakı və İslamabad arasında həmrəylik seçim məsələsi deyil“ - Ərdoğan
-
Laçında Müstəqillik Günü qeyd olunur - Liderlərin iştirakı ilə
-
Minifutbol üzrə dünya çempionat: 1/8 final mərhələsinə yekun vurulacaq
-
“Azərbaycan, Türkiyə və Pakistan hər zaman suverenlik və ədalətin tərəfində olublar“ - İlham Əliyev
-
Sahil Babayev Elvin Hacıyevə yüksək vəzifə verdi - FOTO
-
“Pakistanın bəxti gətirib ki, Türkiyə və Azərbaycan kimi səmimi qardaşları var“ - Şahbaz Şərif
-
Laçında Azərbaycan, Türkiyə və Pakistan liderlərinin Zirvə görüşü keçirildi - FOTOLAR
-
Avropa İttifaqı su böhranı ilə üz-üzə: 2030-a qədər istehlak 10% azaldılacaq
-
“Putin Qərbdən yazılı təminat istəyir” - “Reuters”
-
Mourinyo “Fənərbağça“dan gedir? - özü açıqladı
-
Azərbaycan və Türkiyə prezidentləri təkbətək görüşüb - Laçında
-
“Füzulidən sonra Laçında hava limanının açılması böyük addımdır“ - Ərdoğan
-
Hikmət Hacıyev rəsmi X hesabında Laçından görüntülər paylaşdı - VİDEO
-
Prezidentlər Kəlbəcər-Laçın avtomobil yolunda - FOTOLAR
-
Bakıda 30 dərəcə isti olacaq - Sabahın havası
-
Canlı oxuya bilməyən müğənniyə 70-80 min manatı kim verib? - VİDEO
-
“Avrasiya qitəsini sülh və sabitlik məkanına çevirmək vacibdir“ - Putin
-
Beyləqanda asfaltlanma işləri davam etdirilir - Fotolar
-
Kanada “Qızıl günbəz”ə görə ABŞ-nin 51-ci ştatı ola bilər - TRAMP
-
Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilir - CANLI YAYIM
-
Türkiyə Prezidenti Laçında belə qarşılandı - FOTO/VİDEO
-
Xəzər dənizində suitilərin kütləvi ölümünə səbəb nədir? - VİDEO
-
Azərbaycanda yeni meyvə və tərəvəzlər yetişdirilir: Bu fermerlərə 15 min ayrılacaq
-
Sabah bu ərazilərdə qaz olmayacaq - XƏBƏRDARLIQ
-
Putin sülhdə maraqlı deyil, uzunmüddətli müharibəyə hazırlaşmaq lazımdır - Fridrix Merts
-
Mehriban Əliyeva Müstəqillik Günü münasibətilə paylaşım etdi - FOTO
-
Bakıda bu evlərin sahiblərinə kompensasiya ödənildi - VİDEO
-
Sosial şəbəkələrdə 500-700 manata təklif edilən donorluğun bu növü qanunidir? - VİDEO
-
Prezidentdən Müstəqillik Günü ilə bağlı paylaşım - FOTO
-
Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur
-
Dünyanın ən yüksək maaş alan məşqçiləri açıqlandı - Siyahı
-
“Laçında İlham Əliyevlə görüşməkdən şərəf duydum” - Şahbaz Şərif
-
“Avropanın Ukraynaya silah məhdudiyyətlərini aradan qaldırması eskalasiyadır“ - Kreml
-
Sertifikasiya ilə bağlı dəyişiklik olacaq - Nazirlik rəsmisi açıqladı
-
Deputatlar bu tarixdə toplanır: 10 məsələ müzakirə olunacaq
-
Prezident Şahbaz Şəriflə Laçında nahar masasında - FOTOLAR+VİDEO
-
Sabiq icra başçısının müsadirə olunmuş əmlakı ilə bağlı qərar - Təmin edilmədi
-
“Dövlət sifarişi ilə həyata keçirilən işlərin maya dəyəri əsassız surətdə şişirdilir“ - Palata
-
Müsabiqədə yüksək nəticə qazanmaq üçün 8000 manat verdi - Dələduzluqla üzləşdi
-
FHN-dən ticarət müəssisələrinin rəhbərlərinə çağırış - VİDEO
-
Prezident Laçın şəhərində uşaqlarla bir arada - FOTOLAR
-
“Müharibə gözləniləndən çox sürəcək” - Merts Rusiyanı ittiham etdi
-
Xala oğlu, yeznə və... - DSMF-dəki təyinatlarla bağlı şok iddia yayıldı, qurum isə...
-
İvanişviliyə 800 milyon dollar ödəməlidir - Azərbaycanla sərhəddə saxlanıldı
-
Prezident Bəylik kəndinə köçən sakinlərlə görüşdü - FOTOLAR
-
Azərbaycanda bir günə rekord evlilik - 25.05.2025
-
Dollar neçəyə olacaq? - İki günlük məzənnə açıqlandı
-
Prezident “Laçın” İstirahət Kompleksinin açılışında - FOTOLAR
-
Azərbaycana benzin idxalı artıb - Nazir səbəbini açıqladı
-
Laçın kanat yolunun təməli qoyuldu - FOTOLAR
-
Sahib Məmmədovun özünəməxsus kadr oyunları... - AHİK-də nələr baş verir?
-
Azərbaycanda iki məşhur milyonluq şirkət birləşir - Təfərrüat
-
Prezident Bəylik kəndinin açılışında - FOTOLAR
-
Şahbaz Şərif Laçında belə qarşılandı - FOTOLAR
-
Elgünün ölümündən 15 gün keçdi - Sirr pərdəsi açılacaqmı?
-
Vladimir Putin Prezident İlham Əliyevi təbrik edib - Müstəqillik Günü münasibətilə
-
“Tikinti şirkəti paraatlet Elmir Cəbrayılovu aldadıb“ - Baş Prokurorluq
-
Prezident İlham Əliyev Laçına getdi - Fotolar
-
Ötən il nə qədər gəlir və xərcimiz olub? - Büdcə
-
Sabah daha bir tarixi açılış olacaq - Onlar da gəlir
-
“Azər-Türk Bank” dörd ildir ki, büdcəyə dividend ödəməkdən yayınır - Nə baş verir?
-
Unikal məzmunun yalnız 25%-i tərcümə materialı ola bilər - Müsabiqədə yeni tələb
-
Bu restoranlarla bağlı tədbir görüləcək - Xəbərdarlıq edildi
-
“Netanyahu və Tramp arasında gərginlik yaşanıb“ - KİV
-
“Ülviyyə İlyasova, sən qanundan üstünsən“ - Qənirə Ataşova
-
Rayonlarda leysan olacaq, dolu düşəcək - Xəbərdarlıq
-
Trampla 1,7 milyonluq şam yeməyi... - Qonaqlar məyus oldu
-
Pirşağı çimərliyində suiti cəsədləri aşkarlandı - Fotolar
-
Ucarda 21 ton yük daşıyan avtomobil yandı - VİDEO
-
“Rusiyada kartof və bir sıra digər tərəvəz qıtlığı var” - Putin
-
Nazirlik əməkdaşı həmkəndlisini ölümcül döydü, həbs edildi
-
“İran nüvə proqramı ilə bağlı güzəştə hazırdır“ - Baqai
-
Qəbələyə çəkilən yeni yoldan - FOTOLAR
-
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir - WSJ
-
Ağdamın Kəngərli kəndinə növbəti köç karvanı yola salındı - FOTOLAR
-
Müstəqil, qalib Azərbaycan hər kəsin qürur mənbəyidir
-
Xalqın milli-vətənpərvərlik ruhunun alovlanmasına təkan verən gün
-
İnstaqramda kimlər nələr paylaşdı? - FOTOLAR
-
“Qızıl buts“ mükafatının qalibi bilindi - Salah 3-cü oldu
-
Bakıda uşaqlar binanın damında velosiped sürür - VİDEO
-
Makron arvadının ona şillə vurmasından danışdı - VİDEO
-
Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 107 ili tamam olur
-
Rusiya səfiri Finlandiya XİN-ə çağırıldı - Hava məkanın pozulmasına görə
-
Evlərə bu üsulla daxil olub dələduzluq edən şəxs saxlanıldı - VİDEO
-
“Bizi uşaqlara göstərib deyirdilər ki, düşmənlərinizdir” - Məhkəmə
-
Müdir müavini Pərvin Ağasiyev “Hunday” ilə piyadanı vurdu - Video
-
“Türkiyə Azərbaycanın əldə etdiyi nailiyyətlərdən qürur duyur“ - Ərdoğan
-
Bakının bu rayonda su kəsiləcək - XƏBƏRDARLIQ
-
Dünya çempionatı: Qazaxıstan ABŞ millisini məğlub etdi
-
Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 107 ili tamam olur
-
İran İsrailə xəbərdarlıq edib - Cavab verməyə hazırıq
-
Nərimanovda obyektdə yanğın - VİDEO
-
Bu lisey və gimnaziyalara qəbul başlayır - SİYAHI
-
Ərdoğan İlham Əliyevi təbrik etdi - Müstəqillik Günü münasibətilə
-
Yol polisini təhdid edən sürücü həbs olundu - Anbaan video
-
Paytaxtın bu ərazisində qaz olmayacaq - Xəbərdarlıq
-
Gəlin qayının qızıllarını oğurlayaraq, atasına satdırdı - Məhkəmə
-
Əsgərin ölməsi faktı üzrə cinayət işi başlandı - RƏSMİ
TOP 10
ARXİV