![]() |
|














Deputat Ramil Həsənov moldovalı biznesmenin qızını Bakıda evində gizlədir? - VİDEO
Tarix 07.06.21, 16:42 |
|

Böyük Britaniya vətəndaşı, Moldovada yaşayan məşhur iş adamı, tanınmış biznesmen Almari Vael Süleyman ondan gizlin şəkildə, qeyri-leqal yolla Bakıya gətirilən övladını görmək üçün Azərbaycandakı aidiyyatı qurumlara, məhkəmə orqanlarına üz tutmaq məcburiyyətində qalıb. O, vaxtilə faktiki nikahda olduğu, Azərbaycan Milli Məclisinin deputatına qoşulub qaçan və hazırda onunla evli olan Moldova Respublikası vətəndaşı Hasan (Lungu) Nicolai Ecaterinaya qarşı valideynlik hüquqlarının həyata keçirilməsinin təmin edilməsinə dair iddia ərizəsi ilə Nəsimi rayon məhkəməsinə müraciət edib. İddiaçının ərizəsi təmin olunub və məhkəmənin qərarına əsasən, iş adamına 7 yaşlı qızı Almaree Malika ilə ünsiyyətdə olmaq üçün hər həftənin bazar günü səkkiz saatlıq görüş vaxtı müəyyən edilib. Amma...
AzFakt.com xəbər verir ki, iş adamı Virtualaz.org-a açıqlama verib.
Açıqlamada bildirilir ki, Milli Məclisin deputatı, millət vəkili Ramil Həsənovun öz qulluq mövqeyindən sui-istifadə edərək il yarımdır onu yeganə övladının üzünə həsrət qoyduğunu bildirib. Qızını görmək üçün dəfələrlə Moldovadan Azərbaycana gələn, doğma balasıyla görüşməyə can atan, əlacı hər yerdən üzüldüyündən məhkəmələrə üz tutan Almari Vael Süleyman övladı ilə ünsiyyət qurmasına əngəl törədən şəxsin məhz millət vəkili Ramil Həsənov olduğunu deyib.

Britaniya əsilli moldovalı biznesmen 7 yaşlı qızı Malika ilə
Virtualaz.org-un yazdığına görə, Almari Vael Süleymanın dediklərindən belə məlum olub ki, idman zalında resepşın işləyən Hasan (Lungu) Nicolai Ecaterina ilə 2012-ci ildə Moldovada tanış olub, iki ilə yaxın onunla faktiki nikahda yaşayıb. 2014-cü ildə qız övladı dünyaya gəlib.
Əcnəbi biznesmen deyir: “Ecaterina ilə rəsmi nikahımız olmayıb. Uşaq doğulandan sonra ayrılmışıq. Ona demişdim ki, maddi təminatınızı hər zaman ödəyəcəyəm. Mən başqa qadınla rəsmi nikaha girmişəm, ailəliyəm. Ecaterina qızım Malikanı mənə göstərmirdi. Malika mənim yeganə övladımdır, ondan başqa övladım yoxdur. Ayrılsaq da, Ecaterinanın bütün maddi tələbatlarını ödəyirdim. Uşağımla parkda görüşürdüm. Buna baxmayaraq hər dəfə qızımı görmək üçün yenə də pul tələb edir, mən də ona istədiyi pulu verirdim. Ona bahalı maşın almışdım, istirahət etmək üçün Türkiyəyə də göndərmişdim. Bir sözlə, bütün maddi ehtiyaclarını öz üzərimə götürmüşdüm".
İş adamı deyir ki, Eceterina təxminən 2018-ci ildə Azərbaycan parlamentinin deputatı Ramil Həsənovla tanış olub. Bu barədə onun özü Almari Vael Süleymaniyə bildirib: “Ecaterinanın Ramillə olan münasibətinə qarşı çıxmadım. Amma onlar mənim övladımı gizli şəkildə, qeyri-leqal yolla Moldovadan Azərbaycana gətiriblər. Hər yerə şikayət etdim. Ecaterina hazırda interpolda axtarışdadır”.
Övladının gizli, qanunsuz şəkildə Moldovadan çıxarılmasını öyrənən ata yerli məhkəmələrə müraciət edib. Bununla bağlı tərəflər arasında uzun sürən məhkəmə çəkişmələri olub. Moldova məhkəməsi uşağın atasının himayəsində qalması ilə bağlı qərar çıxarıb. Həmin məhkəmə qətnaməsində birbaşa göstərilib ki, Almaree Malika atası Almari Vael Süleymanın himayəsində qalmalıdır. Qarşı tərəf məhkəmənin qərarından yuxarı instansiya məhkəmələrinə şikayət etsə də, şikayətləri təmin olunmayıb.
Almari Vael Süleymanın hüquqlarını müdafiə edən vəkil Ənvər Əmirəliyev virtualaz.org-a bildirib ki, Moldova məhkəməsinin çıxardığı qətnamə tanınma üçün Azərbaycana yönəlib.
“Qanunvericiliyə uyğun olaraq xarici məhkəmə qətnaməsinin tanınmasını Ali Məhkəmə həyata keçirdiyi üçün iş Ali Məhkəməyə göndərildi. İş Ali Məhkəmənin hakimi Vüqar Həsənovun icraatında idi. Ali Məhkəmədə qətnaməni tanımadılar. Əsas olaraq göstərdilər ki, Ecaterinanın Azərbaycanda oturumu ləğv edilib. Bununla bağlı Dövlət Miqrasiya Xidmətinə sorğu verdik. Məlum oldu ki, məhkəmədən sonra Ecaterinanın müvəqqəti oturumu bərpa olunub, hansısa mənzildə qeydiyyatdadır. Ali Məhkəmənin bu qərarından Konstitusiya Məhkəməsinə şikayət vermişik”,-vəkil bildirib.
Artıq üçüncü dəfədir ki, qızının arxasınca Azərbaycana gələn Almari Vael Süleyman yeganə istəyinin övladına qovuşmaq olduğunu deyir. Bildirir ki, ötən ilin sentyabrından bu yana qızını görə bilmir.
“Övladımı mənə göstərmirlər. Heç kimdən heç nə istəmirəm, tələb də etmirəm. Yalnız uşağımı görmək istəyirəm. Mən atayam, buna mənim haqqım var. Moldovadakı bütün işlərimi atıb qızımın dalınca buralara qədər gəlmişəm. Övladımı görməyincə, bu məsələ öz həllini tapmayınca Azərbaycandan heç yerə gedən deyiləm”,-o deyir.
Valideynlik hüquqlarının həyata keçirilməsinin təmin edilməsi ilə bağlı Nəsimi rayon məhkəməsində qaldırılan iddia ərizəsi təmin olunduqdan sonra iş adamı icra nümayəndələri, hüquqlarını müdafiə edən vəkillər – Muxtar Mustafayev və Ənvər Əmirəliyevlə birgə övladının yaşadığı ünvana yollanıb. Mənzilin qapısını onların üzünə millət vəkili Ramil Həsənov açıb.
"Nəsimi rayon məhkəməsinə ərizə ilə müraciət etdik ki, bu mübahisəli məsələ həllini tapana qədər ata öz qızı ilə müvəqqəti görüşə bilsin. Hakim Cəmilə Musayeva ədalətli və düzgün qərar qəbul etdi, uşaqla atanın həftədə bir dəfə görüşməsinə dair qərar qəbul olundu. Ecaterinanın yaşadığı ünvanı dəqiqləşdirib oraya gəldik, bizi qapıda Ramil Həsənov qarşıladı. Əllərini belinə qoyub bizə dedi ki, belə bir hüququnuz yoxdur, bununla bağlı Ali Məhkəmənin qərarı var”- vəkil Ənvər Əmirəliyev virtualaz.org-a bildirib.
Malika pəncərənin arxasından baxır...
Vəkil deyir ki, hətta Ali Məhkəmənin bununla bağlı qərarı olsa da belə, onun bu işə heç bir aidiyyatı yoxdur. Ali Məhkəmədə aparılan işdə uşağın himayə məsələsi həll olunur. Bu isə tamam ayrı bir işdir: “Biz Nəsimi rayon məhkəməsində ayrı iddia qaldırmışıq, uşaqla müvəqqəti görüş istəmişik. Bunu uşağın himayə məsələsi ilə qarışdırmaq olmaz. Təsəvvür edin, interpolda axtarışda olan adam millət vəkilinin xüsusi mülkiyyətindəki ünvanda qeydiyyatdadır. Bizdə olan məlumata görə Ecaterina ilə Ramil Həsənov rəsmi nikaha da giriblər. Amma deyir ki, bu evdə heç kim yoxdur. Məhkəmə qərarına birbaşa hörmətsizlik edir, “mən parlamentin üzvüyəm, iki günə Nəsimi rayon məhkəməsinin qərarını ləğv etdirərəm” deyir. Bu adam göz görə-görə, çəkinmədən vəzifə səlahiyyətlərini aşır”.
“Bu qədər də olmaz, hər şeyin bir həddi-hüdudu var”
Vəkil Ənvər Əmirəliyevin sözlərinə görə, bu məsələni Milli Məclisin deputatı özü ifrat dərəcəyə gətirib çıxarıb: “İcra məmurlarına deyir, siz kimsiniz mənim qapıma gəlmisiniz? İcra məmuru da Ecaterina və azyaşlı qızının onun evində yaşadığını bildirir. Ramin Həsənov cavab verir ki, tanımıram. Halbuki, uşaq da, anası da Ramin Həsənova məxsus mənzildə qeydiyyatdadırlar”.
Vəkil bildirir ki, R.Həsənova atanın öz övladı ilə görüşmək hüququnun olduğunu xatırladanda o, gah uşağın evdə olmadığını, gah haradasa gizlətdiyini deyib. Yəni deputat atanın övladını görməsinə heç cür imkan verməyib.
“Deyir, mən deputatam, gedin işinizlə məşğul olun. Bu qədər də olmaz axı, hər şeyin bir həddi-hüdudu var. Əlimizdə rəsmi icra qərarı ola-ola bizə qarşı bu cür münasibət göstərir. Deyir uşaq evdə yoxdur”,-Ə.Əmirəliyev deyir.
Vəkilin sözlərinə görə, binanın komendantı və təhlükəsizlik xidmətinin rəisi Ecaterina və qızı Almaree Malikanın həmin ünvanda yaşadığını təsdiq ediblər.
Övlad həsrəti ilə alışıb-yanan ata isə qızının pəncərədən ona əl işarələri ilə görüşə icazə vermədiklərini çatdıra bildiyini deyir...
Xəbərin oxunma sayı : 1705
Hadisə
Xəbərlər
-
Saxlanılan Rusiya vətəndaşları barəsində həbs qətimkan tədbiri seçildi - FOTOLAR
-
İkinci əl Çin avtomobili alarkən nələrə diqqət edilməlidir? - VİDEO
-
Kimya müəllimləri sertifikasiyanın nəticələrindən narazıdırlar - VİDEO
-
Hökumət vergi güzəştini sona çatdırır? - “Vergi Məcəlləsinə dəyişiklik layihəsi artıq hazırdır“
-
Mutvali Şıxlinskinin niyə saxlanıldığı məlum oldu - İllər öncə qətlə yetirilən şəxs onun müavini olub
-
“Anti-Azərbaycan kampaniyası 600-ə yaxın hesabdan aparılır“ - Milli Məclis
-
Sahib Məmmədovun müşaviri və yaxın qohumu xaricə hansı vəsaitlə gedir? - İLGİNC İTTİHAM
-
Yekaterinburqdakı Azərbaycan diasporunun lideri və oğlu belə saxlanıldı - VİDEO
-
“AZERİŞIQ” ASC-də açıq TENDERLER niyə GİZLİ şəkildə keçirilir…..
-
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfəri edəcək - Bu tarixdə
-
Voronejdə azərbaycanlı iş adamı həbs edildi - VİDEO
-
Ruben Vardanyan hakim qarşısında - Məhkəmə prosesi
-
Zelenski İlham Əliyevə zəng etdi: Ukrayna Azərbaycana həmrəyliyini ifadə etdi
-
“Evə dünyanın xərcini çəkib təmir etdirmişik...” - 1 evi 2 nəfərə satan MTK rəhbərinin məhkəməsi
-
“Dəniz” Hospitalında estetik əməliyyat üçün qızılları girov alındı…- Şikayət
-
“Bakı Yem Fabriki“ndə maliyyə böhranı: Vergi borcu yarım milyona yaxınlaşır
-
“O, futbol tarixinin ən böyük məşqçisidir“ - Yürgen Klopp
-
“İşğal Azərbaycana 150 milyard ABŞ dolları dəyərində ziyan vurub“ - Samir Şərifov
-
“Ege Hospital“ qaydaları pozdu - Maliyyə sanksiyası tətbiq olundu
-
AZAL təyyarəsini vuran rus zabitinin etirafları - Sensasion iddia + Səs yazısı
-
“Sputnik Azərbaycan“ işi üzrə saxlanılanlar 4 aylıq həbs edildi - Məhkəmədən qərar
-
Həftə sonunadək yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
-
Rəsmi Bakıdan Rusiyaya:“Daxili işlərimizə qarışmayın!”
-
Pakistanda hökumət binasına və banklara hücum - Ölənlər var
-
İlqar Mustafayev bu şəxslərlə əlbir imiş - 12 milyonluq cinayət
-
Bu ilin birinci yarısında Azərbyacanda neçə nəfər qızılcaya yoluxub? - RƏSMİ
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Nazir Mərkəz direktorunu işdən çıxardı - Yeni təyinat
-
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SİYAHI
-
Miqrasiya Xidmətindən əcnəbilərə xəbərdarlıq - 31 iyula kimi vaxtınız var
-
İlahə İlyasovanın direktoru olduğu “T-Finans LTD” MMC-nin rəhbəri Minayə Həmidova haqqında məhkəmə qərarı
-
Fərid Əsgərova general-mayor rütbəsi verildi - Sərəncam
-
Bakıda Rusiya vətəndaşlarından ibarət dəstələr ələ keçdi: Narkotik tranziti, onlayn dələduzluq...
-
Kinostudiyanın ərazisində təmizləmə işləri aparılır - Birgə məlumat
-
2300-dən çox müəllim işdən çıxarılıb - RƏSMİ
-
Rusiyadan gətirilən məhsullar Azərbaycanda məhv edildi - Fotolar
-
Tərlan Əhmədzadə işdən çıxarılır - Vəzifəsindən kənarlaşdırıldı, məzuniyyətə göndərildi
-
Yasamal rayonunda qanunsuz tikinti: “Kəpəz“ MTK yenidən işə başlayıb?
-
“Sputnik Azərbaycan“ bağlı işdə yenilik - 7 nəfər saxlanıldı
-
“Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmasına dair rəsmi məlumat yoxdur“ - Səfir
-
Daha iki nəfər batdı - Birinin 91, digərinin 17 yaşı var... (VİDEO)
-
MY SHOPS”un satış müdirindən dələduzluq - 50 ədəd “Playstation” sifariş verib...
-
Baş Prokurorluqda cinayət işi açıldı - Rusiyada öldürülən azərbaycanlılarla bağlı
-
Yağış, leysan, dolu, 32 dərəcə isti - Sabahın havası
-
Sabiq diplomat hakim qarşısına çıxarılır - DTX tərəfindən saxlanılmışdı
-
Beyləqanda qanvermə aksiyası keçirildi - Fotolar
-
“Pulu Vasif Talıbovun oğlunun sürücüsünə verirdim” - Rəisdən ŞOK AÇIQLAMA
-
Səfərov qardaşlarının ölümü ilə bağlı ekspertiza nəticələri açıqlandı - VİDEO
-
Lənkəran şəhərində qanunsuz obyekt inşa edilir? - Açıqlama/FOTO
-
700 balın sirri: Niyə maksimum nəticə yoxdur?
-
Məsud Pezeşkian Xankəndiyə səfər edəcək - Bu tarixdə
-
Nohurqışlaqda meşədə köməksiz qalan şəxs xilas olundu - VİDEO
-
Azərbaycan səfiri Rusiya XİN-ə getdi - VİDEO
-
Səfərov qardaşları dəfn olundu - Fotolar
-
DTX əməliyyat keçirdi: Dövlətə xəyanət edən tutuldu
-
Lökbatanda beton zavodundan şikayət - VİDEO
-
Baş direktor vəzifədən azad edildi - Yeni təyinat
-
Azərbaycanda avro bahalaşdı - 4 ildən sonra
-
“Rusiya tərəfinin uydurduğu xəbər cəfəngiyyatdır“ - Seyfəddin Hüseynli
-
Tramp fərman imzaladı - Suriyaya qarşı sanksiyaları ləğv edildi
-
Bu gündən sosial müavinətlər və təqaüdlər artırılır - Fərman qüvvəyə minir
-
İnstaqramda kimlər nələr paylaşdı? - FOTOLAR
-
“Azərbaycan xalqına bir daha təşəkkürümü bildirmək istəyirəm“ - Ərdoğan
-
Mədəniyyət sektorunda yeni vergi güzəştlərinin tətbiqinə başlanılır - VİDEO
-
Uitkoff İranla müzakirələri davam etdirir - Ağ Ev
-
“NATO sammiti Ankarada keçiriləcək” - Ərdoğan
-
Arkadi Qukasyandan yeni ETİRAFLAR
-
İyulun 1-dən artırılan bəzi sosial müavinətlər nə qədər olacaq? - VİDEO
-
Hacı Zeynalabdin Tağıyev qəsəbəsində kanalizasiya problemi - VİDEO
-
Bu şəxslərə yeni mənzillər veriləcək - RƏSMİ
-
ABŞ və İsrailin İrana qarşı addımları bütün regionu təhlükəyə atıb - Pakistan XİN
-
Gömrükdə rüşvət qalmaqalı - Sabiq rəis 834 maşını ölkəyə necə keçirib?
-
Yekaterinburqda öldürülən azərbaycanlıların nəşi Vətənə gətirilib - VİDEO
-
Tələbələr üçün xoş xəbər: Müraciət vaxtı artırıldı
-
Deputatlar bu qanunlara dəyişiklik edəcək - SİYAHI
-
Fransanın radioaktiv tullantıları Azərbaycan sərhədində? - Xəzər üçün təhlükə
-
Azərbaycanda şok OLAY: 5 aylıq hamilə ola-ola başqasına ərə getdi - VİDEO
-
“Sputnik Azərbaycan”ın ofisində saxlanılanlar kimdir? - ADLAR
-
“Excelsior Hotel”də baş direktorla menecer arasında nə baş verir?
-
Bəylər Eyyubovun yerinə gələn Fərid Əsgərov kimdir? - DOSYE
-
“Kremlin yeni strateji hədəfi Odessadır“ - “Financial Times”
-
DİN-dən “Sputnik-Azərbaycan“dakı əməliyyatla bağlı açıqlama
-
Ərdoğan və Ersin Tatar Bakıya gəlir - Bu tarixdə
-
Bəylər Eyyubov vəzifədən azad edildi - Yerinə təyinat oldu
-
İyul ayında hava necə olacaq? - Aylıq proqnoz
-
Rusiya agentləri “Sputnik Azərbaycan“dan belə çıxarıldı - VİDEO
-
Elariz Məmmədoğlunun qızı məhkəmədə ifadə verdi - Milyonluq qalmaqallı iş üzrə
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“İran komandirləri yoxa çıxıblar” - “Washington Post“
-
Salyanda dəhşətli cinayət: gecəyarısı arvadını xəyanətdə günahlandırdı, sonra isə...
-
Həbs edilən şəxs Namiq Abdullayevin adından necə istifadə edib? - DƏLƏDUZLUQ İŞİ
-
“Cəlal Harutyunyana general-leytenant rütbəsini Sarkisyan verib“ - Arayik Harutyunyan
-
“Veysəloğlu”nun elan etdiyi “Qida Təhlükəsizliyi Ayı” çərçivəsində növbəti məhsuldar görüş AQİSA ilə keçirildi - FOTOLAR
-
“Türk vətəndaşı olmağı çox istərdim” - Montello ilə yeni müqavilə bağlanılıb
-
Qohum nikahların qarşısı necə alınacaq? - Nazirlikdən açıqlama
-
İran “Starlink“ə qadağa qoydu: İstifadə edənləri həbs gözləyir
-
Bakıda 400 nəfərin gizlənə biləcəyi yeraltı bunker: Harda yerləşir?
-
"QayMaq Premium Qida" şirkətinin kərə yağından sellofan çıxıb - Video
-
Sabahdan məktəbli formalarının qiyməti aşağı düşür - CƏDVƏL
-
Prezidentdən Fikrət Məmmədovla bağlı - Sərəncam
-
“TikTok” üçün çox varlı alıcılarımız var” - Tramp
-
Hərbi prokuror bayram günləri sərhədlərdə - FOTOLAR
-
Şuşa və Xankəndiyə səfərlər müvəqqəti dayandırılır - Səbəb açıqlandı
-
Vilayət Eyvazov Astarada vətəndaş qəbulu keçirəcək - Bu tarixdə
-
Cümşüdün batdığı kanal bu qurumun balansında olub - Baş Prokurorluğun məlumatı
-
“Sputnik-Azərbaycan” agentliyinin ofisində əməliyyat keçirilir
-
Azərbaycan İsrailə neft satışını dayandırıb - İxracın 95 faizi Avropa bazarlarına yönəldilib
-
Bakıda orta aylıq əməkhaqqı 1386 manatdır - Rəsmi
-
Çimərliklərdəki istirahət məkanlarında qiymətlə - VİDEO
-
“Ermənistanda kilsəyə yönələn hücumlar narahatlıq doğurur“ - Lavrov
-
Həyət evlərində qalanlar həşəratlara qarşı bu dərmanlardan istifadə etsinlər - VİDEO
-
Şamaxıda kişi qətlə yetirildi - 31 yaşlı kürəkəni tutuldu
-
Rusiya bu istiqamətdə 50 min hərbçi toplayıb - Ukraynanın işi çətindir
-
“Dedilər işə düzəlmək üçün 5 min manat pul lazımdır“ - Məhkəmə işi
-
Sabahdan bu sosial müavinətlər və Prezident təqaüdləri artırılacaq - SİYAHI
-
“İranın gizli nüvə obyekti ola bilər” – Tramp
-
Azərbaycanda bu şəxslərin nikahı qadağan ediləcək - Sabahdan
-
Qeyri-iş günü bir də dörd aydan sonra olacaq - TARİX
-
Maştağada kanalda antisanitar vəziyyət - VİDEO
-
Az maaş, çox tələb: Gənclər niyə iş tapa bilmirlər?
TOP 10
ARXİV