“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Deputat seçilən gənc vəzifəsindən azad edildi - Yeni təyinat

Tarix 11.10.24, 15:49

Font ölçüsü : - / +
bitmap-img6


Sentyabrın 1-də keçirilən növbədəkənar parlament seçkilərində ilk dəfə deputat seçilən Mircəlil Qasımov "Bakı Məişət Maşınları" açıq səhmdar cəmiyyətinin (ASC) sədri vəzifəsindən azad edilib. 

Modern.az-ın əldə etdiyi məlumata görə, o, deputat mandatı qazandıqdan sonra ASC-dəki işindən ayrılıb.

Qeyd edək ki, "Bakı Məişət Maşınları" ASC Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi  yanında  Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərir.  "Bakı Məişət Maşınları" Bakı şəhəri Nərimanov rayonu Ələsgər Qaibov küçəsi ev 6 ünvanında qeydiyyatdadır. Cəmiyyətin nizamnamə kapitalı isə 4527748 manatdır. ASC universal məişət maşınlarının istehsalı və satışı ilə məşğuldur.

Məlumata görə, "Bakı Məişət Maşınları" ASC-nin sədri vəzifəsinə Məhərrəməli Pənahov gətirilib. O, "Ceyranbatan Polimer Materialları” ASC-nin sədri vəzifəsində çalışıb.

Xatırladaq ki, 1992-ci ildə anadan olan Mircəlil Qasımlı Milli Məclisin ən gənc deputatıdır. O, Bakı şəhərində anadan olsa da, əslən Kəlbəcər rayonunun Başlıbel kəndindəndir. Deputat parlamentdə 123 saylı Kəlbəcər seçki dairəsini təmsil edir.



Xəbərin oxunma sayı : 877




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap