“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Edam müzakirələri ciddiləşir – MHP liderindən kritik mesaj

Tarix 28.06.22, 22:14

Font ölçüsü : - / +
bitmap-img6


“Türkiyədə ölüm hökmünün bərpası müzakirələrini dəstəkləyirəm”.

Bunu Türkiyənin Millətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Bağçalı deyib.

“Xəyanətkarlar meşələrimizi yandıraraq öz xainliklərini qusdular. Ağaclarımız yandırılsa belə, əkəcəyimiz fidanlarımız var. Yenidən yaşıllaşdırmaq şərəf borcumuzdur. Konstitusiyanın 169-cu maddəsində meşələrin mühafizəsi ilə bağlı müddəalar var. Meşələrə zərər vurmaq cəhdlərinə yol verilməyəcək”, - Bağçalı bildirib.

MHP lideri meşələri yandıralara edam cəzasının verilməsi ilə bağlı gedən müzakirələrə də toxunub:

“Meşələri yandırmaq və meşələri məhv etmək məqsədi ilə törədilən cinayətlərin amnistiyaya daxil edilməyəcəyi aşkar şəkildə müəyyən edilib. Ölüm hökmünün müzakirəsini faydalı hesab etdiyimizi və qanuni təklif gələrsə, dəstəkləyəcəyimizi bəyan edirəm. Ümid edirəm ki, ölüm cəzasına qadın qətlləri, zorlama və terror da daxil olacaq. Əlimizdən gələni etməyə hazırıq”.

Edam məsələsini ötən günlərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan gündəmə gətirib. Türkiyə lideri meşələri yandıranlara lazım gələrsə, edam cəzasının verilməli olduğunu bildirib. Ərdoğanın bu mesajından sonra açıqlama verən ədliyyə naziri Bəkir Bozdağ məsələ ilə bağlı işə başladıqlarını deyib./Teleqraf.com



Xəbərin oxunma sayı : 829




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap