“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Episentri Çin olan yeni pandemiya barədə xəbərdarlıq edildi: Antibiotiklər təsir etmir

Tarix 01.04.24, 13:29

Font ölçüsü : - / +
bitmap-img6


Çin yeni bir pandemiyanın episentrinə çevrilə bilər.

Bu barədə ABŞ-nin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) yeni hesabatından məlum olub.

Tədqiqatçıların fikrincə, yeni “koronovirus” Çin “superqonoreya”sı ola bilər.

Belə ki, Çinin 13 əyalətində zöhrəvi xəstəlikləri olan xəstələrdən götürülmüş bakteriya nümunələrinin 98 faizə qədəri güclü antibiotiklərdən yan keçə bilib.

Tədqiqatçıları ən çox narahat edən məqam Çində antibiotiklərə davamlı ştammın yayılma nisbətinin Amerika, Britaniya və Kanada ilə müqayisədə 40 dəfə yüksək olmasıdır.

Hazırda Çin “superqonoreyası”nı məğlub edə bilən yeganə antibiotik “seftriakson”dur. Ancaq Çində müəyyən edilmiş bakteriya ştamlarının 8,1%-i, hətta buna da davamlıdır. Ona görə də infeksiyanı müalicə etmək üçün təcili şəkildə dərmanların hazırlanması tələb oluna bilər.

Qonoreya bakterial xəstəlikdir. “Neisseria gonorrhoeae” bakteriyası cinsi yolla ötürülür və həm kişilərə, həm də qadınlara təsir edir.

Mənbə: Daily Mail



Xəbərin oxunma sayı : 412




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap