“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Ermənilər Basarkeçəri boşaldır - “Ya şəhəri verəcəklər, ya da müharibə başlayacaq!”

Tarix 10.02.24, 14:31

Font ölçüsü : - / +
bitmap-img6


Basarkeçər şəhərində bir sıra dövlət obyektlərinin bağlanılmasına başlanılıb. 

Bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb. 

Nəşr yazır ki, Kəlbəcər Azərbaycana təhvil verildikdən sonra (2020-ci il) sərhəddə yerləşən Vardenis (Basarkeçər) şəhərində vəziyyət gərginləşib: “İlin əvvəlindən hökumət şəhərdə pasport-viza şöbəsinin ofisini bağlamağa başlayıb. Vardenis sakini Karen bildirib ki, şəhərə xidmət göstərən banklardan biri də bağlanıb, poliklinika və psixiatriya xəstəxanasının başqa şəhərlərə köçürüləcəyi barədə məlumat var.

“Ya şəhəri təhvil verəcəklər, ya da müharibə başlayacaq – başqa variant yoxdur. Vardenislilər niyə belə mühüm obyektləri şəhərdən yığışdırıldığını anlamırlar”, - şəhər sakini Karen deyib.

Karen fevralın 12-də etiraz aksiyası keçirəcəklərini söyləyib”.

Vardenis Ağsaqqallar Şurasının üzvü Davit Şahnazaryanın iddiasına görə, müxtəlif qurumların bağlanması və ya köçürülməsi xəbərini onlar da eşidib, amma aidiyyəti dairələrdən izahat ala bilmirlər, suallarına cavab verilmir.

“Məlumat var ki, pasport şöbəsi köçürülür, hələlik rəsmi bir şey yoxdur, hər şey söz-söhbət səviyyəsindədir. Digər obyektlərin köçürülməsi ilə bağlı da söz-söhbətlər də var. Hazırda pasport şöbəsinin köçürülməməsi ilə bağlı imzatoplama aparılır”, - Şahnazaryan vurğulayıb.

Şahnazaryan baş verənlərin Basarkeçərin Azərbaycana təhvil verilməsi və ya müharibə ilə bağlı olub-olmadığına dair suala belə cavab verilib: “Bu, mənə də bildirilib, amma bu suala dəqiq cavabım yoxdur, çünki Çəmbərək və Mehrinin pasport şöbələrinin də köçürüldüyü barədə məlumat var. Sərhəd yaşayış məntəqələrindən dövlət obyektlərinin çıxarılmasının əleyhinəyəm”. (musavat.com)



Xəbərin oxunma sayı : 637




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap