Tünzalə Ağayeva dəyişib belə oldu - FOTO “Kim bunu mənə qadağan edə bilər?“ - FOTO Aygün Kazımovanın dəniz kənarında istirahəti - VİDEO Boşanma xəbərləri yayılan Ayseldən maraqlı - Paylaşım
Axtar
 
  • / Maqazin / — 23 İyul 2024

    Tünzalə Ağayeva dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 13 İyul 2024

    “Kim bunu mənə qadağan edə bilər?“ - FOTO

  • / Maqazin / — 11 İyul 2024

    Aygün Kazımovanın dəniz kənarında istirahəti - VİDEO

  • / Maqazin / — 10 İyul 2024

    Boşanma xəbərləri yayılan Ayseldən maraqlı - Paylaşım

  • / Maqazin / — 08 İyul 2024

    Nigar Camal geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 08 İyul 2024

    Əməkdar artist Cıdır düzündə poza verdi - FOTOLAR

Ermənistanda kütləvi həbslər başladı – Paşinyan müxalifətə qarşı hərəkətə keçdi

Tarix 25.05.24, 15:49

Font ölçüsü : - / +
bitmap-img6


Ermənistan hakimiyyəti kilsə və müxalifətin təşkilatçılığı ilə gözlənilən iğtişaşların qarşsını almaq üçün hərəkətə keçib.

“Azpolitika” erməni mediasına istinadla xəbər verir ki, bir az əvvəl Qarabağda ləğv olunmuş qondarma rejimin bir neçə rəhbər nümayəndəsi həbs edilib, onlarn evlərində axtarış aparılıb.

Qeyd olunur ki, hüquq mühafizə orqanlarının əməkdaşları son günlər keşiş Baqrat Qalstanyanla təmas quran iş adamları və məmurları həbs etməyə başlayıb. Onlar dövlət çevrilişinə hazırlıqda ittiham edilirlər.

Bu gün səhər Baş nazir Nikol Paşinyana yaxın “teleqram” kanallarının yaydığı məlumata görə, Baqrat Qasstanyan, eks-prezident Robert Köçəryan və daşnakların liderlərinin iştirakı ilə qapalı iclas keçirilib.

Məlumata görə, keşiş liderlik etdiyi “Tavuş hərəkatı” iflasa uğradığına görə, Koçaryan kölgədən çıxmağa və etirazlara rəhbərlik etməyə qərar verib.

Paşinyana yaxın media yazır ki, siyasi müxalifət paytaxtda və iri şəhərlərdə təxribatlar törətməyə çalışacaq, əhalini hakimiyyəti devirməyə çağıracaq.

Baş nazir hazırda Azərbaycan sərhədinə gələrək 4 kənddə görüşlər keçirir. Erməni mediası yazır ki, vəziyyət kifayət qədər gərgindir və hüquq mühafizə orqanları hazır vəziyyətə gətirilib.

Ermənistan hakimiyyəti əsas təhlükəni Baqrat Qalstanyanın elan etdiyi mitinqdə gözləyir. Bu aksiyada ölkənin müxtəlif bölgələrində xüsusi hazırlammış adamlar gətirilib, habelə son günlər Rusiya və başqa ölkələrdən xeyli sayda erməni İrəvana gəlib. Onların anti-hakimiyyət aksiyalarının əsas hərəkətverici qüvvəsi olacağı gözlənilir.

Dünən axşam saatlarında xalqa müraciət edən Nikol Paşinyan Azərbaycanla davam edən sülh prosesinin alternativinin olmadığını, kilsənin və müxalifətin dövlətin təhlükəsizliyə ağır zərbələr vurduğunu bəyan edib.



Xəbərin oxunma sayı : 865




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap