“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Etibar Məmmədovun Azərsu talanı davam edir: Mercedes avtomobili dil açıb nələri danışa bilər?

Tarix 08.01.24, 16:39

Font ölçüsü : - / +
bitmap-img6


Prezident İlham Əliyev mart ayının 30-da "Azərsu” Açıq Səhmdar Cəmiyyəti, "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyəti və Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin birləşdirilərək Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradılması haqda sərəncam imzaladı. Bu sərəncamdan sonra diqqət çəkən məqamlardan biri də sabiq Azərsu şefi Qorxmaz Hüseynovun korrupsioner komandası və bu komandanın aparıcı fiquru Etibar Məmmədovun taleyi idi. "Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) sabiq sədri Qorxmaz Hüseynovun rəhbərliyi altında uzun illər ərzində həyata keçirilmiş yeyinti və maliyyə maxinasiyaları ilə bağlı araşdırmalara başlanıb.
 
Bununla bağlı cumhuriyyet.az xəbər verir ki, ortaya ciddi faktların çıxacağı araşdırmaların artıq ilk qurbanları da var. Belə ki, bu günlərdə Qorxmaz Hüseynovun ən yaxın kadrlardan biri sayılan Elman Məmmədov və onun cinayət ortağı olan daha bir şəxsin saxlanması belə düşünməyə əsas verir.

Əldə etdiyimiz məlumatlarda isə "Azərsu”da daha bir neçə şəxsin istintaqa cəlb ediləcəyi gözlənilir. Onlardan biri isə "Azərsu” ASC-nin sabiq sədri Qorxmaz Hüseynovun "sağ əli” kimi tanınmış, "Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədovdur. Bu həmin Etibar Məmmədovdur ki, uzun illər "Azərsu” ASC-nin həyata keçirdiyi əksər "çörəkli” layihələrin baş rol ifaçısı olub. Tikinti-təmir işlərindən tutmuş, yeni su xətlərinin çəkilişinə qədər bütün layihələrdən küllü miqdarda vəsaitlərin "yoxa çıxması” isə bu məsələlərdə iştirakı şübhə doğurmayan Etibar Məmmədovu diqqət mərkəzinə gətirir. Əsaslı vəsait qoyuluşu üzrə dövlət büdcəsindən və digər maliyyə mənbələrindən ayrılmış vəsaitin idarə edilməsində yol verilmiş nöqsanların miqyası isə o qədər böyükdür ki, Etibar Məmmədovun canını rahatlıqla qurtaracağı inandırıcı görünmürdü. Amma reallıq odur ki, Etibar Məmmədov nəinki öz postunu qoruya bilib, həm də əlavə xərclərə də imkan tapıb.

Bu arada Etibar Müəllimin 22 yaşlı katibəsi Günel Süleymanovanın 10 ZZ 222 dövlət nömrə nişanlı Mercedes markalı avtomobili xüsusi diqqət çəkir…

Mənbə: Cumhuriyyet.az



Xəbərin oxunma sayı : 790




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap