“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Evini təmir etdirmək istəyənlərin diqqətinə! - Sizi də belə aldada bilərlər (VİDEO)

Tarix 27.07.21, 16:07

Font ölçüsü : - / +
bitmap-img6


Bakı sakini evinin təmiri üçün yüksək məbləğ ödəsə də, mənzilinə köçə bilmir. Çünki təmir-tikinti şirkəti üzərinə düşən öhdəliyi yerinə yetirmir. Mənzildə təmir işlərinin yubanması ev sahibini çarəsiz qoyub.

AzFakt.com XəzərXəbər-ə istinadən xəbər verir ki, paytaxt sakini Nahidə Mirzəyeva Binəqədi rayonu Əcəmi Naxçıvani küçəsində yerləşən mənzilinin təmirini təmir-tikinti şirkətinə həvalə edib. Ancaq "Bəxtiyarov group" adlı həmin şirkət üzərinə götürdüyü öhdəliyi yerinə yetirmir. Bu səbəbdən Nahidə Mirzəyeva mənzilinə köçə bilmir.

Müsahibimiz bildirdi ki, şirkətə dəfələrlə müraciət etsə də, vəziyyət dəyişməz olaraq qalır. Nahidə Mirzəyevanın sözlərinə görə, işlərin yekunlaşması üçün hətta şirkətə əlavə vaxt da verib. Üstəlik, müqavilədə təmir üçün nəzərdə tutulan məbləğin böyük hissəsini şirkətə ödəyib.

Məsələ ilə bağlı sözügedən şirkətlə əlaqə saxladıq. Şirkətin Samir adlı əməkdaşı bildirdi ki, ev sahibi ilə görüşüb problemi həll edəcəklər.

Nahidə Mirzəyeva əlavə etdi ki, şirkətlə evin 1 kvadratmetrinin təmirini 220 manata razılaşıb. Onun yeganə istəyi mənzilində təmir işlərinin qısa zamanda yekunlaşdırılmasıdır.







Xəbərin oxunma sayı : 595




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap