Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova
Axtar
 
  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

  • / Maqazin / — 01 Noyabr 2025

    “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı

  • / Maqazin / — 27 Oktyabr 2025

    Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova

  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

Güclü maqnit qasırğası olacaq - Bu tarixdən

Tarix 23.01.25, 9:57

Font ölçüsü : - / +
bitmap-img6


24 yanvarda Günəşdə baş vermiş M sinifli alışmanın müşayiət etdiyi plazma buludunun Yerə çırpılması səbəbilə maqnit qasırğası gözlənilir.

AzFakt.com xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.

"Alışma orta səviyyədə olduğuna görə, buludun sürəti nisbətən aşağıdır - təxminən 500 km/s. Sürətin aşağı olması nəticəsində hesablamalara əsasən, buludun Yerə çatması bir qədər gecikəcək. İlkin proqnozlara görə, cümə günü, günün ikinci yarısında gözlənilir"-deyə məlumatda qeyd olunur.

Bildirilib ki, maqnit qasırğası proqnozu kifayət qədər ziddiyyətlidir. Bununla belə, əsas ssenariyə görə, qasırğa beş səviyyəli monitorinq şkalasına əsasən G2 səviyyəsində olacaq. Bundan əlavə, qütb parıltılarının müşahidə olunma ehtimalı da var.

Günəş alışmaları rentgen şüalanmasının gücünə görə beş sinfə bölünür: A, B, C, M və X. Hər növbəti sinfə keçdikdə şüalanma gücü on dəfə artır.



Xəbərin oxunma sayı : 1024




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap