“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Gömrük Komitəsinin binası yeni nazirlik üçün hazırlanır? – Büdcəni dolduran qurumlar birləşdirilə bilər...

Tarix 24.01.25, 14:00

Font ölçüsü : - / +
bitmap-img6


“Dövlət Gömrük Komitəsi (DGK), Dövlət Vergi Xidməti (DVX) və Dövlət Xəzinədarlığı Agentliyi birləşəsi olsa, yeni qurum üçün DGK-nın təp-təzə inzibati binası da tam hazırdı”.

Bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz yazıb. “Keçən dəfə Dövlət Vergi Xidmətinin hesabına tikilən binaya İqtisadiyyat Nazirliyi sahib çıxmışdı". Ekspert güman edir ki, görünür, DVX üçün yenilik gözlənilir. O, vurğulayıb ki, uzun müddətdir, DGK təzə inzibati binaya köçə bilmir. “Sınıq-salxaq, döşəməsi çökən otaqlarda qalıblar. Elə bil kimsə qəsdən DGK-nın yeni binasının açılışını ləngidir”, - Osman Gündüz əlavə edib.

Xatırladaq ki, yanvarın 10-da Prezident İlham Əliyevin sərəncamı ilə Maliyyə naziri Samir Şərifov 19 il tutuduğu vəzifədən azad edilərək Baş nazirin müavini təyin edilib. Maliyyə naziri vəzifəsinə isə hələlik təyinat aparılmayıb. Hökumətə yaxın mənbələrdən mətbuata sızdırılan məlumata görə, yaxın günlərdə DGK, DVX və Maliyyə Nazirliyinin bəzi qurumları birləşdirilərək Dövlət Gəlirləri Nazirliyi yaradılacaq. İddia olunur ki, Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev yeni qurumun rəhbəri təyin ediləcək, bir sıra gənc kadrlar da onun müavinləri postuna gətiriləcək.

Osman Gündüzün ictimailəşdirdiyi fakt sözügedən informasiyaların əsassız olmadığı, hökumətdə yeni qurumun yaradılmasının texniki-təşkilatı işlərinə hazlıq getdiyi barədə təsəvvür yaradır.

Hökumətin bu qərara gəlməsinin əsas səbəbi kimi adıçəkilən qurumlarda şəffaflığın təmin olunması, maliyyə itkilərinin, korrupsiya və başqa neqativ amillərin aradan qaldırılması, idarəetmənin mobilləşdirilməsi ehtiyacı ilə izah olunur. Qeyd olunur ki, artıq bu addım dövlətə məxsus təsərrüfat hesablı şirkətlərin, nəqliyyat sektorunda fəaliyyət göstərən dövlət qurumlarının idarə edilməsində tətbiq olunur. Hökumət rəhbərliyi ilkin nəticələrdən razı qalıb və bu təcrübənin dövlət gəlirləri sahəsində tətbiq edilməsi qərara alınıb. 



Xəbərin oxunma sayı : 892




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap