“Kim bunu mənə qadağan edə bilər?“ - FOTO Aygün Kazımovanın dəniz kənarında istirahəti - VİDEO Boşanma xəbərləri yayılan Ayseldən maraqlı - Paylaşım Nigar Camal geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 13 İyul 2024

    “Kim bunu mənə qadağan edə bilər?“ - FOTO

  • / Maqazin / — 11 İyul 2024

    Aygün Kazımovanın dəniz kənarında istirahəti - VİDEO

  • / Maqazin / — 10 İyul 2024

    Boşanma xəbərləri yayılan Ayseldən maraqlı - Paylaşım

  • / Maqazin / — 08 İyul 2024

    Nigar Camal geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 08 İyul 2024

    Əməkdar artist Cıdır düzündə poza verdi - FOTOLAR

  • / Maqazin / — 02 İyul 2024

    Damla İranda hicabsız konsert verdi, zal bağlandı - VİDEO

GemZA Holdinqin rəhbərinə cinayət işi açılıb – Avropa bankını aldadıb

Tarix 09.07.24, 14:34

Font ölçüsü : - / +
bitmap-img6


Bir müddət əvvəl Bakıda bəh-bəhlə yeni bir şirkətin əsası qoyulmuşdu. İstehsalat, xidmət və logistika mərkəzi kimi özünü təqdim edən GemZA Holdinqin rəsmi açılış mərasiminə isə ölkənin sayğın, seçkin adamları, deputatlar, səfirlər, hətta rəsmi şəslər də qatılmışdı.

Amma bu yaxınlarda məlum olub ki, GemZA Holdinq haqqında cinayət işi açılıb. Tribunainfo.az xəbər verir ki, Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi sözügedən şirkətin sənədləri saxtalaşdırmaqla külli miqdarda kreidt götürməsini araşdırıb və fakt təsdiqlənib.


Açıklama yok.
 
Qaldırılan cinayət işi barədə yazmamışdan öncə, GemZA-nın hansı işlər görməsi barədə yazaq. Rəsmi məlumatlarda iddia olunur ki, şirkət 105 işçiyə malikdir və mürəkkəb təmir işlərini həyata keçirmək, daha geniş çeşidli ehtiyat hissələri istehsal etmək, habelə xərcləri və təhvil vaxtını optimallaşdırmaq üçün yeni istehsal müəssisəsi yaradıb.

Açıklama yok.
 
GemZA Holdinq 2005-ci ildə, mühəndislik, təchizat və inşaat şirkəti olaraq qurulub. Hətta o da qeyd edilir ki, şirkət Xəzər regionu, Türkiyə və Orta Şərqdə xüsusi əhəmiyyətə malik neft və qeyri-neft sektorunda istifadə olunan avadanlıqların tədarükü, təmiri və istehsalıyla da məşğul olub.
 
Bildirək ki, şirkətin rəhbəri Zamin Əliyevdir.

Açıklama yok.

Şirkət haqqında daha çox şey yazmaq olardı. Lakin bura qədər bəsdir. Bəs, GemZA bu qədər ciddi bir şirkətdirsə, o zaman niyə sənədləri saxtalaşdırıb? Və ya saxtakarlıqla kredit almasına səbəb nə olub? 

Belə ki, 03.05.2023 tarixində Baş Prokurorluq Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycanda olan nümayəndəliyinə saxta sənədlər təqdim edilməklə həmin bankdan külli miqdarda kredit götürülməsi barədə daxil olmuş məlumatlar Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb. Aparılmış araşdırma zamanı “HAND M AGRO” MMC, “GEMZA GROUP” MMC və “PKF Audit Azerbaijan” MMC-nin vəzifəli şəxsləri tərəfindən Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən kredit ayrılması üçün zəruri olan maliyyə və təsərrüfat sənədlərinin saxtalaşdırılmasına və qanunsuz olaraq kredit götürülməsinə əsaslı şübhələr müəyyən edilib.

Açıklama yok.
 
Baş Prokurorluğun rəsmi məlumatında qeyd edilir ki, fakta görə Cinayət Məcəlləsinin müvafiq olaraq 195.2 (külli miqdarda ziyan vurmaqla qanunsuz kredit alma və ya kreditdən təyinatı üzrə istifadə etməmə), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə), 320.1 və 320.2-ci (rəsmi sənədləri saxtalaşdırma və bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi açılıb.

Açıklama yok.
Maraqlıdır ki, belə bir cinayət işinin ortada olmasına rəğmən, GamZA haqqında heç bir yerdə məlumat verilmir. Üstəlik, Holdinq fəaliyyətini hələ də davam etdirir. Şirkəti rəhbəri Zamiq Əliyevin isə müxtəlif biznes saytlarında şəkilləri boy-boy dayanır. 

Açıklama yok.

Halbuki qanuna əsasən belə bir əməl törətmiş şəxs və ya şəxslər ictimai təhlükə yarada biləcəkləri səbəbindən həbs olunmalı, müvəqəti istintaq təcridxanasına yerləşdirilməlidirlər. Di gəl, bu müşahidə olunmur. Səbəbi bizə hələ ki, məlum deyil. Amma adamın oturub-durduğu çevrəsinə diqqət etdikdə, işin müəyyən boyutları diqqəti çəkir. Hətta işdə xarici ölkə səfirlərinin birinin əli ola biləcəyi də müəyyən şübhələr üçün əsas yaradır.

 



Xəbərin oxunma sayı : 682




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap