“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Gəncənin icra başçısı şəhid anasına qarşı kobudluq edib - Aslan İsmayılov

Tarix 11.04.21, 20:40

Font ölçüsü : - / +
bitmap-img6


“Vətən Müharibəsinin beş ayı tamam olmamış bizə şanlı qələbə qazandırmış şəhidlərimizin valideynləri, əsgər və zabitlərimiz artıq unudulmaqdadırlar. Bəzi rayon icra hakimiyyətləri, sanki, vəzifələrini şəhid ailəsində olub, şəkil çəkdirib tirajlamaqda görüblər.

Sosial şəbəkələrdə yazılanlardan, elə özümə daxil olan məktublardan bunu görməmək mümkün deyil. Qələbənin ilk günlərindən Şəhid ailələrinə, müharibə iştirakçılarına verilən yağlı, bərli-bəzəkli vədlərin əksəriyyəti yerinə yetirilməmiş qalır”.

AzFakt.com xəbər verir ki, bunu hüquqşünas Aslan İsmayılov deyib.

A.İsmayılov bildirib ki, biganəlik göstərən icra başçılarının sırasında Gənclər və İdman naziri Azad Rəhimovun qudası Niyazi Bayramov xüsusi yer tutur:

“Yüzdən artıq şəhidi olan Gəncə şəhərində belə birisinin olması həqiqətən bu şəhərin rəhbərlik tərəfindən bəxti gətirmədiyini göstərir. Bu şəxs şəhid ailələrinə nəinki biganəlik göstərir, şəhid anasına qarşı kobudluq etməkdən belə çəkinmir. Adlarının belə məsələlərdə hallanmasını istəməyən, ancaq mənə dəqiq məlum olan həmin şəhid ailəsi hamı tərəfindən təklif edilən bütün maddi köməklərdən imtina edib ki, oğlumuz Vətən uğrunda şəhid olub.

Niyazi Bayramovun qəbulundə olan həmin şəhid anası sonda hüquq mühafizə orqanlarına da müraciət edib. Hesab edirəm ki, səlahiyyət sahibləri tərəfindən bu hal xüsusi araşdırılıb müvafiq qiymət verilməlidir. Onsuz da hakimiyyət və Ordu arasında narazılıq yaratmaq istəyən düşmən qüvvələr kifayət qədərdir. Ona görə də belə başçıların vəzifələrində qalması hakimiyyət üçün sonda ciddi baş ağrısı olacaq”.



Xəbərin oxunma sayı : 598




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap