![]() |
|




.jpg)





645.jpg)



Generalın azadlığı üçün 30 milyon manat yığılıb! - “MTN işi”ndə böyük iddia
Tarix 12.04.22, 22:51 |
|

Deputat Ziyad Səmədzadə məhkəməyə çağırıldı
Bakı Hərbi Məhkəməsində Milli Təhlükəsizlik Nazirliyinin (MTN 2015-ci ildə ləğv olunub) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Elbəy Allahverdiyev mətbuat nümayəndələrinin açıq məhkəmə prosesində iştirakına imkan vermir. Hər dəfə bir bəhanə gətirib jurnalistlərin məhkəmə zalına buraxmır.
Mal-qaranı satıb pulunu MTN-ə verdi
Aprelin 12-də keçirilən proses iş üzrə zərərçəkən İbrahim Zeynalovun həbs edilərək hədə-qorxu ilə ondan 10 milyon dollar tələb olunması, Mövlam Şıxəliyev və Yasin Məmmədov vasitəsi ilə 8 milyon dollar alınması epizodu üzrə şahidlər dindirilib.
Şahid Teyyub Məmmədov bildirib ki, 2009-cu ilin iyun-iyul ayında İbrahim Zeynalovun oğlu İlkin Zeynalov ondan borca pul istəyib. O da İlkinin atası İbrahim Zeynalovun MTN-dən həbsdən buraxılması məqsədilə tələb olunan pulun toplanmasına kömək etmək mal-qarasını satıb. Əldə etdiyi 14 min manat pulu özünün yaşadığı Neftçalanın Mirzəqurbanlı kəndindəki evində İlkin Zeynalova verib.
Bu epizod üzrə şahid qismində ifadə verən Abdulxalıq Manafov deyib ki, 2009-cu ilin iyun-iyul aylarında İlkin Zeynalovun xahişi ilə atası İbrahim Zeynalovun MTN-dən həbsdən buraxılması üçün Neftçalada ona 10 min manat pul verib. Şahid Namiq Nəcəfovun da ifadəsi digər iki şahidin ifadəsindən fərqlənməyib. Deyib ki, dostu İlkin Zeynalovun atası qanunsuz həbs olunandan sonra Bakı şəhərində onunla görüşüb. Həmin görüşdə İlkinə 10 min manat pul verib.
MTN-ə aparıldı, həbslə hədələndi, 260 min dolları alındı
Növbəti şahid Qacar Əzizov oldu. O, digər zərərçəkən Elşən Mədətovun dostudur. Elşən Mədətovdan “Texnikabank”dakı əmanətinin hədə-qorxu ilə alınması epizodu üzrə ifadə verdi. Dedi ki, 2008-ci ildə Vüsal Ələkbərov Elşən Mədətovu MTN-ə çağırıb. Ona “Texnikabank”ın Bakı filialında 677 min avro məbləğində əmanəti olduğunu deyib. Filialın rəhbərliyi ilə əlbir olub bankı taladığını bildirib. Deyib ki, 300 min dollar verməsə, həbs edəcək. Elşən Mədətov da qanunsuz həbsdən yaxa qurtarmaq üçün hədə-qorxu ilə ondan tələb olunan pulu toplamağa başlayıb. Həmin vaxt şahid Elşən Mədətova ilkin olaraq 45 min dollar, sonradan isə 15 min dollar əlavə pul verib. Şahid deyib ki, Elşən Mədətov ümumilikdə 260 min dollar toplaya bilib. Bankda əmanət kimi saxladığı 677 min avro da Elşən Mədətova qaytarılmayıb. Şahid deyib ki, Elşən Mədətov bu günə qədər ona 60 min dollar borcunu qaytara bilməyib.
Deputat Ziyad Səmədzadə və Mövlam Şıxəliyevin oğlu məhkəmədə dindirilsin!

İş üzrə zərərçəkən Zaur Əliyev deputat Ziyad Səmədzadə və Mövlam Şıxəliyevin oğlu Elgün Şıxəliyevin məhkəmədə ilkin olaraq şahid qismində dindirilməsinə dair vəsatətlə çıxış edib: “Mövlam Şıxəliyev MTN-də rəhbər vəzifədə işlədiyi 10 il ərzində başına topladığı mütəşəkkil cinayətkar quldur dəstəsinin üzvləri ilə birgə mütəmadi olaraq Azərbaycan vətəndaşlarının başına olmazın müsibətlər açıblar. Vəzifədə xidmət edərkən quldurluq, hədə-qorxu gəlməklə soyğunçuluq, böyük sərvət əldə etmək məqsədilə olmazın cinayətlər törədiblər. Bu adamlar rüşvət almayıblar. Sırf dövlətin gücündən istifadə edib Azərbaycan vətəndaşlarını girov götürməklə quldurluq edib, mal-mülklərini əllərindən alıblar. Özlərinin qanunsuz əməllərinə don geydirmək üçün uydurma ittiham aktı tərtib edib cinayət işi başlayıblar. Həmin cinayət işi əsasında da, mal-mülklərini əllərindən aldıqları bizlərin barəsində məhkəmələrdə qondarma, saxta hökm çıxarılmasına nail olublar. Hələ bundan sonra da biz zərərçəkənlərdən əl çəkməyiblər. 2 avqust 2009-cu ildə zərərçəkən İbrahim Zeynalovdan 4 hektar torpağını Mövlam Şıxəliyevlə Yasin Məmmədov əlindən alıblar. Yasin torpağı 3 qadının adına keçirib. Mövlam Şıxəliyev isə torpağa oğlu Elgünü göndərib, torpağı onun adına keçirib. İbrahim Zeynalovu həbsinin sifarişçisi kimi Ziyad Səmədzadənin adı keçir. Mövlam Şıxəliyevin oğlu Elgün Şıxəliyev də cinayət yolu ilə əldə olunan əmlakın izinin itirilməsində iştirak edib. Bu iki şəxs çağırılıb burada dindirilməlidir.
“Siz yenə də hakimlik yox, bunlara himayədarlıq etdiniz”
Hakim vəsatətin məhkəmə prosesin sonunda müzakirə ediləcəyini bildirməklə baxılmamış saxladığını elan edib. Bu isə zərərçəkənlərin etirazına səbəb oldu. Zərərçəkən Hüseyn Səfərov dedi ki, bu günə qədər heç bir vəsatətləri təmin edilməyib: “Bütün vəsatətlərimizi qulaqardına vurursuz. Vəsatətlərimiz verilir, amma həmin gün qiymət verilmir deyə, əhəmiyyətini itirir. Ötən prosesdə təqsirləndirilən Vüsal Ələkbərovun barəsindəki qəti-imkan tədbirinin dəyişdirilməsi və həbsini tələb etdik. Amma siz yenə də hakimlik yox, bunlara himayədarlıq etdiniz. Həmin prosesdən sonra bu məhkəmə zalında Vüsal Ələkbərov təhqiramiz ifadələr işlətdi. İstədi ki, mən reaksiya verim, onun ağzının üstünə sillə vurum. Siz bizi məcbur edirsiz ki, məhkəmə zalında əlbəyaxa olaq?
“Mövlam Şıxəliyevə, onun mütəşəkkil quldur dəstəsini himayənizə götürüb vəkillik edirsiz”

Biz başa düşürük ki, siz uzun illər Mövlam Şıxəliyevin rəhbərliyi altında, onun tabeliyində müstəntiq işləmisiz. Bu gün də siz gəlib burada hakimlik etməniz ağlasığmazdır. Siz özünüzə hörmət edib etiraz etməlisiz. Çünki burada məhkəmə hakimi kimi proses aparmırsız. Mövlam Şıxəliyevə, onun mütəşəkkil quldur dəstəsini himayənizə götürüb vəkillik edirsiz.
“Ziyad Səmədzadə bu gün depuatatdır deyə, siz ondan çəkinirsiz?”
Bu gün zərərçəkən Zaur Əliyev vəsatət verib Ziyad Səmədzadənin, Mövlam Şıxəliyevin bizə qarşı cinayətlərdə iştirak etmiş oğlunun məhkəmədə şahid qismində dindirilməsini istəyir. Biz zərərçəkənlər bu vəsatəti dəstəkləyirik. Ziyad Səmədzadə bu gün depuatatdır deyə, siz ondan çəkinirsiz? Bu adam ulu öndər Heydər Əliyevin əleyhinə gedən biridir. Siz də dolayısı ilə onu müdafiə edirsiz, bizim vəsatəti təmin eləmirsiz. İbrahim Zeynalov bu gün çox acınacaqlı vəziyyətdədir. Onun həbsini, ondan hədə-qorxu ilə 10 milyon dollar tələb olunub 8 milyon dollar alınmasını Ziyad Səmədzadə Eldar Mahmudova sifariş edib. Mövlam Şıxəliyevlə Yasin Məmmədov da həmin sifarişi icra ediblər. 8 milyon dolları alıblar, ürəkləri soyumayıb, İbrahim Zeynalovun hər biri hektarla torpaq sahələrini də alıblar. Yasin Məmmədov torpağı öz adına, Mövlam Şıxəliyev isə oğlu Elgünün adını keçirib, rəsmiləşdirib.

"Belədirsə, möhtərəm cənab prezident İlham Əliyev Milli Təhülkəsizlik Nazirliyini niyə ləğv edib?"
Biz də deyirik ki, cinayət sifarişçisi Ziyad Səmədzadəni də, cinayət yolu ilə əmlakın izinin itirilməsində iştirak edən Elgün Şıxəliyevi də burada dindirilməsini tələb, xahiş edirik. Bizim hər birimizin durumu İbrahim Zeynalovdan fərqli deyil. Bu gün mən kirayədə yaşayıram. Nəvələrim mənim kirayədə yaşadığım evə gəlir. Mövlam Şıxəliyev həbsdədir. Amma onun təkcə “Sahil” metrostansiyasının üstündəki binada 8 bir-birindən böyük, təmirli mənzili var. Haradan alıb həmin mənzilləri? Biz zərərçəkənlərin hesabına alınmış evlər, mənzillərdir. Siz isə elə mövqe tutursuz ki, sanki təqsirləndirilən şəxslər bu cinayətləri bizə qarşı etməyiblər. Belədirsə, möhtərəm cənab prezident İlham Əliyev Milli Təhülkəsizlik Nazirliyini niyə ləğv edib? Niyə Eldar Mahmudov vəzifəsindən uzaqlaşdırılıb? Niyə Mövlam Şıxəliyev, Yasin Məmmədov, Sahib Ələkbərov, Vüsal Ələkbərov istintaqa cəlb olunub məhkəmə qarşısına çıxarılıblar. Siz niyə onları müdafiə edirsiz? Bu gün Mövlam Şıxəliyevin vəkili Arzu Cavadov, təqsirləndirilən Vüsal Ələkbərov deyirlər ki, sizdən alınan pul rüşvətdir.

“Sizə xəbərdarlıq edirəm, burada çox pis hadisələr olacaq...”
Halbuki bizdən o pulları hədə-qorxu ilə, ailələrimizə təzyiq göstərməklə, övladlarımızı həbslə hədələməklə, “kars”a salıb orada işgəncə verdirməklə, aylarla qanunsuz həbsdə saxlamaqla evlərimizi, maşınlarımızı, həyat yoldaşlarımızın, qızlarımızın qızıl-zinət əşyalarını satdırmaqla alıblar. Bu gün aldıqları pula rüşvət adı qoyub canlarını qurtaracaqlarını düşünürlər. Bunu sizin susqun havadarlığınızla edirlər. Sizə xəbərdarlıq edirəm, burada çox pis hadisələr olacaq və bütün baş verənlərin məsuliyyəti sizin üzərinizdədir. Bilin ki, bizim itirəcəyimiz bir şey qalmayıb.
“Həmin pul bizim ziyanımızın ödənilməsi üçündür, yoxsa rüşvət verib Mövlam Şıxəliyevin azad edilməsi üçün?”
Zərərçəkən Elvar Əliyev olduqca ciddi bir ittiham səsləndirdi. Hakimə dedi ki, Mövlam Şıxəliyevin azad edilməsi üçün 30 milyon manat pul yığılıb: “Hörmətli hakim, mən “Sədərək” bazarında işləyirəm. Bazarda Mövlam Şıxəliyevin şərikləri var. Onlar orada ətraflarında olan sahibkarlardan pul yığırlar. Deyirlər ki, Mövlam Şıxəliyevin azad edilməsi üçün 30 milyon manat pul verilməldir. Sizə sual edirəm: həmin pul bizim ziyanımızın ödənilməsi üçündür yoxsa rüşvət verib Mövlam Şıxəliyevin azad edilməsi üçün? Xahiş edirəm sualıma cavab verin. Hakim Elbəy Allahverdiyev suala cavab verməkdə çətinlik çəkdiyini açıqladı. Mövlam Şıxəliyev deyilənlərə istehza ilə gülməklə reaksiya verib.
“Eldar Mahmudovu prezident iti qovan kimi qovandan sonra...”
Zərərçəkən şəxs Əfsəl Həsənəliyev hakimin Ziyad Səmədzadə və Elgün Şıxəliyevlə bağlı vəsatəti təmin etməməsinə əsəbi reaksiya verdi: “Bu cinayətkarları indiyə qədər gizlədən, havadarlıq edən Zakir Qaralov, Rüstəm Usubov olub. İndi də siz onları himayə edirsiz. Cinayət məsuliyyətindən yayındırırsız, buna çalışırsız. Niyə vəsatəti təmin etmirsiz? Məni dindirməmiş şahidləri çağırıb dindirirsiz. Niyə qaydaları pozursuz. Siz bilirsiz ki, bu cinayəti bu adamlar dövlət məmurlarının köməyi ilə bizə qarşı törədiblər. Siz Mövlam Şıxəliyevin də rəhbərlərindən olduğu mütəşəkkil cinayətkar quldur dəstəni himayə etməyə girişmisiz. Bu adamlar xalqı dövlətdən, prezidentdən narazı salan adamlardır. Mənə niyə danışmağa imkan vermirsiz. Mən bizə qarşı cinayətlər haqda danışmaq istəyirəm. Siz isə imkan vermirsiz. Siz məni intihara sürükləyirsiz. İmkan verin sözümüzü deyək. Vəsatətlərimizi təmin edin. Vaxtilə Gəncə Ağır Cinayətlərə Məhkəməsində də hakim Kəramət Əliyev sizin kimi bizə qarşı cinayətlərə şəriklik elədi. Sonra da Eldar Mahmudovu prezident iti qovan kimi qovandan sonra hakim Kəramət Əliyev qapıma gəlib uşaq kimi hönkürüb ağladı.

“Bizi də intihara sürükləməyin!”
Məndə onun səs yazıları, videosu da var. Sizi də hakim Kəramət Əliyevin durumunda görmək istəmirəm. Bu mütəşəkkil cinayətkar dəstənin üzvünə çevrilməyin. Bizi də intihara sürükləməyin!
Hakim Elbəy Allahverdiyev Əfsəl Həsənəliyevin çıxışını davam etdirməsinə imkan vermədi və prosesin aprelin 19-na qədər təxirə salındığını açıqladı.
Mənbə:musavat.com
Xəbərin oxunma sayı : 1690
loading...
Gündəm
Xəbərlər
-
Nigar Camal hovuzdan görüntüsünü paylaşdı - VİDEO
-
Daha bir deputatın tikinti şirkətləri aşkarlandı - FOTOFAKT
-
“ƏDV-dən yayınmaq üçün bir neçə şirkət yaradanlar var“ - Vergi rəsmisi
-
İdarə müdirindən deputata çağırış: “Hüquq mühafizə orqanlarına müraciət et“
-
Avropa dizel və benzin mühərrikli avtomobillərdən imtina edir - 59 milyardlıq fond yaradılır
-
“PKK-ya qarşı əlavə addımlar atmağa hazırıq“ - Finlandiya XİN
-
Üç hakimin səlahiyyətlərinə vaxtından əvvəl xitam verildi - Sərəncam
-
Afşin Azəri Zaurla qalmaqalından danışdı – VİDEO
-
“İsveç Türkiyəyə 73 PKK üzvünü təslim edəcək” - Ərdoğan
-
Rüşvət alan iki vəzifəli şəxs həbs edilib - RƏSMİ
-
Nüvə müharibəsi təhlükəsi reallığa çevrilir: Lukaşenko Rusiyaya çağırış etdi
-
Fermerlərə şad xəbər: Əli Əsədov yeni qərar imzaladı
-
Yoluxma sayı açıqlandı - Koronavirus statistikası
-
Rayonlara yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
-
“Azəriqaz” niyə borulara hava vurur? - Rəsmi açıqlama
-
Putinin bu avantürası puça çıxıb – “Vaşinqton Post”
-
Manatın məzənnəsi digər valyutalar qarşısında necə dəyişib? - SİYAHI
-
Cəlilabadda minlərlə ton kartof MƏHV OLUR: Fermerlər əlacsız qalıb - VİDEO
-
İlham Əliyev bir qrup dəniz nəqliyyatı işçisini təltif etdi - SİYAHI
-
“Türkiyə ilə sərhədin delimitasiyası məsələsi gündəmdə yoxdur” - Ruben Rubinyan
-
Zakir Fərəcovun əli ilə Sumqayıtı “yaşıllaşdıran” ata-bala kimlərdir?
-
Daha 7 min nəfərə “Müharibə veteranı“ adı verildi - RƏSMİ
-
“Tənqidi mülahizələrdə subyektiv yanaşma əsas götürülür“ - Agentlikdən reaksiya
-
Azərbaycan Prezidenti Pakistan Senatının sədrini qəbul edib - FOTO
-
Özbəkistan Konstitusiyası niyə dəyişdirilir? - Rusiya bu ölkədə də separatizmi qızışdırmaq istəyir...
-
İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin sədrini qəbul edib - FOTO
-
Rusiya İlan adasından çəkildiyini təsdiqləyib - “Bu, xoşməramlı addımdır”
-
MSK ilə Statistika Komitəsinin rəqəmləri niyə fərqlidir? – Hələ də 1 milyon vətəndaş seçici sayılmır
-
“Suya, qaza, işığa qənaət etməliyik“ - Deputat
-
Korrupsiya İdarəsi bu rayonda əməliyyat keçirdi - Həbs edilənlər var
-
Baş Mil-Muğan Kollektorlarının İstismarı İdarəsi rəisi sahibkarlıq fəaliyyəti ilə məşğuldur - FOTO
-
Vəziyyət kəskinləşə bilər - ÜST-dən xəbərdarlıq
-
Bakı sakinlərinin diqqətinə: 2-3 iyul tarixlərində...
-
Azərbaycan əsgəri faciəvi şəkildə həlak oldu - FOTO
-
“Sahibkar kredit alır, 3-5 ay sonra VÖEN-ni bağlamaq istəyir ki, hesabat verməsin” - İsmayıl Hüseynov
-
İsrail parlamenti buraxılıb - Netanyahu hakimiyyətə qayıdır
-
Azərbaycanda meymunçiçəyi virusuna yoluxma halı qeydə alınmayıb - RƏSMİ
-
Solovyov yenə “sözünü yedi“... - “Azərbaycandan üzr istəyirəm” + VİDEO
-
Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransı başlayıb - İlham Əliyev konfransda iştirak edib
-
“ATƏT-in Minsk qrupu sadəcə bir alətə çevrilmişdi“ - Prezident İlham Əliyev
-
Yoluxmaların sayı artır: Koronavirus kabusu geri qayıdır?
-
Bakıda mehmanxananın fəaliyyəti məhdudlaşdırıldı - VİDEO
-
Milli Müdafiə Universitetinə rektor təyin olundu - Sərəncam imzalanıb
-
“Qərarlara hər kəs riayət etməlidir“ - İdarə müdiri
-
“Ən vacib məsələ Azərbaycanla birgə planımızın həyata keçirilməsidir” - Putin
-
İlqar Məmmədov Prezidentə müraciət etdi - 7 dairədə əhali deputatsız qalıb...
-
“Əri şəkil çəkib atıb ki, gəl evə” - Xalidə Kəngərli özünü öldürüb? – VİDEO
-
2035-ci ildən Avropada ənənəvi avtomobillər erası bitir - FOTO
-
Ofisdə kondisionerdən uzun müddət istifadənin zərərləri açıqlandı - FOTO
-
Prezident İlham Əliyevin Türkmənistana səfəri başa çatıb
-
İlham Əliyev Aşqabadda Putinlə görüşdü - FOTO
-
Aygün Kazımovanı Rəsul Quliyevlə nə bağlayır? - Xalq artisti barədə bilmədiklərimiz
-
Futbolda braziliyalı ulduz parlayır - VİDEO
-
Leysan və güclü külək Zaqatalada bir sıra fəsadlar törədib - Yollar və həyətlər su altında qalıb
-
Pensiya ilə bağlı dəyişikliyin detalları açıqlandı - VİDEO
-
Böyük Britaniyanın müdafiə naziri: “Putin sadəcə maço görünmək istəyir“
-
Tünzalə Ağayeva qızı ilə SƏHNƏDƏ - VİDEO
-
Ərdoğan Baydenlə görüşü başa çatıb – VİDEO
-
Bütün dünya bir daha gördü ki, “Dəmir yumruq” yerindədir
-
ABŞ Minsk Qrupundan əl çəkmir - Fəaliyyətini dayandırmış qurumdakı həmsədrini dəyişib
-
Sumqayıtda qadını itələyən sürücü saxlanılıb – VİDEO
-
Bu kəndlərin avtobusu çayın içindən keçir - VİDEO
-
“Zəngəzur dəhlizi artıq reallığa çevrilir“ - Prezident
-
AFFA yenə əcnəbi gətirir: Ştuxliki kim əvəz edəcək?
-
Ərdoğanla Consonun türk dilində maraqlı dialoqu: “Çox gözəlsən” – VİDEO
-
“Psixoloji problemi olan biri necə Dövlət Gömrük Komitəsində vəzifə tuta bilər?“ - Xalidənin qardaşından yeni açıqlama
-
Türkiyənin razılığı Putinə zərbədir – “Nyu-York Tayms”
-
Avropalı fermerlər inəklərilə birgə etiraza çıxdılar - VİDEO
-
3 aylıq şirkət dövlət qurumuna kimyəvi maddələr satacaq – Müəmmalı tender
-
Məhkəmə sədri və generalların adından pul yığan gənc kim olub? – ŞOK FAKTLAR
-
“Putin istəsə, Ukraynada müharibə hətta sabah bitə bilər” - Almaniya XİN
-
Qalib xalqın Müzəffər Ordusu
-
1 iyuldan əlilliyinin qiymətləndirilməsi belə həyata keçiriləcək - SİYAHI
-
Vaşinqtonun yeni ittifaqı kimlərə qarşıdır? - Hindistan əzəli rəqibini qıcıqlandırmaq istəmir...
-
Sabah Bakıda 32, rayonlarda 38 dərəcə isti olacaq - Hava proqnozu
-
Azərbaycan xalqı qurub-yaradan xalqdır
-
“ABŞ Avropada hərbi iştirakını gücləndirmək niyyətindədir“ - Bayden
-
İntihar edən həkimin qardaşı danışdı: “Əlimdə videofakt var ki…”
-
Eldar Əzizovun milyonlar ayırdığı MMC-lərin görünməyən tərəfləri
-
Əli Həsənovun əlindən alınan əmlakı dövlət qurumuna verildi
-
Aşqabadda Azərbaycan və İran prezidentlərinin görüşü olub - FOTO
-
Kəlbəcər və Laçında quruculuq işləri uğurla davam edir
-
“70 ölkədən quşçuluq məhsullarının gətirilməsinə məhdudiyyət var“ - AQTA-nın şöbə müdiri
-
Qarabağ Cənubi Qafqazın ən inkişaf etmiş vilayətinə çevirəcəkdir
-
Cəlilabadda kartof kəskin ucuzlaşdı: Məhsul əkin sahələrində çürüyür
-
Bakıda dəhşətli yanğınla bağlı rəsmi açıqlama: “Yalnız bir uşaq ölüb”
-
İnstaqram Azərbaycanda musiqili videoları niyə bloklayır? - AÇIQLAMA
-
Ərdoğan Madriddə Makronla görüşüb - FOTO
-
Gəncənin təhsil şefi iki deputatı üz-üzə qoydu - Direktorun intihara cəhdi həmkar intriqasını faş etdi
-
İlham Əliyev Türkmənistan prezidenti ilə görüşdü - FOTO
-
Özünə yeni biznes quran Roza gündəlik 700 AZN xərcləyir? - VİDEO
-
Əmək pensiyaları ilə bağlı qanunda nələr dəyişib? - Detalları açıqlandı
-
Bayden-Ərdoğan görüşü ilə bağlı kritik mesaj – Detallar bəlli oldu
-
“Yen konsepsiyada Rusiya təhdid mənbəyi sayılacaq“ - Baş katib
-
İlham Əliyev Qurbanqulu Berdiməhəmmədov ilə görüşdü - FOTO
-
Azərbaycan dövlətinin ardıcıl şəkildə həyata keçirdiyi müstəqil və balanslı siyasət...
-
Bakıda yanğın olub, iki körpə ölüb - RƏSMİ
-
Zaqatalada sel suları evlərə doldu, elektrik enerjisinin verilişi dayandırıldı - FOTO
-
Azərbaycan müasir tarixin ən mürəkkəb və iddialı bərpa-yenidənqurma işlərindən birini həyata keçirir
-
Qurban bayramında ətin qiyməti bahalaşacaq? - VİDEO
-
Prezident İlham Əliyev Türkmənistanda səfərdədir - FOTO
-
“Türkiyə fikrini dəyişə bilər” - İsveçin keçmiş baş naziri
-
“Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub“ - Müdafiə Nazirliyi
-
“Nigarın zövqü formalaşmayıb“ - Nura tənqid etdi
-
Türkiyənin şərtləri qəbul edildi - Ankara da bu iki ölkəyə NATO yolunu açdı
-
Bakıda fındığın ucuzlaşmasının səbəbi nədir? - AÇIQLAMA
-
“Zelenskinin fikri bizim üçün önəmli deyil” - Lavrov
-
Tanınmış həkim özünü 11-ci mərtəbədən atdı - Səbəbi açıqlandı + FOTO/VİDEO
-
Günün transfer xəbərləri: “Atletiko Madrid“ və “Çelsi“dən şok transfer
-
“Bağçalarla bağlı yeni qaydalar hazırlanacaq” – Nazir
-
Edam müzakirələri ciddiləşir – MHP liderindən kritik mesaj
-
Ərdoğan İsveç və Finlandiya liderləri ilə görüşdü - FOTO
-
Onkoloji və skleroz xəstələrinə pensiya veriləcək - Prezident yeni qanunu təsdiqləyib
-
Marmarisdə meşələri yandıran şəxsin yeni görüntüləri üzə çıxıb – VİDEO
-
Putinin yubatdığı qayıdış – “Financial Times”
-
Bakıda toy maşınlarının qiyməti - Günü 250 AZN - VİDEO
-
Hacı Mazan yenidən qalmaqal yaratdı: Məhkəməyə verilir - FOTO/VİDEO
-
Qırğızıstanda keçmiş prezidentə bəraət verildi - bir cinayət üzrə
-
Küləkli hava nə vaxta qədər davam edəcək? - AÇIQLAMA
-
Bu şəxslərə yeni medal veriləcək - Prezident qanunu təsdiqlədi
TOP 10
ARXİV