“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

İcra başçısı kirayədə qalırmış - Açıqlama

Tarix 08.04.21, 12:08

Font ölçüsü : - / +
bitmap-img6


Araşdırmaçı jurnalist Cavanşir Həsənlib Zaqatala rayon İcra hakimiyyətinin başçısı Mübariz Əhmədzadənin obyektlərini tapıb.

AzFakt xəbər verir ki, jurnalist icra başçısınınn Qax rayonunun Qaxbaş kəndində 54700 kv metrlik (5.5 hektar) ərazisi olan “Residence” ailəvi istirahət mərkəzinin sahibi olduğunu iddia edir.

O, həmin obyektin dəyərinin milyonlarla ölçüldüyünü yazır. Və sübut kimi 2008-ci ildə tikintisinə icazə verilmiş obyektin sənədlərini də təqdim edib.

Mübariz Əhmədzadə 12 ildir ki, Zaqatalanın icra başçısıdır. O, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin keçmiş sədri, baş nazirin müşaviri Əhməd Əhmədzadənin qardaşıdır.

Məsələ ilə bağlı Bizimyol.info- nun sorğusuna cavab olaraq, Zaqatala rayon İcra hakimiyyəti başçısının köməkçisi Xəqani Məmmədov bildirib ki, Qax şəhərində Mübariz Əhmədzadəyə məxsusu olduğu iddia edilən və sənədləri yayılan istirahət mərkəzi deyil. "Ən əsası isə həmin obyekt Mübariz Əhmədzadəyə məxsus deyil".

Xəqani Məmmədov həmçinin bildirib ki, M. Əhmədzadənin Zaqatalada nəinki obyekti, heç evi yoxdur: “Evi Qax rayonundadır. Burada isə kirayədə qalır. Düzdür, Zaqatalada çoxdan işləyir, buranı yaxşı tanıyır. Amma Zaqatalada onun nə obyekti var, nə də evi. Evi Qax şəhərənidədir”.

Açıklama yok.



Xəbərin oxunma sayı : 1726




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap