“Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO
Axtar
 
  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

Banklar dollar satışına məhdudiyyət qoydu: Manat ucuzlaşacaq? – VİDEO

Tarix 02.05.21, 16:12

Font ölçüsü : - / +
bitmap-img6


Banklar həm sahibkarlara, həm də vətəndaşlara xarici valyuta ilə bağlı iki məhdudiyyət tətbiq edir. Artıq xarici valyutanı günün birinci yarısına qədər almaq olar. Belə bir şey Azərbaycanda indiyə qədər olmamışdı. Amma xeyli müddətdir ki, vəziyyət belədir.

Bunu ARB24-ün “İşgüzar səhər” verilişinə açıqlamasında iqtisadçı Əkrəm Həsənov deyib.

O bildirib ki, dolların alışına da limit tətbiq edilir:

“Limitdən yuxarı məbləğə görə vətəndaşlar vergi ödəməlidir. Hesab edirəm ki, bu məhdudiyyətlər Mərkəzi Bank tərəfindən tətbiq edilir. Çünki valyuta əməliyyatı bankların gəlir mənbələrindən biridir. Onlar öz gəlir yerlərini niyə məhdudlaşdırsın? Düzdür, qanunvericilikdə və Mərkəzi Bankın normativ aktlarında bu cür məhdudiyyət yoxdur. Lakin belə nəticəyə gəlmək olar ki, burada söhbət banklara verilən hansısa qeyri-rəsmi göstərişdən gedir”.       

Ekspert onu da qeyd edib ki, bu il dolların bahalaşması gözlənilmir:

“Azərbaycanın kifayət qədər valyuta ehtiyatı var. Biz ondan istifadə edərək, milli valyutamızın məzənnəsini hər zaman qoruya bilərik. Digər tərəfdən isə neftin də qiyməti qalxır. Bu baxımından dolların bahalaşması üçün əsas yoxdur”.










Xəbərin oxunma sayı : 883




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap