Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

Avrasiya İqtisadi İttifaqı bizə lazımdırmı? - Qubad İbadoğlunun şərhi

Tarix 03.05.21, 15:55

Font ölçüsü : - / +
bitmap-img6


Aprelin 29-30-u Rusiyada, Tatarıstanın paytaxtı Kazanda Avrasiya İqtisadi İttifaqının Hökumətlərarası Şurasının toplantısı keçirilib.

Avrasiya İqtisadi İttifaqını 2014-cü ildə Rusiya, Qazaxıstan və Belarus yaradıb. 2015-ci ildə Ermənistan və Qırğızıstan da bu quruma daxil olublar.

Novator.az-ın məlumatına görə, Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı alim Qubad İbadoğlu yazır ki, Ermənistan və Rusiya mətbuatı Kazan toplantısına Azərbaycan nümayəndəsinin qatılmaq istədiyini, amma Ermənistanın buna veto qoyduğunu xəbər verib:

“Rusiyanın faktiki rəhbərlik etdiyi ittifaqa Azərbaycanın daxil olmasını arzulamıram. Bu, siyasi cəhətdən yanlışlıq olar, iqtisadi suverenliyimizə də xələl gətirər, təhlükə və riskləri artırar.

İkincisi, bu ittifaq regional təşkilat olaraq özünü doğrultmayıb, ildən ilə daha pis nəticələrə imza atır. 2020-ci ildə Avrasiya İqtisadi İttifaqının üzv ölkələri arasında ticarət dövriyyəsi 12,3 faiz azalıb.

Üçüncüsü, Avrasiya İqtisadi İttifaqına üzvlük Rusiyada qazanc dalınca gedən miqrantlara heç bir imtiyaz vəd etmir. Bununla Rusiyada yaşayan soydaşlarımızın problemlərini həll etmək mümkün deyil.

Nəhayət, Avrasiya İqtisadi İttifaqına üzvlük Azərbaycanın Avropaya inteqrasiya istiqamətində fəaliyyətinə çətinliklər yaradacaq, Avropa İttifaqı ilə dərin və hərtərəfli azad ticarət sazişinin imzalanmasına əngəllər törədəcək, bu da ölkəmizin beynəlxalq investisiya və ticarət əməkdaşlığından və inteqrasiyasından faydalarını azaldacaq.

Hazırkı dövrdə milli iqtisadiyyatın modernləşdirilməsi və rəqabət qabiliyyətinin artırılması mümkün deyil. Azərbaycan Porterin məşhur 4 mərhələli inkişafının resurs və investisiya pillələri arasında qalacaq, innovasiya və sərvət pillələri bizim üçün əlçatmaz olacaq. Belə olanda da Avrasiya İqtisadi İttifaqı bizə lazımdırmı? Əlbəttə, yox!”



Xəbərin oxunma sayı : 21031




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap