Afaq Aslanın Dubayda toyu oldu – VİDEO “Mənim üçün ən yaxşısı hələ qarşıdadır” - Aysel Teymurzadə Səmra lüt bədənini 1000 dollara satışa çıxardı – FOTO Nigarın geyimi müzakirələrə səbəb oldu - FOTO
Axtar
 
  • / Maqazin / — 03 Avqust 2021

    Afaq Aslanın Dubayda toyu oldu – VİDEO

  • / Maqazin / — 29 İyul 2021

    “Mənim üçün ən yaxşısı hələ qarşıdadır” - Aysel Teymurzadə

  • / Maqazin / — 26 İyul 2021

    Səmra lüt bədənini 1000 dollara satışa çıxardı – FOTO

  • / Maqazin / — 25 İyul 2021

    Nigarın geyimi müzakirələrə səbəb oldu - FOTO

  • / Maqazin / — 20 İyul 2021

    “Sənətimi atıb ev qadını olaram“ - VİDEO

  • / Maqazin / — 19 İyul 2021

    Röya kanallardan gileyləndi: “Hər kəsə pulsuz olar, bizə yox“

Hacı Salayev namizədliyini geri götürdü: “Deputat olduğuma peşman oldum”

Tarix 23.01.20, 18:20

Font ölçüsü : - / +
bitmap-img6


44 saylı Sumqayıt-Xızı seçki dairəsindən deputatlığa namizəd, millət vəkili Hacı Salayev namizədliyini geri götürüb.

Hacı Salayev 9 fevral VI çağırış növbədənkənar parlament seçkilərində iştirak etməyəcəyi ilə bağlı qeydə alındığı seçki dairəsinə ərizə verib.

DSK-dan xəbəri Unikal.org-a təsdiqləyiblər.

H.Salayev özü də “azxeber.com” saytına namizədliyini geri götürdüyünü təsdiq edib: "Xəbər yayılıb və bu düz xəbərdir. Mən namizədliyimi geri götürmüşəm".

Hacı Salayev hansı səbəbdən bu addımı atdığı haqda isə danışmaq istəməyib.

Deputat "modern.az" saytına açıqlamasında isə namizədliyini geri götürməsini belə əsaslandırıb: “Namizədliyimi geri götürməyimdə heç bir ciddi səbəb yoxdur. İki dəfə deputat olmuşam, bəsdir. Haqqımda o qədər nahaqdan yazdınız ki, deputat olduğuma peşman oldum. Haqqımda son yazılanlara baxdım və qərar verdim ki, deputat olmayım. İstəmirəm ailəmin, uşaqlarımın ünvanına nahaq yazılar yazılsın. Ona görə geri çəkildim ki, məni yaddan çıxartsınlar”.

Hacı Salayev son olaraq xahişini də dilə gətirib: “Haqqımda nahaq yazan jurnalistlərdə bir xahişim var. Həmin yazıları pozsunlar”.

Xatırladaq ki, Hacı Salayev 2010-cu il IV-cü və 2015-ci il V-ci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib.



Xəbərin oxunma sayı : 565

loading...

Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda