Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun
Axtar
 
  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

Hadruta ilk girən komandir Ziya Kazımovun səhhətində ciddi problem yarandı

Tarix 06.05.21, 10:31

Font ölçüsü : - / +
bitmap-img6


Vətən Müharibəsi iştirakçısı, Mayor Ziya Kazımovun səhhətində ciddi problem yaranıb.

AzFakt.com xəbər verir ki, bu barədə Unikal.org-a onun həyat yoldaşı məlumat verib. Xanım bildirib ki, Z.Kazımovun səhhətində yaranmış problemlərə görə psixiatr müalicəsinə başlanılıb. Onun sözlərinə görə, zabitimizin səhhətində yaranan problem getdikcə mənfi nəticələrə gətirib çıxarıb:

“Son günlər Ziyanın psixoloji durumu, davranışları bizi narahat etməyə başlayıb. Bəzən həyatını təhlükə altına ata biləcəyini belə düşünürük. Müharibə dövründə aldığı kantuziya, bundan əlavə, adının haqsız yerə hansısa işlərdə hallanması vəziyyəti daha da kritikləşdirib. Hazırda ciddi müalicə və nəzarət altındadır. Ancaq daha mütəşəkkil müalicə üçün Türkiyətə getməsinə icazə verilməsini istərdik. Bununla bağlı Cənab Prezidentimiz İlham Əliyevdən, Birinci xanım Mehriban xanımdan dəstək istəyirik. Ümüd edirik ki, bundan əvvəlki müraciətlərimizə müsbət cavab verildiyi kimi, Ziya Kazımovun həyatının təhlükə altında olduğunu nəzərə alaraq, onun Türkiyədə müalicə olunması üçün müvafiq göstəriş veriləcək”.

Xatırladaq ki, qazi Ziya Kazımov bir müddət əvvəl məsuliyyətə cəlb edilərək həbs edilmişdi, daha sonra isə ev dustaqlığına buraxıldı.

Z.Kazımovun ev dustaqlığına buraxılması üçün Prezident İlham Əliyev və Birinci Vitse-prezident Mehriban Əliyevaya müraciət olunmuşdu.

Qeyd edək ki, Vətən Müharibəsi iştirakçısı Ziya Kazımov Cəbrayıl-Füzuli, Cəbrayıl-Hadrut, Hadrut-Füzuli yolunun tam təhlükəsizliyini, o cümlədən, Xüsusi Təyinatlı Qüvvələrin təminat yollarının mühafizəsini təmin edib. Hadruta ilk girən komandirlərdən biridir. Ziya Kazımovun tabeliyində olan hərbi hissə Şuşa ətrafındakı yüksəkliklər uğrunda qəhrəmancasına döyüşüb.

Həkimlər şokda. 28 günə prostatiti bu vasitə sürətlə sağaldır...



Xəbərin oxunma sayı : 415




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap