“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Hazırlıq işləri yekunlaşdırıldı: Naxçıvanda müəllimlər imtahan verəcək

Tarix 19.06.24, 20:19

Font ölçüsü : - / +
bitmap-img6


Naxçıvanda ilk dəfə mərkəzləşmiş qaydada keçiriləcək təhsilverənlərin sertifikatlaşdırma imtahanı üçün hazırlıq işləri yekunlaşdırılıb.

AzFakt.com xəbər verir ki, iyunun 21-də ölkə üzrə ilk dəfə cəlb olunacaq riyaziyyat müəllimləri üçün sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi keçiriləcək.

"Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq bu il ilk dəfə muxtar respublikanın ümumtəhsil məktəblərində riyaziyyat və xarici dil (ingilis dili, rus dili, Azərbaycan dili (rus bölməsi), alman dili, fransız dili və s.) fənlərini tədris edən təhsilverənlər, eyni zamanda ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat müəllimləri də mərkəzləşmiş qaydada keçiriləcək sertifikatlaşdırma prosesində iştirak edəcək.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək imtahanların şəffaf təşkili üçün artıq Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbdə hərtərəfli şərait yaradılıb, səs və görüntüləri qeyd edən veb kameralar quraşdırılıb.

İmtahanlar elektron daşıyıcılar vasitəsilə aparılacaq və imtahan yekunlaşdıqdan sonra təhsilverənlərin nəticələri binanı tərk etmədən onlara elan olunacaq.

Elektron daşıyıcıların istifadə qaydaları ilə bir daha tanış olsunlar və test imtahanına gələrkən yalnız şəxsiyyəti təsdiq edən sənədi özləri ilə gətirsinlər. İmtahan binasına çanta və ya digər şəxsi əşyalar buraxılmayacaq.



Xəbərin oxunma sayı : 592




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap