“Açıq-saçıq geyinə bilmirəm, mənə abır gəlib“ - Pərvin Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO “Kişilər məndən qorxurlar” - Roza Zərgərli Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO
Axtar
 
  • / Maqazin / — 06 İyun 2024

    “Açıq-saçıq geyinə bilmirəm, mənə abır gəlib“ - Pərvin

  • / Maqazin / — 01 İyun 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 14 May 2024

    “Kişilər məndən qorxurlar” - Roza Zərgərli

  • / Maqazin / — 29 Aprel 2024

    Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO

  • / Maqazin / — 28 Aprel 2024

    Məni bikinidə görsən, başqasına baxmazsan - Roza

  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

Həbsdəki generalın üzərindən ölüm ittihamı götürüldü – “Məni də ona görə qurbanlıq seçdilər...”

Tarix 18.05.24, 13:08

Font ölçüsü : - / +
bitmap-img6


Xəbər verdiyimiz kimi, həbsdə olan general - Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra etmiş Bəkir Orucovun cəzası 3 il azaldılaraq, 6 il 6 aya endirilib. Mayın 17-də Bakı Apellyasiya Məhkəməsində buna qərar verilib.

2017-ci ilin mayında Tərtərlə yanaşı, Beyləqanda da hərbçilərə qarşı kütləvi işgəncələr olub. Nəticədə bir nəfər zabit - baş leytenant Adil Sabirli həyatını itirib.

General B.Orucov Beyləqandakı işgəncələrə rəhbərlik etməkdə ittiham edilir.

Generalla yanaşı, daha 4 nəfər - korpusun təlimatçısı olmuş Ülvi Rəşidov və snayper bölüyünün komandiri Ziya Kazımov, Müdafiə Nazirliyi Hüquq İdarəsinin təhqiqatçısı, hadisələr vaxtı oraya ezam edilmiş İntiqam Məmmədov və Beyləqan korpusunun təhqiqatçısı olmuş Rahib Məmmədov da Beyləqan hadisələrinə görə mühakimə edilir.

Təqsirləndirilən şəxslərə qarşı işgəncə vermə, vəzifə yetkilərini aşma və s. ittihamlar irəli sürülüb. General Orucov, polkovnik Z.Kazımov və Ü.Rəşidova isə Adil Sabirlinin ölümüylə əlaqədar Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən bədənə ağır xəsarət yetirmə, ehtiyatsızlıqdan ölümə səbəb olduqda) maddəsilə də ittiham verilmişdi. Bu üzdən, onların hər üçünə Bakı Hərbi Məhkəməsinin hökmüylə 9 il 6 ay həbs cəzası kəsilmişdi.

Bakı Apellyasiya Məhkəməsi generalın üzərindən Adil Sabirlinin ölümüylə bağlı ittihamı götürüb və cəzasını da 6 il 6 aya endirib. Z.Kazımov və Ü.Rəşidovun ittihamları olduğu kimi saxlansa da, cəzaları 4 ay azaldılaraq, 9 il 2 aya endirilib.

Apellyasiya məhkəməsinin qərarıyla digər iki təqsirləndirilənin - İntiqam Məmmədovla Rahib Məmmədovun cəzası da 4 ay aşağı salınaraq, 6 il 2 ay olub.

Beyləqan hadisələrində təqsirləndirilən 5 nəfərin heç biri ittihamları qəbul etmir. Onlar apellyasiya şikayətlərində də bəraət istəmişdilər. Apellyasiya instansiyaları cəzalarını azaltsa da, nəticə ilə razılaşmırlar. Onlar Ali Məhkəməyə şikayət vermək niyyətindədirlər.

B.Orucov general olduğuna görə həbs edildiyini deyir. Onun sözlərinə görə, məqsəd “Tərtər işgəncələri” hadisəsində zərərçəkmişlərin və cəmiyyətin gözündən pərdə asmaq olub.

“Həbs olunmağımın səbəbini bilirəm. 42 il xidmət edib, general rütbəsi almışdım. Çox deyirdilər, yazırdılar ki, bu hadisələrə görə yüksək rütbəli zabitlər tutulmalıdı. Mən də arxası, dayağı, pulu olmayan, öz zəhmətiylə bu pilləyə çatan general idim. Məni də ona görə qurbanlıq seçdilər. Göstərsinlər ki, general da tutmuşuq...” – B.Orucov Bakı Apellyasiya Məhkəməsindəki çıxışında belə söyləyib.



Xəbərin oxunma sayı : 865




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap