“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Həkim “terroru“nun qurbanları - Bakı sakinlərinin estetik əməliyyatlarla bağlı fikirləri necədir?

Tarix 17.01.25, 9:44

Font ölçüsü : - / +
bitmap-img6


Son zamanlar gözəllik qurbanlarının sayı artıb. Bəzən uğursuz estetik əməliyyatlar ölümlə nəticələnir.

Yanvarın 12-də ölkə gündəmini zəbt edən, burun əməliyyatından sonra həyatını itirdiyi iddia edilən 30 yaşlı Nəzrin Mansurovanın başına gələnlər kimi hadisələr estetik əməliyyat etdirmək istəyənlərin canına qorxu salır.

Maraqlıdır, hadisənin səbəbinin həkim səhlənkarlığı olduğu sübut olunarsa, cəza nə olacaq?

Hüquqşünas Hikmət Əliyevin sözlərinə görə, belə olan halda həkim Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə təqsirli bilinə və 2-5 il müddətə azadlıqdan məhrum oluna bilər.

Qeyd edək ki, Nəzrin Mansurovanı əməliyyat edən Sənan Mehdiyev 10 il öncə 18 yaşlı qızın ölümünə səbəb olduğu üçün Yasamal Rayon Məhkəməsinin hökmünə əsasən, 8 ay 23 gün müddətinə azadlıqdan məhrum edilib.

Sonradan bu cəza ev dustaqlığı qətimkan tədbiri ilə əvəzlənərək cəzası çəkilmiş hesab olunub.

Bakı sakinləri estetik əməliyyatlarla bağlı fikirlərini Baku TV-yə bölüşüblər:




Xəbərin oxunma sayı : 901




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap