Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

I Qarabağ müharibəsi ilə bağlı 140 şəxsə aid meyit qalığı götürülüb

Tarix 26.01.22, 12:57

Font ölçüsü : - / +
bitmap-img6


“Üçtərəfli Bəyanat imzalandıqdan sonra həm Azərbaycan Silahlı Qüvvələrinin nəzarət etdiyi ərazilərdə, həm də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə, I Qarabağ müharibəsi ilə bağlı təxminən 140 şəxsə aid meyit qalığı müəyyən edilərək götürülüb və Dövlət Komissiyasına təhvil verilib”.

Bunu APA-ya müsahibəsində Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov deyib.

O qeyd edib ki, bu meyit qalıqları üzrə Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza Patoloji Anatomiya Birliyində 230 bioloji nümunə götürülərək Daxili İşlər Nazirliyinin Kriminalist Tədqiqatlar İdarəsinin laboratoriyasına təhvil verilib: “Yuxarıda da qeyd etdiyim kimi, bu sahədə iş davam etdirilir. Ancaq həm münaqişənin xarakterini, həm də erməni xislətini nəzərə alaraq demək olar ki, eyniləşdirmə prosesi uzun zaman tələb edəcək. Bu sahədə fəaliyyət göstərən ekspertlərin də fikri bundan ibarətdir”.



Xəbərin oxunma sayı : 397




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap