“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Jurnalistin məhkəməsində saxta sübutlar - Proses təxirə salındı

Tarix 09.04.21, 18:53

Font ölçüsü : - / +
bitmap-img6


Bu gün araşdırmaçı jurnalist Cəmil Məmmədliyə qarşı Quba rayon İcra Hakimiyyəti başçısı Ziyəddin Əliyevin xüsusi ittiham qaydasında iddia ərizəsinə baxılıb.

Qaynarinfo xəbər verir ki, Xaçmaz Rayon Məhkəməsində hakim Anar Sadıqovun sədrliyi ilə keçirilən prosesdə Cəmil Məmmədlinin Ziyəddin Əliyevlə bağlı yazdıqlarında diffamasiyanın olub-olmaması araşdırılıb. İttiham tərəfi jurnalistin sosial şəbəkələrdə yazdığı, amma icra başçısına aid olmayan statuslarını da sübut kimi təqdim etməyə çalışıb.

Cəmil Məmmədli isə Ziyəddin Əliyev barədə yalnız korrupsiya faktlarını ictimailəşdirdiyini, qarşı tərəfin təqdim etdiyi statusların ona aid olmadığını bildirib.

Proses aprelin 19-na təxirə salınıb.

Qeyd edək ki, Cəmil Məmmədli Ziyəddin Əliyevin 200 nəfərin kartını mənimsədiyini yazıb. Bundan sonra icra başçısı jurnalisti xüsusi ittiham qaydasında məhkəməyə verib. Məhkəmə jurnalisti Cinayət Məcəlləsinin 147.2 (ağır, xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma), 148-ci (böhtan) maddələri ilə təqsirləndirlən şəxs qismində tanıyıb.



Xəbərin oxunma sayı : 889




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap