![]() |
|














Jurnalistlər Media Reyestrinə hansı mərhələdə və necə müraciət etməlidir? - MÜSAHİBƏ
Tarix 11.10.22, 17:03 |
|

Medianın İnkişafı Agentliyinin (MEDİA) Media Reyestri xidmətinin rəhbəri Cahangir Həsənlinin APA-ya müsahibəsi
- Nazirlər Kabinetinin müvafiq qərarı ilə Media Reyestri şəhadətnaməsinin forması təsdiqlənib. Bu gün isə jurnalist vəsiqəsinin forması, həmçinin onun əldə edilməsi və dəyişdirilməsinə görə ödənişin məbləği və həmin vəsaitdən istifadə qaydası təsdiqləndi. Bununla da, Media Reyestrinin formalaşdırılması üçün hüquqi bazanın yaradılması mərhələsini bitmiş saymaq olarmı?
- Cənab Prezidentin “Media haqqında” Qanunun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə” Fərmanına əsasən, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi də daxil olmaqla, aidiyyəti qurumların üzərinə Media Reyestrinin yaradılması və onun fəaliyyətinin təmin olunması istiqamətində müvafiq tapşırıqlar qoyulmuşdu.
Nazirlər Kabinetinin “Jurnalist vəsiqəsinin forması”nın və “Jurnalist vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə ödənişin məbləği və həmin vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında” qərarının qəbul edilməsi ilə hüquqi təminatın yaradılması istiqamətində verilmiş tapşırıqların icrasını yekunlaşmış hesab edə bilərik.
Bundan sonrakı mərhələ internet informasiya ehtiyatı olan Reyestrin formalaşdırılması, aparılması, digər dövlət qurumlarının informasiya sistemləri və ehtiyatları ilə inteqrasiyasının təşkili məqsədilə işlərin görülməsidir. Hazırda bu proses intensiv şəkildə həyata keçirilməkdədir və inanırıq ki, yaxın günlərdə Reyestrin proqram təminatı ilə bağlı texniki-təşkilati tədbirlər tamamlanacaq və onun fəaliyyətə başlaması təmin ediləcək.
- Demək, yaxın günlərdə media subyektləri və jurnalistlər Reyestrə müraciət edə biləcəklər?
- Media Reyestri istifadəyə verildikdən sonra həm media subyektləri, həm də jurnalistlər müvafiq qaydalara uyğun olaraq müraciətlərini formalaşdıra biləcəklər. Amma burada diqqət edilməli olan bir önəmli məqam var. Belə ki, hamınıza məlum olduğu kimi, “Media haqqında” Qanunun və “Media Reyestrinin aparılması Qaydaları”nın tələblərinə əsasən jurnalistin Reyestrə daxil edilməsi üçün şərtlərdən biri onun əmək müqaviləsi və ya mülki hüquq müqaviləsi bağladığı media subyektinin Media Reyestrində olmasıdır. Yəni jurnalist Reyestrə müraciət edənə qədər artıq onun işlədiyi və ya əməkdaşlıq etdiyi media subyekti Media Reyestri şəhadətnaməsini əldə etməlidir.
Müraciət zamanı əmək müqaviləsi elektron hökumət portalından sistemə inteqrasiya olunacaq. Yox, əgər jurnalist media subyekti ilə mülki hüquq müqaviləsi əsasında əməkdaşlıq edirsə, bu zaman o, sistemə həmin müqavilə haqda məlumatlarla yanaşı, sənədin özünü də yükləməlidir. Beləliklə, onun hansı media subyekti ilə əməkdaşlıq etdiyi və həmin subyektin Reyestrə daxil edilib-edilmədiyi aydınlaşdırılacaq, müvafiq qərar qəbul ediləcək.
- Yəni, jurnalistlər Reyestrə media subyektlərindən sonra müraciət etməlidirlər?
- Jurnalistlər Reyestrə, şərti desək, ikinci mərhələdə müraciət etsələr, daha məqsədəmüvafiqdir. Yəni onlar Media Reyestrinə müraciət etmək üçün işlədikləri və ya əməkdaşlıq etdikləri media subyektinin Media Reyestri şəhadətnaməsi əldə etməsini gözləməlidirlər.
- Bütün müraciətlər tam elektron qaydada olacaq?
- Bəli, Media Reyestrinə müraciət tam elektronlaşmış şəkildə həyata keçiriləcək. Buna baxmayaraq, təcrübə göstərir ki, elektron hökumət üzərindən inteqrasiya prosesində bəzi hallarda müəyyən məlumatların mübadiləsində çətinliklər müşahidə oluna bilər. Bu da bir sıra obyektiv səbəblərə əsaslanır.
Belə ki, müvafiq sistemlər özündə bəlli bir tarixdən sonraya aid məlumatları əks etdirir. Bu kimi hallarda müraciətçi qanunvericiliyə uyğun olaraq inteqrasiya olunmayan informasiyalara dair sənədləri Agentliyə kağız daşıyıcıda təqdim edə bilər.
- Bəs, jurnalistin Media Reyestrinə düşməsi üçün başqa nələr tələb olunur?
- Bu tələblər “Media haqqında” Qanunun 74.2-ci maddəsində əksini tapıb və “Media Reyestrinin aparılması Qaydaları”nın 6.6-cı bəndində Reyestrə daxil edilmək üçün müraciət etmiş jurnalistlərin Reyestrə daxil edilməsindən hansı hallarda imtina olunacağı təsbit olunub.
Müvafiq tələblər içərisində ali təhsil və jurnalistika sahəsində ən azı 3 illik staj tələbi daha çox müzakirə olunsa da, jurnalistin fəaliyyət göstərdiyi müddət ərzində peşə etikası qaydalarına riayət etməsi, informasiyadan istifadə və istinad tələblərinə uyğun davranması, işlədiyi və ya əməkdaşlıq etdiyi media subyektinin davamlı fəaliyyət göstərməsi kimi tələblər də mühüm əhəmiyyət kəsb edir.
- Reyestrə düşməyəcək və müvafiq olaraq, jurnalist vəsiqəsi almayacaq şəxslərin aqibəti necə olacaq?
- Şəxsin jurnalist kimi fəaliyyət göstərməsi üçün onun Media Reyestrinə daxil edilməsi imperativ xarakter daşımır. Başqa sözlə, bizim təqdim edəcəyimiz vəsiqə şəxsin jurnalist olduğunu təsdiqləmir, sadəcə, onun haqqında qanunla nəzərdə tutulan məlumatların Media Reyestrində olduğunu göstərir. Yəni bu vəsiqə rəsmi peşəkarlıq meyarı və ya digər vəsiqələri istisna edən sənəd kimi qəbul edilməməlidir.
Media subyektləri əməkdaşına öz redaksiya vəsiqələrini verməkdə sərbəstdirlər. Bir sözlə, jurnalistlər Media Reyestrinə daxil edilmədən və müvafiq vəsiqəni almadan da fəaliyyətlərini maneəsiz, qanunla müəyyən edilmiş bütün müdafiə mexanizmlərindən istifadə etməklə həyata keçirə biləcəklər.
- Bəs bu vəsiqələrin hansı özəlliyi var?
- Jurnalist vəsiqəsinin forması və ölçüsü beynəlxalq standartlar nəzərə alınmaqla müəyyənləşdirilib. Onun arxa tərəfində yerləşdirilmiş QR kod mobil cihazlar vasitəsilə oxunan zaman Media Reyestrinin informativ xarakterli veb-səhifəsinə keçid təmin olunur və vəsiqənin elektron variantı görünür. Bu, qarşı tərəfin jurnalist haqda məlumatların mötəbərliyinə əmin olmasını təmin edəcək.
Bundan başqa, vəsiqənin üzərində “Media haqqında” Qanunun 6-cı maddəsinə uyğun olaraq, jurnalistin peşə fəaliyyətinə müdaxilənin yolverilməzliyi xüsusi qeyd olunub.
Eyni zamanda, bu vəsiqə jurnalistin yerli və beynəlxalq əhəmiyyətli tədbirlərə akkreditasiya prosesinin daha operativ və asan həyata keçirilməsinə kömək edəcək.
- Vəsiqələr jurnalistlərə hansı müddətə veriləcək?
- Jurnalist vəsiqəsinin etibarlılıq müddəti 3 ildir. Jurnalist vəsiqənin etibarlılıq müddəti bitdiyi gündən ən geci 3 iş günü müddətində həmin vəsiqəni Agentliyə təhvil verməklə yenidən jurnalist vəsiqəsinin alınması üçün müraciət etmək hüququna malikdir.
Jurnalist vəsiqəsindəki məlumatlar dəyişdikdə və ya jurnalist vəsiqəsi yararsız vəziyyətə düşdükdə, yaxud vəsiqədəki məlumatların səhv olduğu aşkar edildikdə jurnalist vəsiqəsinin dəyişdirilməsi üçün müraciət etməlidir.
Əmək müqaviləsinə xitam verilmiş jurnalist sonuncu iş günündə öz vəsiqəsini çalışdığı media subyektinə təhvil verməli, media subyekti isə həmin vəsiqəni Agentliyə təqdim etməlidir.
Xidmət müqaviləsi ilə çalışan jurnalistlər Media Reyestrindən çıxarıldıqları gündən ən geci 3 iş günü müddətində jurnalist vəsiqəsini Agentliyə verməlidirlər.
Xəbərin oxunma sayı : 652
loading...
Müsahibə
Xəbərlər
-
Azərbaycanda bank işçiləri vətəndaşlara niyə tez-tez zəng edirlər?
-
Rusiya sülhməramlıları Xankəndidə qəzaya uğradı – Ölən və yaralananlar var
-
Nigerdə müvəqqəti keçid hökuməti: “Fransa terror qruplaşmalarını dəstəkləyir”
-
Azərbaycanda I Liqa komandasının oyunları nəzarətə götürüldü - FOTO/VİDEO
-
Yanvardan həyət evlərinin qiyməti yenə artacaq? - AÇIQLAMA
-
Ceyhun Bayramov ukraynalı həmkarı ilə müzakirələr aparıb - FOTO
-
Aydın Talıbov yeni vəzifəsinin icrasına BAŞLADI
-
Sabiqlərin biznesi imperiyaları durmadan çiçəklənir... - Və yaxud Prezidentin töhmətləndirdiyi Etibar Pirverdiyevin cəzasızlığı...
-
Qərb Zelenskini əvəz etmək barədə ciddi müzakirələr aparır: Namizədlərin SİYAHISI
-
Bu şəxslərin maaşı yanvarın 1-dən artacaq - Baş nazirdən qərar
-
2023-cü ildə yüksək vəzifəyə təyin olunanlar – ARAŞDIRMA
-
Dollar neçəyə olacaq? – Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Sabiq icra başçısı xidmət rəisi təyin edildi - FOTO
-
Yanvarın 1-dən pensiyalar bu qədər artacaq - AÇIQLAMA
-
Azərbaycanda son həftədə 17 nəfər koronavirusa yoluxub - 1-i ölüb
-
Polis əməliyyat keçirdi: Külli miqdarda pirotexniki vasitələr aşkarlandı - FOTO/VİDEO
-
“Qərb Zelenskiyə əvəz axtarmağa başlayıb“ - Rusiya kəşfiyyatı
-
Mobil telefonlarla bağlı xəbərdarlıq - Bunu etməsəniz...
-
Azərbaycanda vergi daxilolmaları 4% artıb - FOTO
-
Türkiyədə daha bir xarici ölkənin nazirinin oğlu qəza törətdi: Ağır yaralı var - FOTO/VİDEO
-
Kürdəmirdə 8-ci sinif şagirdi ərə verilir? - TƏFƏRRÜAT
-
Ötən ay bahalaşan məhsullar - SİYAHI
-
“JEK”lər 2024-cü ildən ləğv olunacaq? - AÇIQLAMA
-
“Məktəblərdə tibbi yardım üçün hər şey olmalıdır, əks halda...“ - Görünməz təhlükə
-
Yağış və qar yağacaq, temperatur 3-6 dərəcə enəcək - Sabahın havası
-
Azərbaycanda bu şəxslərə də müavinət veriləcək - Qanun dəyişir
-
“Rusiya NATO-ya müharibə elan edə bilər“ - ABŞ dövlət katibi
-
DTX-də müddətli həqiqi hərbi xidmət keçənlərlə bağlı YENİ QƏRAR
-
Qaradağda avtomobil yolları əsaslı təmir ediləcək - SƏRƏNCAM
-
Taksidə tərk edilən uşağın valideyninin kimliyi məlum oldu
-
Şəkidə sahibsiz itlər sakinlərə hücum edir - VİDEO
-
Prezident İlham Əliyev Gürcüstan parlamenti sədrini qəbul edib
-
Geomaqnit qasırğası xəbərdarlığı: Ölüm RİSKİ VAR
-
Növbədənkənar prezident seçkiləri ölkəmizin qarşısında geniş üfiqlər açacaq
-
Argentinanın yeni prezidenti üzərində itlərinin təsviri olan əsasını götürüb şok açıqlama verdi - FOTO/VİDEO
-
Nazirlər Kabineti qida və yem məhsulları ilə bağlı qərar verib
-
“Məqsədimiz kimisə qınamaq və ya pis vəziyyətdə qoymaq deyil“ - Emin Əmrullayev
-
“Ermənistanla hərbi təlimlər keçirmək niyyətində deyilik” - Aİ rəsmisi
-
Azərbaycanlı şəhidin erməni anası - VİDEO
-
Baş nazirdən qərar: Bakıda yeni kollec yaradıldı
-
Avtomobil təkərləri bazarında durğunluq yaşanır - VİDEO
-
Əliyevi seçkilərdə udmaq həddən artıq çətindir – Natiq Cəfərli qərarlarını açıqladı
-
Xankəndi stadionundan ən son görüntülər - VİDEO
-
İstehlak mallarında qüsur aşkarlanarsa, nə etməli? - VİDEO
-
Almaniya müharibəyə hazırlaşmalıdır - Broyer
-
“Vergi və gömrük rüsumları azalsa, satışımız artacaq” - Sahibkarlar
-
Yeni ildə bahalaşma gözlənilir - VİDEO
-
“Hamının ərini görmüsüz, mənimkini görməsəniz də olar“ - Səidə
-
Bunu edənlər 50 manat cərimələnəcək - VİDEO
-
“Dağlıq Qarabağ”ın ləğvi qaçılmaz idi” - Paşinyan
-
Prezident İlham Əliyevin Serbiyaya işgüzar səfəri başa çatıb - FOTO
-
“Ukrayna hakimiyyəti tamamilə qudurub” – Putin
-
Milli Məclisin sabiq üzvü Rusiyada 17 bina tikəcək - 50 milyon dollarlıq layihə
-
Prezident İlham Əliyevin Aleksandar Vuçiç ilə təkbətək görüşü olub - FOTO
-
“HƏMAS oktyabrın 7-də terror aktı həyata keçirib, biz bunu dərhal qınamışıq“ - Lavrov
-
Kino sənayesi ƏDV-dən azad olunarsa... - ARAŞDIRMA
-
İlham Əliyev və Aleksandar Vuçiç hərbi texnika və avadanlıqlara baxıblar - FOTOLAR
-
Almaniyada hakim koalisiyanın reytinqi azalır - SORĞU
-
Gələn ildən etibarən bu evlərin və obyektlərin qiyməti ucuzlaşa bilər - Yeni güzəşt
-
PSJ və “Real Madrid” razılığa gəlib - Mbappenin transferi ilə bağlı
-
Netanyahu Putinlə telefonda danışdı - Rusiya ilə İranın əməkdaşlığını tənqid etdi
-
Sabiq nazirə və Mirşahinə qarşı sui-qəsd hazırlanıb - Məhkəmə başlayır
-
Azərbaycan Serbiyanın əsl dostudur - Vuçiç
-
Qəzza zolağında intensiv döyüşlər daha iki ay davam edəcək - KİV
-
Xalqı birləşdirən Zəfər
-
Bu mobil xidmətlər pullarınızı sakitcə silir - XƏBƏRDARLIQ
-
“Forbes” onları dünyanın ən güclü qadınları seçdi - Siyahı
-
“Şuşanın ənənəvi mədəni mühiti yenidən canlanır“ - Adil Kərimli
-
Qazaxın işğal altındakı kəndlərinin son görüntüləri - VİDEO
-
Prezident İlham Əliyev Serbiya-Bolqarıstan interkonektorunun açılış mərasimində iştirak edir - FOTOLAR
-
Bakıda xəstəxanada əməliyyat zamanı Tiktoka girib... - VİDEO
-
Azərbaycan etibarlı tərəfdaşdır, dostluq ənənələrinə həmişə sadiqdir - İlham Əliyev
-
Sabah bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq - Xəbərdarlıq
-
Prezident İlham Əliyev Serbiyada işgüzar səfərdədir - FOTO
-
Türkiyədə terror təşkilatının 78 sığınacağı məhv edilib - VİDEO
-
Azərbaycanda bəzi yerlərdə arabir yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
-
Misirdə prezident seçkisi keçirilir
-
Dünyanın ən bahalı və ən ucuz şəhərlərinin adları açıqlanıb - SİYAHI
-
“Hazırda fəaliyyət göstərən din xadimləri də attestasiyadan keçiriləcək” - Mübariz Qurbanlı
-
Argentinada futbolunda qalmaqal - Hakim oyun zamanı futbolçunu bıçaqlayıb
-
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - VİDEO
-
Dastana dönən tarix
-
BŞTİ-nin keçmiş əməkdaşı məhkəmə qarşısında: Nədə ittiham olunur?
-
Yumurtanın qiyməti artacaqmı? - ARAŞDIRMA
-
Cəlilabadda müəmma: Heyvanlar örüş sahələrindən yoxa çıxır - VİDEO
-
DYP sürücülərə müraciət etdi: “Piyadaların üzərinə su sıçratmaq yolverilməzdir”
-
Ən güclü ordu Azərbaycan Ordusudur, ən məğrur, yenilməz xalq Azərbaycan xalqıdır
-
Özünə inamının, xalqın siyasi dəstəyinə əminliyinin ən bariz göstəricisi
-
Azərbaycan xalqının öz rəhbərinə olan sevgisini bildirmək üçün gözəl bir fürsət
-
Müstəqil Azərbaycanın tarixində ilk olaraq seçkilər bütün ölkə ərazisində keçiriləcək
-
143 milyonluq cinayət işi üzrə məhkəmədə general polkovnikə: “Yanımda əfi ilan saxlayırmışam”
-
Avtomobildən 38 min manatlıq qızıl-zinət əşyaları oğurlayanlar saxlanılıblar - VİDEO
-
Bəzi işsiz şəxslərə ödənişlər ediləcək - FOTO
-
Yeni ildə 7 gün iş olmayacaq - RƏSMİ
-
Bakıda qadın azyaşlı övladını taksidə qoyub qaçdı - FOTO
-
Azərbaycan Rumıniyaya yeni səfir təyin edib - SƏRƏNCAM
-
Daha iki ölkədən səfirlərimiz geri çağırıldı - Yeni təyinatlar
-
Məhərrəm Əliyev vəzifəsindən azad olundu - Yeni vəzifəyə təyin edildi
-
Arvadından şübhələndi, tanışını evə gətirərək... - Azərbaycanda şok hadisə
-
Prezident İlham Əliyev “Euronews”a müsahibə verdi - VİDEO
-
Hər zəlzələdən sonra Xəzər dənizinin dibinin quruluşu dəyişir - VİDEO
-
“Biz beynəlxalq arenada müstəqil siyasət yürütməyə davam edəcəyik“ - Prezident
-
8-ci kilometr bazarında bu məhsullarının satışı qadağan edildi - VİDEO
-
Türkiyə Hərbi Hava Qüvvələri komandanı “Türk ulduzları” ilə uçdu - VİDEO
-
Dünyanın ən varlıları onlardır - Siyahı
-
Azərbaycana gələn turistin ölkədən çıxışına nəyə görə “stop qoyuldu”? - VİDEO
-
Haqqında həbs qərarı çıxarılan Somali prezidentinin oğlu Türkiyədən qaçıb - VİDEO
-
Növbədənkənar Prezident seçkiləri ilə bağlı Təqvim planı təsdiqlənib - SİYAHI
-
Azərbaycan regionda sülhün təminatçısıdır
-
Azərbaycanın ərazi bütövlüyünün imza ilə təsdiqlənməsini gözləyirik
-
2020-ci ilin noyabrından bu yana 340 Azərbaycan vətəndaşı mina qurbanı olub - FOTO
-
Dünya Göz Xəstəxanası vergidən yayınır? - 300 min manatlıq borc
-
“Oynadığım rollara heç vaxt baxmıram“ - Əməkdar artist
-
Bakıda məşhur gözəllik salonunda insident – 17 yaşlı qız...
-
Torpaq payı olan vətəndaşların nəzərinə: Pul ala biləcəklər
-
Zaqatala xəstəxanada mənimsəmə və... - Cinayət işi açıldı
-
Daha bir azərbaycanlı terrorçuluğa görə axtarışa verildi - FOTO
-
Bir milyon vergi borcu olan şirkətlə vergi idarəsi arasında qalmaqal
-
Ərdoğan onu “Qərbin qəhrəmanı” adlandırdı - FOTO
-
Cəsarət Valehov vəzifəsindən azad olundu - YENİ TƏYİNAT
TOP 10
ARXİV