Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

Könül Xammədovanın adı MSK-nın saytında niyə gizlədilib? - FOTO

Tarix 13.08.24, 13:57

Font ölçüsü : - / +
bitmap-img6


58 saylı Xaçmaz Kənd Seçki Dairəsində maraqlı vəziyyət yaşanır. Orada seçkinin əsas favoriti Xammədova Könül Hikmət qızı sayılır.

Ancaq maraqlıdır ki, bu xanım deputatlığa namizəd kimi rəsmən qeydiyyata alınsa da, MSK-nın rəsmi səhifəsində adın gizlədilib.

AzFakt.com-un məlumatına görə, Azinforum.az saytı Xammədova Könül Hikmət qızının rəsmən qeydiyyatdan keçdiyini təsdiq edən sənədi və MSK-nın rəsmi saytındakı məlumatın fotolarını yayıb.

 Müqayisə etdikdə maraqlı sual yaranır: Könül Xammədovanın adı qeydiyyata alınan rəsmi namizəd kimi niyə MSK-nın rəsmi səhifəsinə əlavə edilməyib?

Bu, texniki səhvə oxşamır. Əgər Könül Xammədova iddiasından əl çəkibsə, onda niyə bu barədə ictimaiyyətə məlumat verilməyib?

Qeyd edək ki, Könül Məmmədovanın davranışlarında seçki marafonundan geri çəkilmək kimi əlamətlər də müşahidə edilmir. Əksinə, o, deputat seçilmək üçün daha səylə çalışır.

Sözügedən dairədən seçkinin favoriti sayılan Könül Xammədova əslində kimdir?

Bu xanımın çox dəbdəbəli həyat yaşadığı, “zerkalnı” sayılan nömrələrlə bahalı markalı avtomobillər idarə etdiyi, Bakıda və digər ərazilərdə bahalı mülklərə sahib olduğu bildirilir. O, Azərenerji Açıq Səhimdar Cəmiyyətinin sabiq rəhbəri Etibar Pirverdiyevin yaxın qohumudur.

Atası Xammədov Hikmət “Ekspress” bankın əsas səhmdarlarından biridir. Könül Xammədovanın hazırda hakimiyyətdəki bəzi dairələr tərəfindən ciddi dəstəkləndiyi bildirilir və Xaçmazdan məhz onun mandat əldə edəcəyi kimdəsə şübhə doğurmur. Təəssüflər olsun ki, MSK-dan bu məsələyə münasibət öyrənə bilmədik.

Mövzuya qayıdacayıq…
 
Açıklama yok.





Xəbərin oxunma sayı : 541




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap