“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Kürdə daşqın gözlənilir - Rəsmi xəbərdarlıq

Tarix 27.06.22, 22:08

Font ölçüsü : - / +
bitmap-img6


“Son günlərdə ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir. Xüsusən də, bu proseslər respublikanın şimal və qərb rayonlarında müşahidə olunur”.

Bu sözləri Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.

Açıklama yok.

O bildirib ki, bu gün axşam saatlarında Gədəbəy rayonu ərazisində iridənəli dolu müşahidə olunub:

“Eyni zamanda həmin proseslər qonşu ölkələrdə də müşahidə olunmaqdadır. Türkiyədə sel, daşqın hadisələri… Gürcüstanda ötən sutka ərzində düşən güclü yağıntı nəticəsində Kür-Tiflis məntəqəsində Kürün səviyyəsi xeyli artıb. Nəticədə bu gün səhər saat 08:00-lə müqayisədə, artıq Azərbaycan ərazisində Kür-Qıraqkəsəmən   məntəqəsində səviyyənin 53 sm artımı qeydə alınıb.

Bu proses bu gün gecə ərzində davam edəcək və sabah gün ərzində Kür çayının yuxarı axınında yüksəksululuq müşahidə olunacaq, daşqın istisna olunmur. Buna görə, xüsusən, Ağstafa, Qazax, Tovuz rayonlarında yaşayan əhaliyə xəbərdarlıq etmək istərdik ki, Kür çayının yaxınlığında olan obyektlərdə, ərazilərdə çox diqqətli olsunlar. Eyni zamanda yerli icra hakimiyyətlərinin müvafiq tədbirlər görməsi vacibdir”. 

U.Tağıyeva bildirib ki, iyun ayının sonunadək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edəcək:

“Buna görə də fasilələrlə, əsasən də respublikanın dağlıq və dağətəyi rayonlarında leysan xarakterli yağışların yağması ehtimal edilir. Nəticədə respublikanın dağ çaylarında qısamüddətli daşqın və sel keçəcəyi haqqında proqnozlar verilib, bəzi rayonlarda dolu düşəcəyi ehtimalı var”.







Xəbərin oxunma sayı : 997




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap