“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

Kürdəxanıda leysan kabusu: Sakinlər iki gündür evlərində əsir qalıblar

Tarix 18.04.25, 12:29

Font ölçüsü : - / +
bitmap-img6


Bakının Kürdəxanı qəsəbəsi aprelin 16-da gecə saatlarından yağan leysandan sonra su altında qalıb. 

Musavat.com xəbər verir ki, bu barədə sakinlər məlumat veriblər.

Onların sözlərinə görə, artıq iki gündür evdən çıxa bilmirlər:

“Qəsəbədə kanalizasiya sistemi yoxdur. Buna görə də yağıntılardan sonra yollarda toplanan su axıdılmır. Təsəvvür edin ki, çölə çıxmaq istəyəndə yarıya qədər suya düşürük. Uşaqlarımız məktəbə gedə bilmirlər. Küçələrdə böyük və dərin gölməçələr yaranıb. Aidiyyəti qurumlara dəfələrlə müraciət etsək də, problem hələ də həllini tapmayıb. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları sadəcə suyu bir ərazidən çəkib digərinə boşaltmağa çalışırlar. Kanalizasiya sistemi olsaydı, bu məsələ bir neçə saat ərzində həll edilə bilərdi. Yağışdan iki gün keçməsinə baxmayaraq, hələ də evlərimizdə əsir qalmışıq”, – deyə sakinlər bildiriblər.

Qeyd edək ki, aprelin 16-da Bakıda yağan güclü leysan nəticəsində paytaxtın bir çox ərazilərində ciddi fəsadlar müşahidə olunub. Gecə saatlarında başlayan intensiv yağıntılar səbəbindən bir sıra küçə və prospektlərdə su basmaları qeydə alınıb, nəqliyyatın hərəkəti çətinləşib, bəzi tunellər və yaşayış evləri su altında qalıb.

Güclü yağışlar nəticəsində Sabunçu rayonunda yeni tikilmiş tunel 1 metrə qədər yağış suyu ilə dolub. Leysan səbəbilə Bağırov tunelini də su basıb. Sosial şəbəkələrdə yayılan görüntülərdə “Baku Bus” avtobusunun içərisinə suyun dolduğu da əksini tapıb.






Xəbərin oxunma sayı : 814




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap