“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Kənd təsərrüfatı heyvanlarının yeni sığorta qiyməti fermerlərin xeyrinədir? - VİDEO

Tarix 19.06.24, 22:49

Font ölçüsü : - / +
bitmap-img6


Kənd təsərrüfatı heyvanlarının sığorta tarifi dəyişdirilib.

Qiymətlər Aqrar Sığorta Fondu tərəfindən endirilib. Belə ki, heyvanın aid olduğu sığorta növünə görə illik qiymətlər minimum 1, maksimum 22 manat azaldılıb. Sığorta iri buynuzlu mal-qara ilə yanaşı, xırdabuynuzlu heyvanları - qoyun və keçi təsərrüfatlarını da əhatə edir.

Aqrar Sığorta fondunun nümayəndəsi Əli Əhmədovun sözlərinə görə, sığorta heyvanları çoxsaylı risklərdən - yoluxucu xəstəliklər, təbii fəlakətlər, zəhərlənmə, ilan və həşarat sancması, vəhşi heyvanların hücumundan, 3-cü şəxslərin hərəkətlərindən qoruyur. Bundan başqa, baytar tərəfindən qulluq zamanı heyvanların kimyəvi maddələrdən zəhərlənməsi, avtomobillə daşınma zamanı qəza, avtomobillə vurulma, elektrik cərəyanı vurması, hətta oğurluq və quldurluq halları zamanı dəyən zərər də aqrar sığorta tərəfindən qarşılanır.

Qurumun nümayəndəsi onu da bildirib ki, 2022-ci ildə 710 min manat, 2023-cü ildə 910 min manat, bu ilin ilk 5 ayında isə fermerlərə 550 min manata yaxın ödəniş edilib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.




Xəbərin oxunma sayı : 919




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap