Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

Kolbasa alarkən buna diqqət edin - XƏBƏRDARLIQ

Tarix 08.08.24, 19:17

Font ölçüsü : - / +
bitmap-img6


"İşlənmiş ət məhsullarından olan kolbasa və sosiskalar var ki, bunların insan orqanizminə faydalarından çox zərəri var". 

Bu sözləri Metbuat.az-a açıqlamasında sağlam qidalanma üzrə ekspert Məhsəti Hüseyova deyib. O bildirib ki, məhsul keyfiyyətli şəkildə istehsal olunursa, həmin məhsulun 80 faizi təmiz ətdən təşkil olunmalıdır: 

"Ancaq bu gün satılan kolbasa və sosislər qiymətinin ucuzluğu ilə və eyni zamanda öz keyfiyyətsizliyi ilə insan orqanizminə daha çox zərər vurur. Çünki ət məhsulu zülal mənşəlidir. Daha tez xarab olmağa meyillidir. Eyni zamanda heyvan mənşəli olduğu üçün bu kimi ətlərdən hazırlanan məhsullarda daha çox kimyəvi maddələrdən istifadə olunur ki, hər hansısa bakteriya və virusa yoluxma halları baş verməsin. Belə olan halda, həmin vurulan kimyəvi maddələr məhsulun tərkibindəki faydalı və zərərli bakteriyaları da məhv edir". 

Onun sözlərinə görə, davamlı olaraq bu məhsullardan istifadə edən insanlarda bağırsaq mikroflorası tamamilə sıradan çıxır: 

"İmmun sistemi aşağı düşür ki, belə olan halda xəstəliyə yoluxma halları daha tez baş verir. Erkən yaşlarda bu kimi qidaları qəbul edən insanlarda inkişafdan geri qalma, daxili orqanların funksiyasının pozulması halları qeydə alınır. Ona görə də, bu məhsulları alarkən mənşəyi bəlli olmalıdır. Üzərində istehsalçı firma haqqında tam məlumatlar göstərilməlidir". 



Xəbərin oxunma sayı : 646




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap