“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Koronavirus “sürprizlər“ edəcək - Xəbərdarlıq

Tarix 02.10.23, 15:45

Font ölçüsü : - / +
bitmap-img6


"COVID-19 sürprizlər etməyə davam edəcək".

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, bu sözləri Böyük Britaniya hökumətinin köməkçi sağlamlıq müşaviri Dr. Thomas Waite deyib.

O, koronavirusun hələ də mövsümi davranış nümayiş etdirmədiyini və digər qış xəstəliklərindən daha gözlənilməz bir gedişat yaşandığını söyləyib. Həkim əhalini qrip və koronavirus əleyhinə peyvənd olmağa çağırıb.

Qeyd edək ki, keçən həftə İngiltərədə koronavirusa yolxuma faktı həftəlik yüzdə 14 artımla yay aylarının ən yüksək həddinə çatıb. Lakin ekspertlər qeyd ediblər ki, bu artım payız aylarında gözlənilən mövsümi dalğanın hələ başlaması demək deyil.

Hökumətin məlumatlarına görə, keçən il İngiltərədə qrip peyvəndi sayəsində təxminən 25 min adamın xəstəxanaya müraciətinin qarşısı alınıb. Digər tərəfdən, məlumatlar keçən qış qripin 14 min əlavə ölümə səbəb olduğunu ortaya qoyur. COVID-19 isə keçən qış ölkədə on mindən çox insanın həyatına son qoyub.



Xəbərin oxunma sayı : 835




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap