Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova
Axtar
 
  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

  • / Maqazin / — 01 Noyabr 2025

    “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı

  • / Maqazin / — 27 Oktyabr 2025

    Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova

  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyaya yeni üzvlər təyin edilib

Tarix 10.12.24, 12:10

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına yeni üzvlər təyin edilib.

AzFakt.com APA-ya istinadla xəbər verir ki, bu, Milli Məclisin bu gün keçiriləcək iclasında müzakirəyə çıxarılaraq qəbul edilən "Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvlərinin təyin edilməsi haqqında" qərar layihəsində əksini tapıb.
Layihəyə əsasən, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının yeni üzvləri Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov, parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev, deputat Əminə Ağazadə, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov və Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev olub.

Qeyd edək ki, Komissiya 15 nəfər üzvdən ibarət tərkibdə təşkil edilir və fəaliyyət göstərir. Komissiyanın 5 üzvü Azərbaycan Respublikasının Prezidenti tərəfindən, 5 üzvü Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən, 5 üzvü isə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən təyin edilir.

Bundan əvvəl Milli Məclisi tərəfindən təyin olunmuş Komissiya üzvləri Milli Məclis sədrinin sabiq müavini Adil Əliyev, sabiq deputat Elşad Mirbəşir, deputatlar Əminə Ağazadə, Arzu Nağıyev və Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev olub.



Xəbərin oxunma sayı : 664




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap