“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Kredit götürmək istəyənlər buna mütləq əməl etsin - VİDEO

Tarix 27.10.21, 10:47

Font ölçüsü : - / +
bitmap-img6


Kredit götürmək istəyən Bakı sakini aldadılıb.

AzFakt.com-un "Xəzər Xəbər"ə istinadən məlumatına görə, paytaxtın Biləcəri qəsəbəsində yaşayan Sirac Mirzəzadə bir neçə gün bundan əvvəl kredit götürmək üçün instaqramda tanınmış banklardan birinə aid olduğunu düşündüyü səhifəyə müraciət edib.

Kredit verə bilmək üçün isə ondan müəyyən məbləğdə komissiya haqqı istənilib. Dediyinə görə, kredit əldə etmək üçün ondan istənilən 272 manat ödənişi edib və 1500 manatlıq kredit kartı veriləcəyi vəd edilib.

Sirac Mirzəzadənin sözlərinə görə, ona vəd edilən 1500 manat dəyərində olan kredit kartı həmin gün çatdırılmayıb, dəfələrlə səhifədə qeyd olunan nömrə ilə əlaqə saxlamağa çalışsa da, bu mümkün olmayıb. Zərərçəkmiş məsələ ilə bağlı ərazi üzrə polis bölməsinə müraciət edib.

Biz də səhifədə göstərilən nömrə ilə əlaqə saxlamağa çalışsaq da, nömrəyə zəng çatmadı. Adına səhifə açıldığı iddia edilən bankdan bildirdilər ki, həmin profil onlara məxsus deyil, yəni saxtadır.

Kibertəhlükəsizlik üzrə ekspert Ceyhun Cəfərov qeyd edib ki, hazırda fırıldaqçılar oxşar üsullarından istifadə edərək müştərilərin məxfi məlumatlarını və vəsaitlərini mənimsəməyə çalışırlar.

Ekspert əlavə edib ki, bu cür hallarla qarşılaşan vətəndaşlar mütləq hüquq-mühafizə orqanlarına məlumat verməlidirlər.



Xəbərin oxunma sayı : 550




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap