“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Lavrovdan Paşinyana hədə dolu tövsiyə... - “Həmin şəxslərin taleyi heç də yaxşı olmadı“

Tarix 27.09.23, 23:27

Font ölçüsü : - / +
bitmap-img6


Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistan rəhbərliyinə ABŞ-yə arxalanan ölkələrin acı taleyini xatırlamağı tövsiyə edib.

O, “Ermənistanın Rusiyanı itirməsi mümkündürmü?” sualına cavab verərkən qeyd edib ki, İrəvanda bir neçə aparıcı siyasətçi oxşar ssenarini arzulayır və Qərbə baxır.

“Bilirsiniz, orada Rusiyanı itirmək və yeni dostlar qazanmaq istəyən çoxlu insan var”, - deyə nazir TASS-a müsahibəsində bildirib.

“Ermənistan rəhbərliyinin bir çox nümayəndələrinin bəyanatlarından göründüyü kimi, əgər onlar Birləşmiş Ştatlara arxalanırlarsa, onda bəlkə də yaxın tarixə, ABŞ sahillərindən uzaqda, dünyanın müxtəlif bölgələrində Vaşinqtonun geosiyasi maraqlarını təbliğ edən və bu ölkənin öz himayəsinə götürmək istədiyi şəxslərə necə münasibət göstərdiyinə nəzər salmaq yaxşı olardı. Həmin şəxslərin taleyi heç də ürəkaçan deyil”, - Lavrov bəyan edib.

O, vurğulayıb ki, istənilən halda geosiyasi baxımdan Rusiyanın Cənubi Qafqazdakı maraqlarına tamamilə məhəl qoymamaq mümkün deyil.

“Amma İrəvandakı bəzi liderlər belə ümidlər bəsləyirlər və bu barədə birbaşa danışırlar”, - Rusiya diplomatiyasının rəhbəri vurğulayıb.

Lavrov xüsusilə Ermənistanın baş naziri Nikol Paşinyanın “öz təhlükəsizliyinin təmin edilməsi baxımından Ermənistanın ümid etdiyi uğursuz müttəfiqlikləri kompensasiya etmək zərurəti və bu təhlükəsizliyi təmin edəcək tərəfdaşlar dairəsini genişləndirməyi” bəyan edən son çıxışında da belə ümidlərin təzahürünə diqqət çəkib.



Xəbərin oxunma sayı : 1522




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap