Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO
Axtar
 
  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

  • / Maqazin / — 05 May 2025

    Aygün Kazımova sinə dekolteli geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 03 May 2025

    Xatirənin sinə dekolteli və uzun yarıqlı geyimi - FOTOLAR

“Sadələşdirilmiş vergi limiti artırılmalıdır“ - İqtisadçı

Tarix 30.05.25, 15:38

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda devalvasiyadan sonra kiçik və orta sahibkarların, sadələşdirilmiş vergi ödəyicilərinin vergi limitlərinin artırılması uzun müddətdir müzakirə mövzusudur. 

AzFakt.com xəbər verir ki, iqtisadçı Natiq Cəfərli sosial şəbəkə hesabından etdiyi paylaşımda bu mövzuda hökumətin gecikmələrinə və kiçik sahibkarların üzləşdiyi problemlərə diqqət çəkib.

N.Cəfərli qeyd edib ki, 200 minlik limiti keçən sahibkarların 18% ƏDV-yə cəlb edilməsi doğru deyil:"Azərbaycanda 3 pilləli devalvasiyadan həmən sonra dəfələrlə ictimai çıxışlarımızda təklif etmişdik ki, kiçik-orta sahibkarlar, sadələşdirilmiş vergi ödəyiciləri üçün illik 200 min manatlıq limit artırılsın, çünki, məntiqsizlik var, 200 min limiti keçənlərin həmən 18% ƏDV-yə cəlb edilməsi doğru deyil, limit çox kiçikdir. Maliyyə nazirliyi elan edib ki, nəhayət, bu məsələyə baxılır və 200 minlik limit artırılacaq – yəni, 10 ildən sonra yenə biz deyənə gəlirlər, amma, nəticədə 10 il itirmiş oluruq. Məncə, limit, ən azı, 500 min manat olmalıdır, amma, yaxşı olar ki, birdəfəlik 1 mln. manata qaldırılsın, vergi dərəcəsi də Bakı və Abşeron üçün 4%, regionlar üçün isə 2% müəyyənləşsin - əminəm ki, bu kiçik-orta sahibkarlar üçün çox ciddi dəstək və stimul olacaq. Maliyyə Nazirliyinin bu təşəbbüsünü alqışlayıram".

"Sadəcə, insanı düşündürən, yandıran odur ki, hökumət məntiqli görünən addımları çox gec atır, məsələn, 2024-cü ilin yanvarında bəzi kateqoriyalara aid kiçik sahibkarlar üçün vergi dərəcəsini 20%-ə qaldırdılar – bəlkə də, 20 dəfə çağırış etdik ki, yanlışdır, etməyin, səhvdir, ciddi problemlər yaranacaq, amma, dinləmədilər, 2024-cü il ərzində, doğrudan da, ciddi problemlər yaşandı və 2025-ci ildə məcbur olub yenidən 5%-ə saldılar. Bir Allahın qulu məmur da çıxıb etiraf etmədi ki, bu absurd qərarı kim və nədən təklif etmişdi, sonra nə oldu ki, ləğv edildi – yaxşı, 2024-cü ildə bu mənasız qərara görə işini itirən, biznesini bağlayan kiçik sahibkarlara dəyən ziyanı kim ödəməlidir?! Hörmətli qalstuklu müəllimlər, bir az çevik olun, təşəbbüskar olun, özünüz bilmədiyiniz məsələlərlə bağlı kənardan təkliflər ediləndə ciddiyə alın, belə olmaz, bu məmləkət, bu dövlət hamımızındır, sizin səriştəsizliyinizə görə insanlar niyə əziyyət çəkməlidirlər ki?!", - deyə N. Cəfərli bildirib.



Xəbərin oxunma sayı : 496




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap