![]() |
|














Manvel Qriqoryanın etirafları məhkəmədə... - Fotolar
Tarix 25.09.25, 22:23 |
|

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası sentyabrın 25-də davam etdirilib.
AzFakt.com xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.
İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.
İclasın əvvəlində təqsirləndirilən şəxs Levon Mnatsakanyan məhkəməyə müraciət edərək bir neçə iclasının protokolu ilə tanış olmaq istədiyini və müvafiq şərait yaradılmasını xahiş edib.
Məhkəməyə sədrlik edən L.Mnatsakanyana iclas protokolları ilə tanış olması üçün tərcüməçi vasitəsilə şərait yaradılacağını bildirib.
Məhkəmə iclası Ermənistanın müdafiə nazirinin sabiq müavini Manvel Qriqoryanın mətbuata müsahibəsinin cinayət işi üzrə sübut kimi tədqiq olunması ilə davam etdirilib.
Ermənistandan Azərbaycan ərazilərini işğal etməsi üçün göndərilmiş M.Qriqoryan müsahibədə Ermənistandan aldığı təlimatlar əsasında Azərbaycanın suveren ərazilərində, o cümlədən Ağkənddə törətdiyi cinayətlər, o cümlədən təxribatlar barədə danışıb.
“Məktəblərdə aranı qızışdırırdıq ki, dalaşsınlar, bir-birilərini döysünlər. Hadrutda, Xankəndidə bizimlə əməkdaşlıq edən rəhbərlik var idi, Ermənistandan isə 24 saat ərzində birbaşa bizimlə əlaqədə idilər”, – deyə M.Qriqoryan bildirib.
O, bir qrup ali məktəb tələbəsi olan gənc kişinin və qadının İrəvandan Azərbaycan ərazilərinə gəldiyini, məktəb müəllimi kimi fəaliyyətə başladıqlarını deyib və əlavə edib: “Onlar bizimlə əməkdaşlıq edirdilər. Gündüzlər dərs keçirdilər, gecələr isə bizimlə birlikdə postlarda növbə aparırdılar. Yəni, onlar gecələr hazır “əsgər” idilər.
Sonra biz gənc müəllimlərin vasitəsilə 14-15 yaşlı yeniyetmələrdən əsgər kimi istifadə etməyə başladıq. Çünki o yaşda uşaqlarla işləmək daha asan idi, - qeyd etdiyim həmin 14-15 yaşındakı yeniyetmələrin 90 faizi bu günə qədər orduda xidmət edirlər, hətta generallardır və digər yüksəkrütbəli zabitlərdir, - başladıq onları öz yanımıza, yəni bazaya çəkməyə. Artıq onlara ciddi silahlar verirdik, bildiklərimizi öyrədirdik və məşqlər həyata keçirirdik”.
Müsahibədə M.Qriqoryan Ermənistanın keçmiş prezidentləri Robert Köçəryanın və Serj Sarkisyanın Azərbaycan ərazilərinin vaxtilə işğal edilməsində iştirakından da danışıb.
O, Ermənistandan yüksəkrütbəli hərbçilərin, general və polkovniklərin Azərbaycanın həmin vaxt işğal altında olan ərazilərində hərbi bölmələr yaratmaq üçün göndərildiyini də söyləyib. Generallardan birinin isə adını çəkərək, onun Gümrüdən gəlmiş Artuşa olduğunu deyib.
“Ermənistandan bizə avtomat, ümumiyyətlə vertolyotla nəyi gətirmək mümkündürsə, onu gətirə bilirdilər”, - deyə o əlavə edib.
M.Qriqoryan azərbaycanlıların qətlə yetirildiyini, kəndlərin talan edildiyini də etiraf edib və deyib: “Başladıq türklərin (azərbaycanlıların – red.) kəndlərini tutmağa. Girirdik, kəndləri dağıdırdıq, məhv edirdik.
M.Qriqoryan Ermənistan silahlı qüvvələrinə məxsus briqadanın komandiri olmasından da bəhs edib. Bildirib ki, bununla əlaqədar Ermənistana çağırılıb, müdafiə naziri Vazgen Manukyanın əmri ilə Azərbaycanın həmin vaxt işğal altında olan ərazilərinə göndərilib. Bundan sonra Azərbaycanın Füzuli rayonunun 47 kəndini işğal ediblər.
Daha sonra məhkəmədə cinayət işi üzrə bir sıra sənədlər elan olunub. O cümlədən 1992-ci il iyunun 8-də Qazax rayonunun Aşağı Əskipara və digər kəndlərinin atəşə tutulması, 1992-ci il fevralın 29-da hərbi hissənin şəhərciyinə basqın edilməsi, hərbi hissədən silah-sursatın ələ keçirilməsi, 1993-cü il dekabrın 16-da Beyləqan şəhərinin artilleriya atəşinə tutulması, Xankəndi şəhərinin və Kərkicahan qəsəbəsinin işğal edilməsi faktları üzrə sənədlər elan edilib.
Habelə Şuşa rayonunun, Xankəndi şəhərinin, Xocavənd, Xocalı, Ağdərə, Laçın, Kəlbəcər, Füzuli, Qubadlı, Cəbrayıl, Ağdam və Zəngilan rayonlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi nəticəsində əhalinin yaşadığı ərazidən didərgin düşməsi (deportasiya) ilə bağlı sənədlər də elan olunub.
Habelə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əsirlikdə olan hərbi qulluqçuları və beynəlxalq humanitar hüquqla müdafiə olunan mülki və digər şəxslərlə amansız rəftar edilməsi, işgəncələr verilməsi, Birinci Qarabağ müharibəsi zamanı dəfn edilmiş naməlum şəhid məzarları, Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərin meyit qalıqlarının Şuşa şəhərində təhvil verilməsi, Xocavənd rayonunun Edilli kəndində kütləvi məzarlığın aşkar edilməsi faktları üzrə sənədlər də elan edilib.
Elan olunan digər sənədlər azərbaycanlıların öldürülməsi, xəsarət yetirilməsi, öldürülməsinə cəhdlər və digər cinayətlərlə bağlı olub.
Sənədlərlə eyni vaxtda, habelə bir sıra fotoşəkillər nümayiş etdirilib.
Məhkəmə prosesi sentyabrın 26-da davam etdiriləcək.
Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 təqsirləndirilən şəxs ittiham edilir.
Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.






















Xəbərin oxunma sayı : 196
Hadisə
Xəbərlər
-
Beyləqanda Anım Gününə həsr olunmuş ağacəkmə aksiyası - Fotolar
-
Sabiq icra başçısı ifadə verdi:“Onun səsini şəxsən mən yazmışdım“ (VİDEO)
-
Mehdiabadda sabiq Bələdiyyə sədri 300 minlik torpaq sahəsini necə mənimsəyib? - FOTO
-
Yeni metro stansiyaları harada tikiləcək? - Siyahıda Zığ, Qaraçuxur və Bayıl da var
-
“Rusiya iqtisadiyyatı cəhənnəmə yuvarlanır“ - Tramp
-
Gəlin maşınının qarşısını kəsib nərd oynadılar - Bəyin 4 dostu həbs edildi
-
“Azərsun Holdinq” tərkibində qadağan olunmuş ət yapışqanı aşkarlanan məhsulları satır? - FOTOLAR
-
Neft 63 dollardək ucuzlaşacaq, qaz bazarında dalğalanma olacaq - “The Economist“
-
“İlham Əliyev əsl dostdur, bunu hər kəs haqda demək asan deyil” - Aleksandar Vuçiç
-
Bakıdan maşın almaq istəyən Rusiyada yaşayan azərbaycanlını belə aldatdılar - VİDEO
-
Gəncədə arvadından şübhələnən kişi onu izlətdi: “Qonşunun oğlu ilə gəzirsən“
-
“Hindistan Rusiya neftindən imtina etməsi üçün şərtini açıqlayıb“ - “Bloomberg“
-
Bədən şəkilləndirmədən sonra bədəni çürüyür - “Əslində həkim yox, aşpaz imiş“ - VİDEO
-
Prezidentdən Xəzərlə bağlı mühüm mesaj - “Vəziyyət pisdir”
-
“Biz həm müharibədə, həm də sülhdə qələbə qazandıq“ - Azərbaycan Prezidenti
-
Manvel Qriqoryanın etirafları məhkəmədə... - Fotolar
-
Azərbaycanda atalıq məzuniyyətinə nə qədər pul ödəniləcək? - VİDEO
-
E-Polis mobil tətbiqində yenilik - VİDEO
-
“Münaqişənin dondurulmasına çalışdılar” - İlham Əliyev
-
Hibrid avtomobillər Azərbaycana neçəyə gətirilir? - Tam saiyahı
-
“Türkiyə ABŞ-dən “F-16“ və “F-35“ qırıcıları almaq istəyir“ - “İstədiyini alacaq...“
-
Prezident BMT-dən dünyaya səsləndi - VİDEO
-
Mesajlar tərcümə ediləcək − “WhatsApp”dan yenilik
-
Ebru Gündeş boşanmaq qərarına gəlib - Dördüncü dəfə
-
Ağsu RİH-də 14 minlik cari təmir - İşləri həyata keçirən şirkət kimindir?
-
Bakıda gecə klubunda soyğunçuluq edən şəxslər saxlanılıblar - VİDEO
-
Əli Həsənovun kürəkəni Avropanı “satın alır“ - Yaxta şirkəti,klinika, pansionat, otellər...
-
“Xahiş edirəm, azadlığa buraxın, evlənək...” - 8 il həbs verildi
-
“HAMAS-ın gələcəyi yoxdur, silahı yerə qoymalıdırlar“ - Mahmud Abbas
-
Prezident İlham Əliyev BMT Baş katibi ilə görüşüb - FOTOLAR
-
Kənd təsərrüfatı təyinatlı torpaqlarla bağlı yeni qərar verildi - Nələr olacaq?
-
“Müharibə bitdikdən sonra istefa verməyə hazıram” - Zelenski
-
“Tikintini aparanların məsuliyyətsizliyidir, cəzalarını almalıdırlar” - Deputat
-
Parlamentin payız sessiyası başlayır - Gündəlikdə 12 məsələ var
-
“Qarabağ” bilet qiymətlərini xeyli artırdı - QİYMƏTLƏR
-
Azərbaycanlılara qarşı cinayətlərlə bağlı etiraf: Onları terrora məruz qoyurduq
-
Tanınmış türk iş adamından azərbaycanlı assistentinə ittihamlar - “Pulumu sevgilisinə xərclədi”
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Prokurorluq Ülviyyə İlyasovanın həbsini tələb etdi - İş məhkəməyə getdi
-
Temperatur 8 dərəcə enəcək: Leysan, şimşək, sulu qar...
-
“Amerikalılar bunu yadda saxlamalıdırlar” - Medvedev hədələdi
-
Prezident bu hərbçiləri təltif etdi - SİYAHI
-
Əli Əsədov nazirləri iclasa çağırdı: nələr müzakirə olunub?
-
Eks-məmurun oğlu gəlir yerini gizlədir - Hamının qarşısında danışmadı
-
Son 6 ildə restoranlarda nə qədər xərcləmişik? - CƏDVƏL
-
“Avant Group“un 3 əməkdaşı saxlanıldı - SƏBƏB/VİDEO
-
Yağış yağacaq, güclü külək əsəcək - Sabahın havası
-
Müğənninin bağ evindən 20-30 min manatlıq qızılları oğurlandı - VİDEO
-
Kanalizasiya suları içində qalan Sulutəpə sakinləri - Problem niyə həll olunmur?
-
Netanyahunun ABŞ səfəri kabusa çevrildi - Fransa hava məkanına buraxmadı
-
Bakıdan Ağdama avtobusla da gedə biləcəyik - Cəmi 13,90 AZN-ə...
-
Adnan Əhmədzadənin Dubayda 67 milyonluq dəbdəbəli mənzili - FOTO
-
Nazirlik Xankəndidəki regional bölmənin binasını 820 minə təmir etdirir - Müqavilə
-
“İran kəşfiyyatı İsrailin hərbi mərkəzlərinə dair gizli məlumatlar əldə edib“ - Nazir
-
Tiktoker fahişəliyə cəlb etməkdə təqsirli bilindi - Hökm
-
Bakıda daha 5 stansiya tikiləcək - Ünvanlar
-
Onların bazarlarda fəaliyyətinə qadağa qoyulacaq - VİDEO
-
Küçələrdə satılan 5 manatlıq qoz hansı ölkələrdən və neçəyə gətirilir? - Siyahı
-
“Bakı Metropoliteni“ndə daha iki nəfərə vəzifə verildi - Dəyişiklik
-
80 yaşlı kişilər arasında zarafata yer yoxdur - Braziliya prezidenti
-
“Eurolux”un rəhbəri evini satdı - 289 min manatı işçisi ələ keçirdi
-
Sakinləri kirayələrdə süründürən tikinti şirkəti: Bina beş ildir təhvil verilmir
-
Fəxri Kazımov nə qədər pul qazanıb? - Rəqəmlər
-
“Putini dayandırmaq indi daha ucuzdur” - Zelenski
-
Beyləqanda şəhid Munis Abbaslı küçəsində asfaltlanma işləri yekunlaşdı - Fotolar
-
“Netanyahunun İordan çayının qərb sahilini ilhaq etməsinə icazə verməyəcəm“ - Tramp
-
Azərbaycan və Maldiv arasında viza rejimi ləğv edilir - Saziş imzalandı
-
Xırdalan 5 saylı tam orta məktəbdə Müəllimlər Günü ilə bağlı pul yığılır? - VİDEO
-
Mehriban Əliyeva qızları ilə Nyu-Yorkda xüsusi sessiyada - Fotolar
-
“Fənərbaxça” Avroliqaya məğlubiyyətlə başladı - Gecənin nəticələri
-
Bu gün instaqramda kimlər nələr paylaşdı? - FOTOLAR
-
Torpaq sahəsi almaq istəyənlərin nəzərinə: Hərrac keçiriləcək
-
İmişlidə toyda zəhərlənənlərin sayı 53 nəfərə çatdı - Araşdırma aparılır
-
AzTV Adnan Əhmədzadədən süjet hazırladı - VİDEO
-
Sabah bu ərazilərdə qaz olmayacaq - XƏBƏRDARLIQ
-
İlham Əliyev Nyu-Yorkda görüşlər keçirir - FOTOLAR
-
Pulunu ödəyiblər, lakin mənzilləri təhvil verilmir - “Şərq İnşaat“dan şikayət
-
Qusarda sel ilə gələn lil yollara dolub, hərəkət çətinləşib - VİDEO
-
“İran nüvə silahı əldə etməyi qarşısına məqsəd qoymayıb“ - Pezeşkian
-
Paytaxtın 280 saylı məktəbdə təmir üçün pul yığılır? - VİDEO
-
“Tesla”da robot işçiyə xəsarət yetirib - 51 milyon dollar təzminat istəyir
-
Laçın və Qubadlıda 40 min hektar ərazidə park salınacaq - Vüqar Kərimov
-
Azərbaycanda orta aylıq əməkhaqqı 2030-cu ilə kimi artacaq - Proqnoz
-
Türkiyə -““Böyük İsrail” savaşı - Azərbaycan nə etməlidir?
-
Kredit ödənişi ilə bağlı başqa ölkələrin təcrübəsi Azərbaycanda niyə tətbiq edilmir? - VİDEO
-
Nazirlik Arenanı 3 günlük icarəyə götürür - 127 min ödəyəcək
-
“Aeroportda taksi xidmətinin təşkili ilə bağlı aidiyyəti qurumlarla görüşlər keçirilib“ - Antiinhisar Agentliyi
-
“Şoşo“ klubda səs-küy saldı - Cərimə edildi
-
Bakıda maaşlar 90 qəpik artıb - Rəsmi məlumat
-
“İranın bir vaxtlar Livana etdiyini, Rusiya indi Moldovaya etmək istəyir“ - Zelenski
-
Sumqayıtda şok olay: 15 yaşlı uşaq 51 yaşlı kişini bıçaqlayıb
-
“Azərbaycanda orta aylıq əməkhaqqı 2030-cu ilə kimi artmaqda davam edəcək“ - “The Economist“
-
Lerikdə 400 minlik təmir - Layihəni vergi borcu olan şirkət icra edəcək
-
Moldova rusiyalı müşahidəçiləri seçkiyə buraxmadı - Kreml etiraz edir
-
Naxçıvanda Arzuya çevrilən koreyalı şagird Kim Samonq: “Buraları sevirəm“
-
Ucardan Bakıya gəldi, “Marani“nin qapısını sındırdı: Çaxır içdi, restoranda yatdı
-
“Sizinlə, həqiqətən, fəxr edirəm, çox gözəl insansınız“ - Trampdan İlham Əliyevə
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Prezident Trampın adından təşkil olunan rəsmi qəbulda - Fotolar
-
Maaşlar növbəti ildən artacaq? - AÇIQLAMA
-
Siqaret çəkmək adı ilə məhkəmədən qaçdı - Meyiti tualetdə tapıldı
-
Nənəsinə görə bu xəstəxanada dava saldı - Həbs edildi
-
Ən çox hansı ölkələr avtomobil istehsal edir? - SİYAHI
-
Kafedə müğənni ilə ofisiantın əlbəyaxa davası - Bəraət verildi
-
Bu ərazidə avtomobil saxlayan sürücülərin NƏZƏRİNƏ - 40 manat cərimə oluna bilərsiniz
-
İrandan Rusiyaya kahı aparan yük maşınında 29 kq marixuana aşkarlanıb - VİDEO
-
Mansur Piriyevə yeni vəzifə verildi - Yerinə də İlkin Kərimov gətirildi
-
Canlı efirdə gərgin anlar: Arzu Qarabağlı ilə Manaf Ağayev üz-üzə gəldi (VİDEO)
-
“İran heç vaxt bizim tərəfimizdə olmayacaq“ - Zelenski
-
Bazarlarla bağlı qanunvericiliyə dəyişiklik edilir - Sahibkarları nə gözləyir?
-
Aeroportda taksilərə qoyulan qadağa Konstitusiyaya ziddir - Ombudsmandan açıqlama
-
Kamran Əliyev Laosun baş prokuroru ilə görüşdü - Fotolar
-
Nazirlik vədini yerinə yetirmədi: “Dedilər ki, 67 yaşın var, nə iş?“
-
Azərbaycanda vergi güzəştləri uzadılacaq? - AÇIQLAMA
-
Minaya düşərək həlak olan “Gizir Xanı“ dəfn edildi - FOTOLAR
-
Vasif Talıbovun oğlu satdığı oteli yenidən aldı - 8.6 milyona
-
Baytarlıq damğası məcburi olacaq - QƏRAR
-
“Zeytun Pharma” apteklər şəbəkəsi cərimələnə bilər - SƏBƏB
-
Aviasiya insidentlərini onlar araşdıracaq - Baş nazirdən qərar
-
Kremldən Trampa cavab: “Rusiya əsl ayıdır”
TOP 10
ARXİV