“İndi evlərdə məclislər təşkil olunur“ - Xuraman Şuşalı “Həcilər də əldən çıxır, kasıblayırlar...“ - Müğənni Sevinc Pərvin Abıyeva seksual libasda - FOTO Azərbaycanlı model ərəb biznesmenlə nişanlandı - FOTO
Axtar
 
  • / Maqazin / — 01 May 2021

    “İndi evlərdə məclislər təşkil olunur“ - Xuraman Şuşalı

  • / Maqazin / — 11 Aprel 2021

    “Həcilər də əldən çıxır, kasıblayırlar...“ - Müğənni Sevinc

  • / Maqazin / — 08 Aprel 2021

    Pərvin Abıyeva seksual libasda - FOTO

  • / Maqazin / — 30 Mart 2021

    Azərbaycanlı model ərəb biznesmenlə nişanlandı - FOTO

  • / Maqazin / — 19 Mart 2021

    Təranə Qumralın qızı elə rəqs etdi ki...- VİDEO

  • / Maqazin / — 13 Mart 2021

    "Həyatıma girən bütün kişiləri dəli kimi sevmişəm" - Aygün Kazımova

Möcüzəli Naftalan Sağlamlıq və İstirahət Mərkəzi qazi və əlillərimizin sağlamlıqlarının bərpasında mühüm rol oynayır

Tarix 03.05.21, 14:18

Font ölçüsü : - / +
bitmap-img6


Qazi və əlillərə xidmət göstərən sanatoriyalardan biri də Naftalan kurort şəhərində fəaliyyət göstərən Möczəli Naftalan Sağlamlıq və İstirahət Mərkəzidir.  
 
Açıklama yok.

Möczəli Naftalan Sağlamlıq və İstirahət Mərkəzinin rəhbəri Qoca Əmiraslanov bildirib ki, sanatoriyamızda Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin  xətti ilə gələn qazilər, əlilliyi təsdiqlənmiş və müalicəsi burada mümkün olan hər bir vətəndaş peşəkar həkimlərimizin nəzarəti altında effektli müalicə alır və onlara yüksək səviyyədə xidmət göstərilir. Onların reabiltasiyası, sağlamlıqlarının  bəpa olunması üçün çalışırıq. Var gücümüzlə səfərbərik ki, bacardığımız  qədər əlillərimizə, qazilərimə dəstək olaq Həmçinin Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük II Qarabağ müharibəsində bizə qələbə sevincini  yaşadan rəşadətli Azərbaycan ordusunun döyüşən oğulları bu gün Möcüzəli Naftalan Sağlamlıq və İstirahət Mərkəzində müalicə alanlar sırasındadır. 

Hazırda pandemiya səbəbindən ölkəmizdə tətbiq edilən karantin rejimi qaydalarına uyğun olaraq sanatoriyaya  xəstə qəbulu məhdud sayda və növbəlilik əsasında aparılır. Və xidmətimizi də pandemiya qaydalarına uyğun təşkil edilir. Məsafə gözlənilir, tibbi maskadan istifadə edilir, mütəmadi olaraq sanatoriya dezinfeksiya olunur.

Sanatoriyanın prosedur otaqları  tibb texnologiyasının ən son nailiyyətləri hesab olunan cihaz və avadanlıqlarla təchiz edilib. Burada əsasən  dayaq-hərəkət, sümük, oynaq, iflic, əzələ və sinir sistemi xəstələrinin müalicəsi uğurla həyata keçirilir.

Məlumdur ki, illərin sınağından çıxmış, yüz minlərlə insanı sağlamlığına qovuşduran Naftalan nefti öz məşhurluğu ilə bütün dünyaya səs salıb. Məhz  ən əsası da xəstələrimiz üçün dünyada unikal müalicə vasitəsi hesab olunan Naftalan nefti vannasının qəbulunun təşkilidir. Lakin Naftalan nefti vannası ağır prosedur hesab olunduğuna görə xəstələr əvvəlcədən müvafiq tibbi müayinədən keçirilirlər. 

Yoxlama zamanı səhhətində əks göstəriş qeydə alınmayan pasiyentlərə Naftalan nefti vannası tətbiq edilir. 

Sanatoriyamızın fəaliyyəti müasir tələblər səviyyəsində qurulduğuna görə buraya gələn hər bir xəstənin səhhətində müsbət nəticə əldə edirik. Aparılan müalicənin müddəti isə iki həftə təşkil edir. Qazi və əlillərimizin müalicəsi il ərzində ardıcıllıqla davam etdiriləcək. Qeyd etdiyim kimi, pandemiya dövrü olduğundan proses növbəlilik qaydasında aparılır. Qrafikə uyğun olaraq, bütün qazilərə xidmət göstəriləcək.
Qabil Məmmədquliyev Qarabağ müharibəsi qazisi: Özüm Ağdam rayonundanam. Hal hazırda Bakıda yaşayıram. 1-ci dəfədir Naftalanda müalicə götürürəm. Əsas məndə kəllə beyin travmasıdır, sol əlimdə ayaqlarımda zəiflik, bura gələndən xeyli fərq eləyib. Hər şey normaldı. Çox gözəl qayğı, diqqət var. Buranın işçiləri həqiqətən də çox gözəl qayğı göstərirlər. Hər cürə təminatımız var.

Mehman Cəfərov  Qarabağ müharibəsi qazisi: 1-ci Qarabağ müharibəsinin 2-ci qrup qazisiyəm.  Bərdə rayonunda göndərişlə gəlmişəm möcüzəyə müalicəyə üçün. Hal-hazırda parafinlər qoyublar, qoluma müalicə gedir. Vanna qəbul edirik, masajlar qəbul edirik. Çox sağ olsunlar ki, bu möcüzənin rəhbərliyi Qarabağ əlillərinə, şəhid ailələrinə, çox böyük diqqət yetirirlər.

Elbrus Rüstəmov Qarabağ müharibəsi qazisi: Qazi deyir ki, ilk dəfə 1979-cu ildə SSRİ-Əfqanıstan müharibəsində iştirak edib. Ermənistanın Vətənimizə təcavüzü başlayanda yenidən könüllü ordu sıralarına yazılıb. 1992-1994-cü illərdə birinci Qarabağ müharibəsində kəşfiyyat komandiri kimi Ağdərə istiqamətində gedən ağır döyüşlərdə iştirak edib. Kəlbəcər yolu istiqamətində, Vəng, Sırxavənd və Drambon kəndi uğrunda gedən döyüşlərdə iki dəfə başından və bədəninin müxtəlif yerlərindən qəlpə yarası alıb."Bədənimdə və ayaqlarımda kəskin ağrılarım vardı. Müalicə almağım üçün göndəriş əsasında Möcüzəli Naftalan Sağlamlıq Mərkəzinə qəbul edildim. İlk gündən gülərüz və peşəkar heyətlə qarşılaşdım. Əvvəlcə bütün müayinələrdən keçdim və təyin olunmuş kurs üzrə 12 gün müalicə aldım. İndi özümü ağrılardan azad və gümrah hiss edirəm. Müharibə iştirakçılarına göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan İlham Əliyevə minnətdarlığımı bildirirəm”, - deyə E.Rüstəmov razılığını ifadə edib.
 

 

 

 

 

 

 

 

 





Xəbərin oxunma sayı : 382

loading...

Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda