Tünzalə Ağayeva dəyişib belə oldu - FOTO “Kim bunu mənə qadağan edə bilər?“ - FOTO Aygün Kazımovanın dəniz kənarında istirahəti - VİDEO Boşanma xəbərləri yayılan Ayseldən maraqlı - Paylaşım
Axtar
 
  • / Maqazin / — 23 İyul 2024

    Tünzalə Ağayeva dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 13 İyul 2024

    “Kim bunu mənə qadağan edə bilər?“ - FOTO

  • / Maqazin / — 11 İyul 2024

    Aygün Kazımovanın dəniz kənarında istirahəti - VİDEO

  • / Maqazin / — 10 İyul 2024

    Boşanma xəbərləri yayılan Ayseldən maraqlı - Paylaşım

  • / Maqazin / — 08 İyul 2024

    Nigar Camal geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 08 İyul 2024

    Əməkdar artist Cıdır düzündə poza verdi - FOTOLAR

Müqaviləsiz işçi çalışdıranları hansı cəza gözləyir? – Hüquqi izah

Tarix 29.02.24, 21:26

Font ölçüsü : - / +
bitmap-img6


Əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan, əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı sənəd formasıdır. İşəgötürənlə işçi arasında bu müqavilənin imzalanmasının zəruriliyi Azərbaycan Respublikasının qanunvericiliyində də öz əksini tapıb. Çünki işə qəbul zamanı bu müqavilə bağlanmadıqda insan əməyinin istismarına və əmək hüquqlarının tapdanmasına gətirib çıxarır. Bir çox hallarda sahibkarlar vergidən yayınmaq məqsədilə işçisini müqaviləsiz çalışdırırlar.

Bəs müqaviləsiz işçi işlətməyin cəzası nələrdir?

Hüquqşünas Turan Abdullazadə mövzu ilə bağlı Bizim.Media-ya danışıb. 

O, qeyd edib ki, Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin  192.1-ci maddəsinə əsasən,  Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə- fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər (20.000 AZN) iyirmi min manatdan iyirmi beş min (25.000 AZN) manatadək məbləğdə cərimə edilir:

“Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 192.3-cü maddəsinə əsasən, işçiyə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqı verilməsinə görə- vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.

Bu maddələrdə nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi baxır. 

Belə qanunsuzluqlarla qarşılaşan vətəndaşlar  Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyinə şikayət ərizəsi ilə müraciət edə bilər” – deyə, Turan Abdullazadə bildirib.



Xəbərin oxunma sayı : 520




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap