![]() |
|














Maşınınızı tullantı kimi satsanız, nə qədər qazanacaqsınız? - FOTO
Tarix 07.06.23, 13:06 |
|
.jpg)
Hələ ölkə prezidentinin 2018-ci il 27 dekabr tarixli sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasında yol hərəkəti təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nda yol hərəkətinin təhlükəsizlik səviyyəsini yüksəltmək, ekoloji vəziyyəti yaxşılaşdırmaq, eləcə də yerli avtomobil istehsalını stimullaşdırmaq məqsədilə köhnəlmiş, texniki-təhlükəsizlik baxımından və ekoloji cəhətdən yararsız nəqliyyat vasitələrinin dövriyyədən çıxarılmasını təmin etmək üçün nəqliyyat vasitələrinin utilizasiya proqramının hazırlanması və tətbiqi nəzərdə tutulub. Ötən müddət bu işlərin hansı mexanizmlər əsasında aparılacağı ilə bağlı müxtəlif fikirlər səsləndirilib. Bunlardan biri yararsız avtomobillərin dövlət vəsaiti hesabına utilizasiyası olub.
“Qafqazinfo”nun məlumatına görə, artıq avtomobillərin utilizasiyası ilə bağlı tədbirlərin nədən ibarət olacağı məlumdur. Bununla bağlı “İstehsalat və məişət tullantıları haqqında”, “Yol hərəkəti haqqında”, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” qanunlarda, İnzibati Xətalar və Gömrük məcəllələrində dəyişiklik edilməsi nəzərdə tutulur. Müvafiq qanun layihələri Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclaslarında müzakirə edilib və plenar iclasa tövsiyə edilib.
Maraqlıdır, dəyişikliklər nədən ibarətdir və hansı nəticələrə gətirib çıxara bilər?
“İstehsalat və məişət tullantıları haqqında” hazırda qüvvədə olan qanuna görə, utilizasiya tullantılardan lazımi materialların ayrılaraq təkrar istifadə üçün yararlı hala salınmasıdır. Bu qanuna təklif edilən dəyişikliyə görə, avtomobilini utilizasiyaya verən şəxsə bu barədə təsdiqedici sənəd veriləcək və onun əsasında 3 il ərzində yalnız ölkədə istehsal edilmiş yeni avtomobili güzəştli qiymətə almaq mümkün olacaq.
Nəqliyyat vasitələri utilizasiyaya verilməzdən əvvəl dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılmalıdır. Nəqliyyat vasitələri utilizasiyaya verildikdə ərizə, onun haqqında sərəncam vermə hüququnu təsdiq edən etibarnamə, dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılması barədə aidiyyəti dövlət qeydiyyat orqanının yazılı məlumatı və digər sənədlər tələb olunacaq. Utilizatorlar tərəfindən nəqliyyat vasitələrinin utilizasiyaya qəbulu növbəlilik qaydasında və ödənişsiz həyata keçiriləcək.
Utilizasiyaya verilmiş nəqliyyat vasitələri ilə bağlı utilizatorlar tərəfindən özündə güzəştin məbləğini və birdəfəlik ödənişin həcmini əks etdirən təsdiqedici sənəd veriləcək. Güzəştin məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən müəyyən ediləcək.
Dəyişikliyə görə, yeni istehsal olunmuş yerli nəqliyyat vasitələrinin satıcıları 3 iş günü müddətində alqı-satqını rəsmiləşdirən sənədlərin və təsdiqedici sənədlərin surətlərini, habelə onların tətbiq edildiyi nəqliyyat vasitələri barədə məlumatları (ban, şassi, mühərrik nömrəsi) qanunvericiliklə müəyyən olunmuş operatora göndərəcəklər. Operator sənədlər təqdim edildiyi gündən 30 iş günü müddətində müvafiq güzəşt məbləğinin nəqliyyat vasitələrinin utilizasiyası fondundan nəqliyyat vasitələrinin satıcılarının hesabına köçürülməsini təmin edəcək.
Avtomobilini utilizasiyaya verib təsdiqedici sənəd alan şəxs güzəştli şərtlə yeni avtomobil almaya da bilər. Bu zaman ona avtomobilinə görə müəyyən edilmiş güzəştin əvəzinə güzəşt məbləğindən az olmaqla birdəfəlik ödəniş verilə bilər. Azərbaycanda utilizasiyaya verilən nəqliyyat vasitələri üzrə birdəfəlik ödəniş məbləğləri nəqliyyat vasitələrinin kateqoriyası üzrə dəyişəcək. Milli Məclisin komitələrinin birgə iclasında “Təmiz Şəhər” ASC-nin Hüquq şöbəsinin müdir müavini Mirzə Laçınov bildirib ki, məbləğlər kənd təsərrüfatı texnikaları üçün ən azı 200 manatdan, ümumi minik avtomobilləri üçün 1 500 manatdan, digər həcmi böyük yük avtomobilləri və digərləri üçün isə maksimum 3 min manatdan nəzərdə tutulur. Onun sözlərinə görə, daha çox nəqliyyat parkının yenilənməsinə üstünlük verildiyindən, birdəfəlik ödəniş məbləği endirim məbləğindən aşağı olmalıdır. Birdəfəlik ödəniş məbləği güzəşt məbləğinin 50 faizi həddində planlaşdırılır.
Avtomobillərin utilizasiyası müqabilində güzəşt və birdəfəlik ödənişin nəqliyyat vasitələrinin utilizasiyası fondunun hesabına həyata keçiriləcəyi nəzərdə tutulub. Bu məqsədlə ölkə ərazisinə gətirilən və istehsal-buraxılış vaxtından 4 il keçən minik avtomobillərinin gömrük rəsmiləşdirilməsi, həmçinin nəqliyyat vasitələrinin dövlət texniki baxışından keçirilməsi zamanı bu fonda utilizasiya haqqı ödəniləcək. Fondun maliyyələşdirilməsində digər mənbələr də yer alıb.
Texniki baxış zamanı utilizasiya haqqının məbləği açıqlanmasa da, ölkəyə gətiriləcək avtomobillər üzrə bu məbləğin 4 ildən 7 ilə qədər istehsal müddəti olanlar üçün 400 manat, 7 ildən yuxarı üçün isə 700 manat nəzərdə tutulur. Lakin M.Laçınov bu rəqəmlərin hələlik dəqiq olmadığını, bu istiqamətdə müzakirələrin davam etdirildiyini və dəyişməsinin mümkünlüyünü vurğulayıb.
Qəbul ediləcəyi halda, dəyişikliklər 2024-cü il sentyabrın 1-dən qüvvəyə minəcək. Lakin dəyişikliklər özü ilə bir xeyli suallar yaratmaqdadır.
Bunlardan başlıcası ölkədə utilizasiyaya gedəcək avtomobilləri əvəz edəcək sayda istehsalın olub-olmayacağıdır. Ümumilikdə, Azərbaycanda 1 milyon 700 mindən çox nəqliyyat vasitəsinin olduğu, bunun da 60 faizinin və ya 1 milyon 20 min avtomobilin “yaşı”nın 20 ildən çox olduğu bildirilir. Bunun da əksər hissəsini minik avtomobilləri təşkil edir. Ölkədə avtomobil istehsalı isə bu göstəricidən xeyli azdır. Rəsmi statistikaya görə, təkcə ötən il ərzində ölkədə cəmi 2049 ədəd minik avtomobili istehsal edilib.
Digər tərəfdən könüllü olacaq utilizasiya müqabilində güzəşt və ya birdəfəlik ödənişin məbləğinin köhnə avtomobil sahiblərinin buna nə dərəcədə təşviq edəcəyi də məlum deyil. Son illərdə gömrük rüsumu və vergilərin artması ilə yanaşı, aprel ayından başlayaraq “yaş”ı 10 ildən çox olan avtomobillərin ölkəyə idxalının məhdudlaşdırılmasının daxili bazarda bahalaşmanı qaçılmaz etməsi vətəndaşı köhnə avtomobilindən “bərk yapışmağa” sövq edir. Belə vəziyyətdə vətəndaşın böyük olmayan güzəştin müqabilində yeni avtomobil alması və ya az məbləğdə birdəfəlik ödənişə görə mövcud avtomobilindən imtina etməsi real görünmür.
M.Laçınov bildirib ki, utilizasiyaya təqdim olunan avtomobil o dərəcədə istismara yararsız olmalıdır ki, vətəndaşın onu satmaq və ya digər yollarla əldən çıxarmaq imkanı olmasın. Utilizasiyaya təqdim olunacaq bütün nəqliyyat vasitələri tullantı olduğuna görə, qiymətləndirmə zamanı avtomobilin markasının heç bir əhəmiyyəti olmayacaq. Bu fikir özü-özlüyündə onu deməyə əsas verir ki, utilizasiya o avtomobillər üçün nəzərdə tutulub ki, onun istismarı mümkün deyil.
Təbii ki, belə avtomobillər üçün böyük məbləğdə güzəşt və ya birdəfəlik ödəniş gözləmək də əbəsdir. Bu halda avtomobilini utilizasiyaya verəcək şəxs ya güzəştlə yanaşı, xeyli məbləğ ödəyib yeni avtomobil almağa hazır olmalıdır, ya da ki, az məbləğdə birdəfəlik ödənişlə qane olmalıdır.
Bundan əlavə, avtomobil idxalı zamanı gömrük rüsumu, aksiz vergisi, əlavə dəyər vergisi və digər ödənişlərlə yanaşı, utilizasiya haqqının da ödənməsi ölkəyə gətirilən avtomobillərin qiymətinin daha da artmasını şərtləndirəcək.
Nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov deyir ki, utilizasiya proqramının həyata keçirilməsində məqsəd həm də əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması olmalıdır. Bu barədə danışan ekspert bildirib ki, proqram mərhələlərlə həyata keçirilməklə effektiv olmalı və yarımçıq qalmamalıdır. Beynəlxalq təcrübədən bəhs edən ekspert qeyd edib ki, hər ölkə utilizasiya proqramını icra edə bilmir, yalnız dayanıqlı iqtisadiyyata malik olanlar bunu həyata keçirə bilir: ”Dünyanın müxtəlif ölkələrində avtomobillərin utilizasiyası fərqli qaydada həyata keçirilir. Elə ölkələr var ki, bu proqrama getmirlər. Digər yollarla avtomobil parkının yenilənməsini aparırlar. Rusiyada, Almaniyada, ABŞ-də fərqlidir. Elə ölkələr var ki, utilizasiya rüsumu avtomobilin ölkəyə idxalı zamanı orada yerindəcə tutulur. Elə ölkələr də var ki, utilizasiya rüsumu avtomobil artıq bu prosesə gedən müddətdə alınır. Ölkələr də var ki, utilizasiya rüsumu, ümumiyyətlə, tutulmur. Utilizasiya proqramı əbədi olmur, müvəqqəti xarakter daşıyır”.
E.Cəfərovun sözlərinə görə, bəzi ölkələrdə avtomobil utilizasiyaya gedən müddətdə qiymətləndirilir. Onun qiyməti məbləğində vauçer verilir. Vətəndaş pul əvəzi olan vauçerin üzərinə vəsait əlavə etməklə, həmçinin avtomobil dilerlərinin də güzəşti ilə yeni avtomobil ala bilir.
Ölkəmizə gəldikdə, ekspert xatırladır ki, Azərbaycan iri avtomobil sənayesi ölkəsi deyil:
”Ölkəmizdə ildə cəmi iki minə qədər minik avtomobil yığılır. Düşünürəm ki, ona görə bu proqramı indiki vəziyyətdə həyata keçirmək bir qədər tez ola bilər. Əgər vətəndaşın avtomobilini utilizasiyaya göndəririksə, ona alternativ verməliyik. Amma alternativ hələ ki, bizdə yoxdur”.
E.Cəfərov bu qənaətdədir ki, alternativləri yaratmaq üçün dövlət artıq bir neçə iri avtomobil istehsalçıları ilə müəyyən görüşlər təşkil edir. Son görüş Özbəkistanın iri avtomobil konserni ilə olub. Belə qərara alınıb ki, Özbəkistanda istehsal olunan avtomobillərin ehtiyat hissələri ölkəmizdə istehsal olunsun. Sonrakı mərhələdə, görünür, artıq ölkəmizdə bu avtomobillər də istehsal oluna biləcək. İl ərzində Azərbaycanda heç olmasa, 20 min avtomobil istehsal olunsa, düşünürəm ki, o zaman biz deyə bilərik ki, bəli, artıq vətəndaşı yeni avtomobillərlə təmin edə bilirik”.
Ekspert həmçinin utilizasiyaya gedən avtomobillərin qiymətləndirilməsi zamanı bazar qiymətlərinin nəzərə alınmasının vacibliyini vurğulayıb.
Xəbərin oxunma sayı : 559
Sosial
Xəbərlər
-
Səhiyyə Nazirliyində BMT-nin İqtisadi və Sosial Komissiyasının İcraçı katibi ilə görüş keçirilib
-
Polis əməliyyatlar keçirdi - 35 nəfər saxlanılıb
-
Polis əməliyyatlar keçirdi - 35 nəfər saxlanılıb
-
Deputat: Ermənistan Qərbi azərbaycanlıların qayıdış hüququnu tanımalı və təmin etməlidir
-
Koronavirusun təhlükəli ştamı yayılıb
-
“İran-İsrail münaqişəsi təkrarlanmamalıdır“ - Van İ
-
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad edildi
-
Bakıda daha bir yol hər an ÇÖKƏ BİLƏR - VİDEO
-
Seren Serengil azərbaycanlı gənclə işbirliyi qurdu - Fotolar
-
“Dioqunun yoxluğu ilə barışmaq çox çətin olacaq“ - Məhəmməd Salah
-
Prezident Xankəndidə keçirilən Zirvə görüşündən görüntülər paylaşılıb - VİDEO
-
Tikinti materialları bazarında bahalaşma və durğunluq var - VİDEO
-
“Reo-Med Tibb Mərkəzi“də yoxlama - Pozuntular aşkarlandı
-
Amerikalıların 40-60 faizi Maskın yeni partiya ideyasını dəstəkləyir - Şok nəticələr
-
“Dedilər qaz, meyiti basdır” - Zərərçəkmişlər danışdı
-
Gənclərin qanlı hesablaşması - biri qətlə, digəri xuliqanlığa görə mühakimə olunur
-
Bakıda küçələrdə “kahinlər“ peyda oldu - VİDEO
-
Türkiyədə meşə yanğınları: 500-dən çox xəsarət alan var
-
Ən çox gəlir əldə edən türkiyəli məşhurlar - SİYAHI
-
Rusiya səfiri Ermənistan XİN-ə çağırıldı - Nota verildi
-
Gələn həftədən Azərbaycanda istilər başlayacaq - Xəbərdarlıq
-
Pezeşkianın Azərbaycan səfəri başa çatdı - FOTO
-
Müəllim olmaq istədi, 5000 manat pulu ələ keçirildi - Dələduzluq
-
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO
-
Şuşada İlham Əliyev liderlərin şərəfinə ziyafət verdi - FOTO
-
Tramp Çinə səfər edə bilər - “Bloomberg”
-
Prezident Xankəndidə Ərdoğanla görüşdü - FOTO
-
Əliyev, Pezeşkian və Ərdoğanın ən səmimi görüntüsü - VİDEO
-
Deputatlar daha 15 məsələni müzakirəyə çıxaracaq - Siyahı
-
Sadır Japarovun Azərbaycana səfəri başa çatıb - FOTO
-
“Əcəmi Mall”da qanunsuz tikintiyə kim icazə verib? - FOTOFAKT
-
“Virus hələ də bizimlədir” - Səhiyyə Nazirliyi xəbərdarlıq edir
-
Şavkat Mirziyoyevin Azərbaycana səfəri başa çatdı - FOTO
-
Əliyevlə Pezeşkianın görüşü oldu - Fotolar
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 5 günlük məzənnəni açıqladı
-
İtkin düşən 3 hərbçi Kəlbəcərdə dəfn edildi - FOTOLAR
-
Almaniya ordunu ikiqat gücləndirir - Könüllü hərbi xidmət qayıdır
-
Bakının ortasında kanalizasiya “fəlakəti“ - Qurumdan açıqlama
-
Liderlər çay süfrəsi arxasında - Fotolar
-
“ABŞ-ın dəstəyi ilə İsrail Yaxın Şərqin taleyini girov altına alıb“ - Məsud Pezeşkian
-
Küçədə soyundu, qadınlar şikayət etdi - Məhkəmə qərarı
-
Xankəndidə tarixi sammit yüksək səviyyədə təşkil olunub - Şahbaz Şərif
-
Baş prokuror Yardımlıda vətəndaş qəbulu keçirdi - FOTOLAR
-
Azərbaycanda şəxsiyyət vəsiqələrində dəyişiklik edilir - Milli Məclis təsdiqlədi
-
Kiçik çavuş həbs edilib - “TikTok”da tanış olduğu sevgilisini şantaj edirmiş
-
“Hindistan Pakistana qarşı sudan silah kimi istifadə edir“ - Şahbaz Şərif
-
Yağış yağacaq, külək güclənəcək - Sabahın havası
-
Avtomobil almaq istəyənlərin nəzərinə - Bu maşınlar bahalaşacaq
-
“Biz göstəriciyə görə dünyada ön sıralardayıq” - Prezident
-
“Qəbələ“ Futbol Akademiyasının fəaliyyəti məhdudlaşdırılıb - Açıqlama
-
“Vəsiyyətnamə yoxdursa, ögey şəxslər vərəsə ola bilməzlər“ - Ali Məhkəmə
-
“Azərbaycanın xarici valyuta ehtiyatları 74 milyard dollardan artıqdır” - Sahil Babayev
-
Naxçıvanda şok hadisə - Deputat sakini döydü
-
Xankəndidə Zirvə görüşü keçirilir - FOTO/CANLI
-
Prezident Xankəndidə qəbul keçirdi - FOTOLAR
-
Ərdoğan Azərbaycana səfərə gəlib - FOTO
-
“Tramp iyulun 7-də Qəzzada atəşkəs elan edəcək“ - İsrail mətbuatı
-
Şəxsiyyət vəsiqəsində nələr dəyişəcək? - VİDEO
-
Konstitusiya Məhkəməsinə 4 hakim təyin olundu - ADLAR
-
Merkel Trampla yaşadığı qalmaqaldan danışdı - VİDEO
-
Bu şəxslərə 6 min manat birdəfəlik müavinat veriləcək - Deputat açıqladı
-
Ceyhun Bayramov Pakistan XİN başçısı görüşdü - Xankəndidə
-
Pezeşkianın Azərbaycana səfərə gəldi - FOTO
-
Direktor yük maşınının altında qalıb öldü - TƏFƏRRÜAT
-
“Zəngəzura görə Paşinyanı devirmək istəyirlər“ - Çevriliş planının detalları + VİDEO
-
Tacikistan prezidenti Füzuli rayonunda belə qarşılandı - FOTO
-
Rusiya Ukraynaya kütləvi hava zərbəsi endirib: Kiyevdə çoxsaylı dağıntılar var
-
Məktəbdən çıxan müəllimənin başına torba keçirib qaçıranlar azadlığa çıxdı - TƏFƏRRÜAT
-
“ABŞ Ukraynaya hərbi yardım göndərməyə davam edir“ - Tramp
-
Azərbaycan-Özbəkistan əlaqələri strateji əməkdaşlıq modelinə çevrilib
-
Azərbaycan və Özbəkistan strateji tərəfdaşlıq modelini gücləndirir
-
Aygün Kazımova bu dəfə misirli xanım obrazında - FOTO
-
Klublarımızın yay planları: Kim gəlir, kim gedir?
-
Bu sahələrdə çox sayda işçiyə ehtiyac var - VİDEO
-
Putin və Tramp telefonda danışdılar - Ukrayna, Suriya, İran məsələləri müzakirə edilib
-
Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentləri Şahbulaq qalasında olublar - FOTO
-
Moskvada 2 azərbaycanlı “qanuni oğru“ saxlanıldı - VİDEO
-
Fərid Əsgərov yeni vəzifəsində ilk dəfə görüntüləndi - VİDEO
-
Əsir və girovlarımızın başına nələr gətirilib? - Məhkəmə
-
Kurskda Rusiya generalı öldürüldü - Ukrayna ordusundan uğurlu əməliyyat
-
Səhiyyə nazirinin məhkəməyə verildiyi iş üzrə - QƏRAR
-
Vüqar Səfərlinin şikayəti rədd edildi - Ali Məhkəmədən qərar
-
“Razılaşdıq ki, birlikdə gələcəyik” - İlham Əliyev
-
Alatavadakı qalmaqallı mülk söküldü - Razılığa gəldilər
-
“18-ci sanksiyalar paketi Rusiya iqtisadiyyatının ürəyinə zərbə vuracaq“ - Leyen
-
Prezidentlər Xıdırlı kəndinin 1-ci mərhələsinin açılışında iştirak etdi - Fotolar
-
“Sputnik-Azərbaycan“ işi: beş nəfər polis nəzarətinə verildi
-
İki dost dövlət arasında münasibətlər yüksək səviyyədə inkişaf etdirilir
-
Məktəbli qızları təqib etdi, həbs olundu - Məhkəmədə özünü belə müdafiə etdi
-
Zirvə görüşünün iştirakçıları “Zəfər“ şousunu izlədi - FOTOLAR
-
Bakıda bu yollarda təmirlə bağlı hərəkət məhdudlaşdırıldı - Siyahı
-
Abituriyentlərin şikayətləri araşdırılıb, bəzilərinin imtahan balları artırılıb - DİM-dən açıqlama
-
27 il hakimlikdən sonra Konstitusiya Məhkəməsindən getdi - Yerinə oğlu gəlir
-
Əl yükündə ölkəyə 547 karat brilyant keçirmək istədi - Fotolar
-
Azərbaycanda heyvanların sığorta xərci açıqlandı: Qoyunlar 7-11 manat, inəklər isə...
-
Masazır qəsəbəsində sənədsiz evlərin tikintisi davam edir - FOTO/VİDEO
-
Nazirlikdən küləkli hava ilə bağlı - Müraciət
-
ABŞ Azərbaycana yeni diplomat göndərir - Emi Karlo kimdi?
-
Bakıdakı yeni park belə olacaq - VİDEO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Azərbaycan və Özbəkistan həm tarix, həm də ortaq mədəni, mənəvi və dil kökləri ilə bir-birinə yaxın və bir o qədər də zəngindir
-
Xankəndidən Şuşaya kanatla gedəcəyik - 13 dəqiqəyə...
-
Bakıda inanılmaz hadisə: Həkim vətəndaşı QİÇS-ə yoluxma təhlükəsi ilə üz-üzə qoydu
-
Şahbaz Şərifin Azərbaycana səfəri başlayıb - FOTO
-
Azərbaycanda manata olan inam dolları üstələdi - 10 ilin statistikası
-
Əfqanıstanın Baş nazirinin müavini Füzulidə - FOTO
-
Konstitusiya Məhkəməsində 4 yeni hakim - ADLAR
-
Sadir Japarov Azərbaycana səfərə gəlib - FOTOLAR
-
Prezident “Xankəndi” Biznes Mərkəzinin açılışında - FOTOLAR
-
“Qala Sığorta”nın işçisinə “dümbələk” deyən şəxs cəzalandırıldı - TƏFƏRRÜAT
-
İlham Əliyev Xankəndidə qəbul keçirdi - FOTOLAR
-
Azərbaycanın bu saytları Rusiyada bloklandı - SİYAHI
-
Prezident Xankəndidə Zəfər parkında görülən tikinti işləri ilə tanış oldu - FOTOLAR
-
Agentlik sədri onu departament müdiri təyin etdi - FOTO
-
Futbol dünyası şokda - Ulduz futbolçu qəzada öldü
-
Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin təməli qoyuldu - Fotolar
-
Bu yolda 2 aydır ki, “həyat donub“ - Təmir nə vaxt bitəcək?
-
Polisə işə düzəldəcəyini vəd etdi, külli miqdarda pul aldı - DƏLƏDUZLUQ İŞİ
-
"Adil Kərimli mənə dedi ki, artıq heç kəsə fəxri ad verilmir“ - Zemfira Sadıxova
-
Rusiya Poltavaya dron zərbələri endirib - Ölənlər var
TOP 10
ARXİV