Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“ Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO
Axtar
 
  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

Macarıstan Rusiya vətəndaşlarına viza verir, Avropa heç nə edə bilmir

Tarix 10.08.24, 16:04

Font ölçüsü : - / +
bitmap-img6


Avropa İttifaqı Macarıstanın Rusiya və Belarus vətəndaşlarına ikiillik vizalar verməsini dayandırmaq üçün Budapeştə çətin ki, təzyiq göstərə bilsin.

Bu fikri "The Spectator” jurnalı bildirib. "Macarıstan ilin sonunadək rotasiya əsasında Avropa İttifaqına sədrlik edir. Bu səbəbdən rəsmi Brüsselin Budapeştə qarşı istənilən cəza tədbiri tətbiq etməsi çətin məsələdir”, - deyə nəşrin müşahidəçiləri qeyd edirlər. Çünki nə Avropa Parlamentinin, nə də Avropa Komissiyasının viza siyasəti məsələlərində Macarıstana həqiqətən təsir etmək imkanı yoxdur.

Jurnalın yazdığına görə, ölkənin Baş naziri Viktor Orban "öz gündəmini irəlilətmək üçün ən yaxşı vaxtı seçib”.

Xatırladaq ki, Macarıstan Rusiya və Belarus vətəndaşları da daxil olmaqla, uzunmüddətli vizaların alınması üçün tələbləri yumşaltmaq qərarına gəlib. İyulun 30-da Avropa Komissiyası Macarıstandan bu addımla bağlı izahat istəyib. Latviya Prezidenti Edqars Rinkeviç isə Macarıstanın Şengendə iştirakını məhdudlaşdırmaq tələbi ilə çıxış edib. İndi Avropa Komissiyası Rusiya və Belarus vətəndaşlarına uzunmüddətli vizaların verilməsi şərtləri ilə bağlı rəsmi sorğusuna Budapeştdən cavab gözləyir. //AZƏRTAC



Xəbərin oxunma sayı : 775




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap