Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Məşhur “Fantaziya” hamamı sökülür? - AÇIQLAMA

Tarix 19.05.22, 13:57

Font ölçüsü : - / +
bitmap-img6


Bakının məşhur “Fantaziya” hamamı hasara alınıb.

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. 

Belə ki, Yasamal rayonu, Çingiz Mustafayev 114 ünvanında yerləşən hamam bir neçə gündür ki, hasarlanıb.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən Oxu.Az-a bildirilib ki, abidələrdə işlər yalnız sözügedən qurumun razılığı ilə aparıla bilər:

“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının müvafiq qanununa uyğun olaraq, mülkiyyətində və ya istifadəsində abidələr olan fiziki və hüquqi şəxslər Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə həmin abidələrin qorunmasına dair mühafizə müqaviləsi bağlamalıdırlar. Onlar həmin abidələrin qorunmasına görə Azərbaycan qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.

Qanunun müvafiq bəndinə əsasən, xüsusi mülkiyyətdə olan abidələrlə əlaqədar işlər Dövlət Xidmətinin razılığı ilə mülkiyyətçinin vəsaiti hesabına aparılır.

Təmir və bərpa işləri zədələnmiş və itirilmiş hissələrin abidənin konstruksiyasına, həcm-planlaşma həllinə, xarici və daxili görünüşünə xələl yetirmədən, onu ilkin halına gətirməyə yönəlməlidir. Bərpa, konservasiya, təmir, rekonstruksiya, regenerasiya və digər işlər təqdim edilən layihələr - haqqında Dövlət Xidmətinin müəyyən etdiyi elmi təşkilatın rəyi nəzərə alındıqdan və təsdiq edildikdən sonra aparıla bilər”.

“Nəzərinizə çatdıraq ki, sorğunuzda qeyd edilən “Fantaziya” hamamının ətrafının hasara alınması ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən araşdırma aparılır və bununla bağlı əlavə məlumat veriləcək.

Qeyd edək ki, “Fantaziya” hamamı 1886-cı ildə Nikolay Avqustoviç fon der Nonne adlı şəxs tərəfindən inşa edilib və Nazirlər Kabinetinin 2 avqust 2001-ci il qərarı ilə qorunur”, - deyə məlumatda bildirilir.



Xəbərin oxunma sayı : 589




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap